Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Cərimə tətbiq oluna bilər” - Azərbaycanda dizellə işləyən avtomobilləri nə gözləyir?

“Cərimə tətbiq oluna bilər” -

Xəbər verdiyimiz kimi, Azərbaycanda dizel mühərrikli maşınların yığışdırılacağı ilə bağlı məlumatlat yayılıb. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə Azərbaycanda ekoloji təmiz avtomobillərdən istifadənin təşviq edilməsi, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin istismarının mərhələlərlə məhdudlaşdırılması istiqamətində işlər görüldüyünü bildirib. 

Yenixeber.org: Bəs görəsən, dizel mühərrikli nəqliyyat vasitələri hansı mərhələlərlə, necə yığışdırıla bilər? Bu dünya praktikasında necə aparılır? Ümumiyyətlə, dizel mühərrikli avtomobillərin digərləri ilə müqayisədə ekologiya üçün hansı zərərləri var?

Bu suallarımıza cavab tapmaq üçün nəqliyyat eksperti İlqar Hüseynli ilə əlaqə saxladıq. O, açıqlamasında bu nəqliyyat vasitələrinin birdən, tamamilə sıxışdırılıb çıxardılmasının mümkün olmadığını söyləyib. O bildirib ki, cərimə və sanksiyalar yolu ilə bu prosesi sürətləndirmək olar:

"Əslində, bütün dünyada nəqliyyat vasitələrində hibrid sistemin keçidinə start verilib. Bu bilirsiniz nəyə bənzəyir? Biz illər öncə başqa telefondan istifadə edirdik, bu, zaman-zaman təkmilləşdi, yeni modellər həyatımıza daxil oldu və onun fərqli funksiyalarından istifadə etməyə başladıq. Elmi texnologiya dövrünə artıq start verilib. Lakin hələ ki dizel mühərrikli nəqliyat vasitələrinin tamamilə sıxışdırılıb çıxardılması imkansızdır. 

Ümumiyyətlə, həm Azərbaycanda, həm də dünyada yükdaşımanı, sərnişin daşımanı həyata keçirən iri tutumlu nəqliyyat vasitələri hazırda dizel yanacağı ilə idarə edilir. Amma kiçik nəqliyyat vasitələrində də dizel yanacağına üstünlük verən vətəndaşlarımızın sayı çoxdur. Bunun da üstünlük təşkil etməsinin səbəbi yanacağın işlənmə məsrəfi və qiyməti ilə bağlıdır”.

Ekspert bildirib ki, dizel mühərrikli avtomobillər normadan artıq dəm qazını atmosferə buraxır: 

“Hər il nəqliyyat vasitələri ölkəmizə gəldikdə avtombil texniki baxışdan keçirilir. Nəqliyyat vasitəsi texniki baxışdan keçirilən zaman onun nasazlıq vəziyyəti, atmosferə buraxdığı dəm qazının səviyyəsi də ölçülür. Dizel mühərrikli avtomobillər normadan artıq dəm qazını atmosferə buraxır. Köhnə, sıradan çıxmış, istismar müddətini başa vurmuş, ancaq Azərbaycanda istifadə edilən bu cür nəqliyyat vasitələrinə cərimə, sanksiyalar tətbiq etməklə və ya sıradan çıxmış nəqliyyat vasitələrini təmir etməklə bu problemlərin az da olsa, qarşısını ala bilərik. Lakin konkret olaraq, nəqliyyat vasitələrindən istifadə insaların hüquq azadlığıdır. O istəsə, dizel yanacağı ilə işləyən, istəsə, hibrid nəqliyyat vasitəsini seçə bilər".

Ekspert dünyada bu prosesin necə həyata keçirilməsindən danışıb:

"Bu prosesin dünyada sürətlənməsi lazımdır. Bu proses dünyada sürətlənsə, o zaman elektronmexanizmlərə, hibrid mexanizmi ilə  işləyən nəqliyyat vasitələrinə məcburi keçid edəcəyik. Lakin bu prosesə keçid tədricən olmalıdır. Ölkəmizdə həmin nəqliyyat vasitələrinin üzərində texniki nəzarəti həyata keçirən orqan sanksiyalar tətbiq edib, problemin qarşısını almaqda maraqlı olmurlar. Cərimələnmə o şəkildə həyata keçirilir ki, dizel mühərrikli nəqliyyatda qaz normativdən artıq ekoloji zərbə vurur. Məsələn digər ölkələrdə avtomobilə texniki baxışa qədər bir dəfə şans verilir. Əgər həmin şəxs buna əməl etmir, nəqliyyat vasitəsini davamlı olaraq istifadə edirsə, bu zaman cərimələnmə mümkündür. 

Qanunların olduğu və dünyanın inkişaf etmiş ölkələrində ümumiyyətlə, həmin tipli nəqliyyatların istifadəsi məhdudlaşdırılır. O ölkələrdə avtomobillərin istismarının başa çatdığı müddət var. O maşının zahiri görkəmi normal da ola bilər, lakin istismara yararlı deyilsə, bu zaman nəqliyyat vasitəsi təkrar emala göndərilir. Dünyanın bir çox ölkələrində “ölü maşın” yerləri var. Orada nə qədər təmiz və gözəl maşınlar var, amma onların istismar müddəti başa çatıb. Həmin nəqliyyat vasitələri də toplanıb təkrar emala göndərilir və avtomobilin dəyərində vətəndaşa kompensasiya ödənilir". 

İ.Hüseynli dizel mühərrikli avtombillərin dünya ekologiyasına vurduğu zərərdən də söhbət açıb:

"Dizel mühərikklərlə işləyən nəqliyyat vasitələrinin yenilənməsinin kökündə dayanan məsələ onun dünya ekologiyasına vurduğu zərərlə bağlıdır. Bu baxımdan məsələnin üzərində dayanmalıyıq. Dizel və benzin mühərrikli nəqliyyat vasitələrinin ekoloji fəlakətin dərinləşməsində xüsusi çəkisi var. Xüsusilə də bu problem dizel mühərrikləri köhnələn, sıradan çıxan ölkələrdə daha dərindir".

Ekspert bildirib ki, bu tip nəqliyyat vasitələrinin köhnəlmiş versiyaları ölkəmizdə də çoxluq təşkil edir, lakin bunun qarşısının alınması üçün hər hansı tədbir görülmür:

"Azərbaycanda bu vəziyyət çox acınacaqlıdır. Bakı yollarında istismar müddətini başa vurmuş çox sayda avtombil görürük. Rus "Volqa"larında kənd təsərrüfatı məhsullarının daşındığını görürük, bu, qanunsuzdur. Bu halı dövlət yol polisi də görür, həmin məsələ ilə məşğul olan məmurlar da bunun şahidi olur. Amma təbii ki, o işlə məşğul olan insan da ailəsinin maddiyyatını təmin etmək baxımından həmin qanunsuzluğa yol verir. Əslinə baxanda isə qanunsuzdur və həmin maşınların istifadə edilməsi qadağan edilməldir və cərimə yerlərində saxlanılmadır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam