Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan avtomobil idxalını 3 dəfə artırıb

 

Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 7 294 ədəd avtomobil gətirilib


Yenixeber.org: Dövlət Gömrük Komitəsindən (DGK)verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 637 ədəd və yaxud 2,75 dəfə çoxdur.
Ölkəyə gətirilən avtomobillərin 37 ədədi və yaxud 0,51%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 6 464 ədədi və yaxud 88,62%-i, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 743 ədədi və yaxud 10,12%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 50 ədədi, yaxud 0,69%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Ötən ilin ilk 5 ayına nisbətən sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 1 ədəd və yaxud 2,78% artıb, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 2,89 dəfə və yaxud 4 224 ədəd artıb, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 396 ədəd və yaxud 2,14 dəfə artıb. Əvəzində xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 16 ədəd və yaxud 47,06% artıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam