Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

TANINMIŞ ŞAİR VALEH MİRZƏ PROKURORA TƏŞƏKKÜR ETDİ-SƏBƏB



TANINMIŞ ŞAİR VALEH MİRZƏ JURNALİSTLƏRƏ DƏSTƏK VERƏN PROKURORA TƏŞƏKKÜR ETDİ
DOST PAYI
Yenixeber.org: ...Səhər tezdən kompüterin qarşısında oturub Azərbaycan Dövlətinin koronavirusla bağlı mübarizə tədbirlərindən, Prezidentimizin dünya siyasətində parlaq şəxsiyyətə çevrilməsindən bəhs edən yazı hazırlayırdım. Birdən evimizin qapısı döyüldü, həyat yoldaşım qapını açdı və məni səslədi ki, qonaqların gəlib. Mən cəld yerimdən sıçrayıb qapıya yaxınlaşdım və gördüm ki, mənim 30 illik dostum, dəyərli jurnalist həmkarım, "Təzadlar" qəzetinin və saytının rəhbəri Asif Mərzili bir nəfər tanımadığım şəxslə dəhlizdə dayanıb. Təbii olaraq koronavirusla bağlı çağırışlara əməl edərək ilk dəfə olaraq əziz dostuma əl uzatmadan, "Xoş gəlmisiniz",- deyərək mənzilə dəvət etdim. Asif müəllim yanındakı şəxsi də mənə təqdim edib dedi:
- Əlisoltan Əhmədov mənim dostumdur, keçmiş prokurordur, uzun illər rayon prokuroru işləyib, onun ricası ilə bir neçə həmkarımıza yardım gətirmişdik, düşündüm ki, Valeh müəllimlə görüşməyib getsəm düz olmaz.
Şübhəsiz, əziz dostumun bizə gəlişi məni hədsiz sevindirdi və onları evə dəvət etdim ki, oturub çay içə-içə ətraflı hal-əhval tutaq, dərdləşək. Asif müəllim,-Üzürlü sayın, oturmağa vaxtımız yoxdur, sadəcə görüşmək üçün döndük sizə,- deyib, mənimlə xudahafizləşdi.
Mən qayıdıb kompüterdə Azərbaycan Dövlətinin təbliği istiqamətində başladığım məqaləni davam etməyə başladım. Birdən həyat yoldaşım məni səsləyib dedi ki, telefon aparatının altında bir zərf var, deyəsən onu dostun Asif müəllim qoyub... Bunu deyib o, ağzı bağlı olan zərfi gətirib mənə uzatdı. Açığı, çaşqınlıq içindəydim, axı bu, nə zərf ola bilər?-deyə, düşünürdüm. Nə isə, zərfi açıb gördüm ki, içində pul var və bir də bir neçə cümlədən ibarət olan namə. Namədə yazılmışdı: "Valeh müəllim, dost payı olaraq bunu qəbul etməyinizi xahiş edirəm. Bu, özlüyündə kifayət edəcək bir məbləğ olmasa da, Əlisoltan müəllimin vətəndaşlıq missiyasının təzahürüdür. Siz olduqca vətənpərvər yazar, əqidəli şəxsiyyət sahibisiniz. Sizin kimi yazar əslində daim dövlətin himayəsində olmalıdır, çünki bir həmkar olaraq bilirəm ki, siz dövlətimizin və Prezidentin ən fəal təbliğatçısınız, ancaq təəssüflər olsun ki, uzun illər rəhbərlik etdyiniz "Azərbaycan müəllimi" qəzetində baş redaktor vəzifəsini təhvil verəndən sonra neçə illərdir ki, diqqətdən kənarda qalmısınız. Ancaq zərrəcə ruhdan düşmürsünüz və öz təbliğatçılıq missiyanızı ürəkböyüklüyü ilə davam etdirirsiniz. Düşünürəm ki, heç də səhv etmirsiniz, çünki balıq da bilməsə, nə vaxtsa Xaliq təmənnasız əməyinizi qiymətləndirər. Allah səbr versin! Tezliklə bu koronavirusu vətənimizdən qovarıq və görüşərik".
Təbii olaraq əziz jurnalist qardaşımın vətənpərvər hüquqşünas-prokuror Əlisoltan Əhmədovun xahişi ilə bizə bu qəfil gəlişi və gizlicə cibindəki zərfi, yəni hümanitar dost yardımını telefonun altına gizlicə qoyub, hal-əhval tutaraq xüdahafizləşib getməsi məni dərin düşündürdü və xəyallar aləmində sac üstündə qovurğa kimi qovurdu...
                                                          ***
...Haçandan-haçana özümə gəlib yenə kompüterin qarşısına keçdim və əziz dostuma, eləcə də Əlisoltan müəllimə ürəyimdə min alqış söyləyərək Azərbaycan Dövlətinin, bütün siyasi məqalələrimin baş qəhrəmanı olan, bu yaxınlarda haqqında "İlhamdır Azərbaycana İlham Verən, Qanad Verən" adlı kitabını yazdığım İlham Əliyevin, eləcə də haqqında onlarla şeir və məqalə yazdığım, Rusiyanın məşhur estrada ulduzu Serqiya Şamber tərəfindən haqqında rus dilində yazdığım "Дочь Азербайджана" adlı şeirimə mahnı bəstələtdirdiyim, Azərbaycanın 1-ci vitse prezidenti Mehriban xanım Əliyevanın siyasi fəaliyyətlərində qazandıqları uğurlar barədə məqaləni davam etməyə başladım...
Valeh MİRZƏ

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam