Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

190 manatla bağlı - əhaliyə növbəti müraciət

190 manatla bağlı əhaliyə növbəti müraciət

“190 manat məbləğində birdəfəlik ödəməni almaq istəyən ayrı-ayrı insanlar bizə müraciət edirlər ki, məşğulluq mərkəzləri zənglərə cavab vermir. Xeyr, bu, belə deyil, məşğulluq mərkəzləri bütün telefon zənglərinə cavab verir. Ancaq vətəndaşların müraciətləri çox olduğundan telefonlar məşğul ola bilər. Buna görə də vətəndaşlar məşğulluq mərkəzlərinə çox tez-tez zəng etsinlər”.

Yenixeber.org: Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev deyib.

C.Quliyev sistemdə yüklənmənin baş verməsi səbəbindən bir neçə gün əvvəl qrafiklə müraciət edilmənin tətbiq edildiyini, lakin artıq bu məhdudiyyətin aradan götürüldüyünü söyləyib:

“Hazırda hər bir vətəndaş həm onlayn qaydada, həm də yerli məşğulluq mərkəzlərinə müraciət edə bilər. Birdəfəlik ödəməni almaq istəyən işsiz şəxslərin qeydiyyatı bütün rayon məşğulluq mərkəzləri tərəfindən aparılır. Belə şəxslər eyni zamanda e-sosial.gov.az saytında onlayn qeydiyyatdan keçməklə müraciət edə bilərlər”.

C.Quliyev qeyd edib ki, birdəfəlik ödəmə yalnız heç bir gəliri olmayan, dövlətdən heç bir maliyyə vəsaiti almayan ailələrə verilir:

“Ailə dedikdə ər-arvad və onların yetkinlik yaşına çatmayan uşaqları nəzərdə tutulur. Əgər eyni ailədə ər-arvadın valideynləri varsa, onlar artıq ayrı bir ailə sayılırlar. Bu halda həmin valideynlər işsizdirsə, onlar da yardım üçün əlavə olaraq müraciət edə bilərlər”.

Xatırladaq ki, Azərbaycanda koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmə verilir.

Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam