2020-ci ildə - pambıqçılığın elmi əsaslarla inkişafı prioritet olacaq
Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunda pambıqçılıqda qarşıya qoyulmuş vəzifələrin icrası, pambıqçılığın elmi əsaslarla inkişafına həsr edilmiş müşavirə keçirilib.
Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov bildirib ki, son illər dövlət dəstəyi ilə aqrar iqtisadiyyatın aparıcı istiqamətinə çevrilmiş pambıqçılığın elmi təminatının həyata keçirilməsi baxımından institutun üzərinə böyük vəzifələr düşür. O qeyd edib ki, yerli iqlim amillərinə uyğunlaşmış məhsuldar pambıq sortlarının yaradılması, onların xarici sortlarla müqayisəsinin aparılması, bu istiqamətdə elmi-tədqiqat işlərinin fermer təsərrüfatları ilə birgə həyata keçirilməsi son dərəcə vacibdir: “İnstitutut bundan sonrakı fəaliyyətində qarşıya qoyulmuş vəzifələr əsas götürməli, pambıqçılıqda son innovasiyalar 2020-ci ildəki tədbirlərin əsasını təşkil etməlidir”.
İnstitutun direktoru Elçin Xəlilov ölkədə pambıqçılıq sahəsində elmi təminatın yüksəldilməsi üçün yaxın illərdə həyata keçiriləcək tədbirlər haqqında məlumat verib. Bildirilib ki, institut 11 rayonlaşmış, 14 perspektiv pambıq sortunun toxumçuluğunu həyata keçirib. Mil Təcrübə Stansiyasında və Salyan, Beyləqan, Tərtər rayonlarındakı Regional Aqrar Elm Mərkəzlərinin (RAEM) sahələrində Gəncə-110, Gəncə-114, Gəncə-160 sortlarından 90 ton elit toxum əldə olunub. Qeyd olunub ki, Gəncə RAEİM-də isə Gəncə-110, Gəncə-114, Gəncə-160 və Gəncə-182 sortlarının 9 ton superelit toxumçuluğu yaradılıb: “Yaxın illərdə coğrafi uzaq hibridləşmə yolu ilə alınmış Gəncə-131, Gəncə-142 sortlarının üstün cəhətləri üzərində elmi-tədqiqat işləri aparılacaq, eyni zamanda prioritet kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərinə qarşı inteqrir mübarizə, bioloji mübarizə tədbirlər sisteminin hazırlanması təmin ediləcək”.
Tədbirdə Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Samir Süleymanov, şöbə müdiri Nicat Nəsirli eləcə də, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun alimləri çıxış edərək pambıqçılığın elmi əsaslarla inkişaf etdirilməsi istiqamətində öz təkliflərini səsləndiriblər. İnstitutun maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə bir sıra məsələlər-laboratoriyalardan səmərəli istifadə edilməsi, kadr təminatının gücləndirilməsi geniş müzakirə edilib.
Sonda institutun laboratoriyalarına baxış keçirilib, aparılan analiz və tədqiqat işləri təhlil edilib.