Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“İnsanlar küçədə rahat gəzir, heç bir qadağa yoxdur” –Korona virusla mübarizədə İsveç modeli nədir? (FOTOLAR)

 Koronavirusun bütün dünyada yayılması ilə bağlı hər kəs kifayət qədər məlumatlıdır.

Yenixeber.org: Bəzi ölkələr çox ciddi təhlükəsizlik tədbirləri görsə də, bəziləri isə qadağalar qoymaq əvəzinə xalqa tövsiyələr verir.

Dövlətlər təhlükəli olan bu epidemiyanın qarşısını almaq üçün əllərindən gələni etməyə çalışırlar. İtaliya və İspaniya epidemiyadan ciddi şəkildə təsirlənən ölkələr sırasındadır. Əlbəttə ki, hər bir ölkə epidemiya ilə mübarizə üçün fərqli bir yoldadır. Onların əksəriyyəti sərt tədbirlər görür və vətəndaşlarına küçələrə çıxmağını qadağan etsə də, bəziləri həyatını heç bir şey olmamış kimi davam etməsi üçün təkliflər verir. Ötən günlərdə koronavirusa qarşı heç bir tədbir görməyən Belarusiya haqqında da yazmışdıq. Çox yüksək səviyyədə rifaha sahib olan İsveç, Belarusiyadan çox da fərqlənmir.

Beləliklə, İsveç modeli koronavirusa qarşı mübarizədə işləyirmi?

Sizə son günlərdir müzakirələrə səbəb olan koronavirusla mübarizədə İsveç modeli haqqında maraqlı məlumatları təqdim edirik:

isveç corona virüsü

İsveç ən yüksək rifah səviyyəsinə sahib olan ölkələrdən biridir. Ölkədə işsizlik nisbəti olduqca aşağıdır və adambaşına düşən milli gəlir yüksəkdir.

Bu durum da hökumətlə ictimaiyyət arasında etimad yaradır. İsveç xalqı dövlət məmurlarına çox etibar edir.

Avropanın bir çox ölkəsində koronavirusa qarşı karantin tətbiq olunur. Bir çox yerdə dövlət insanları evdə oturmağa çağırır, ictimai fəaliyyət isə məhduddur. Ancaq İsveçdə belə deyil. Kafe, restoran və barlar bağlanmayıb. Hətta insanlar rahat şəkildə küçələrdə gəzirlər.

isveç corona virüsü

Dövlət məmurları vətəndaşlarına sərt tədbirlər görmək əvəzinə xəbərdarlıq edirlər. Digər tərəfdən, vətəndaşlar hökumətə etibar etdikləri üçün tövsiyələri dinləyirlər.

Bu təkliflərlə İsveçdə ictimai nəqliyyatdan istifadə edən insanların sayı 50 faiz azalıb. Stokholmda yaşayan insanların yarıdan çoxu evdən işləməyə başlayıb. İsveçdə yalnız 50-dən çox insanın toplaşdığı yerlərə getmək qadağan edilib.

İsveçdə koronavirusa qarşı mübarizədə hökumətin qəbul etdiyi əsas strategiya şəxsi məsuliyyətdir. Səlahiyyətlilər ümid edir ki, xalq çox sərt tədbirlər görmədən özləri virusun yayılmasının qarşısını alacaq.

Halk Sokakta, Hiçbir Yasak Yok: Corona Virüsle Mücadelede Başarılı Olan İsveç Modeli Nedir?

Ötən həftə televiziyada xalqa çağırış edən İsveç baş naziri Stefan Löfven deyib: "Biz yetkin kiimi, böyüklər kimi davranmalıyıq. Çaxnaşma və dedi-qodu yaymamalıyıq. Bu böhran qarşısında heç kim tək deyil, hər birimizin üzərinə ağır məsuliyyət düşür. "

İsveçlilərin bayırda vaxt keçirməyi sevmələri də hər kəsə məlumdur. Hökumət sərt qaydaları tətbiq etdiyi halda cəmiyyət arasında çaxnaşma yaranacağını düşünür.

Bu günə qədər İsveçdə 4 minə yaxın virusa yoluxmuş şəxs var. Ölənlərin sayının isə 100-dən çox olduğu bildirilir.

İsveç hökumətinin bu cür davranmasını qınayanlar olsa da, bir çoxları təqdir edir. Onlar bu cür davranmağın yaxın günlərdə öz təsirini göstərəcəyini düşünürlər.(musavat)

Turan Oruc


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam