Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Səfərbərlik Xidmətinin səlahiyyətlərindən biri ləğv edildi

 

Nazirlər Kabineti hərbi uçotda olan hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırışının həyata keçirəcək orqana dair təklif hazırlayacaq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri ləğv edilib


Yenixeber.org:  Bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci 13 dekabr tarixli 328 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanda əksini tapıb.
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna əsasən müvafiq icra hakimiyyəti orqanının hərbi uçotunda olan hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırışını həmin müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan prezidentinin 2005-ci 13 dekabr tarixli fərmanına əsasən hər iki halda müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Azərbaycan Respublikasının Hərbi Komissarlığı və onun yerli qurumları, indiki halda isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və onun yerli idarə, şöbə və bölmələri həyata keçirib.
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci 13 dekabr tarixli 328 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərmana əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bu sahədə səlahiyyəti ləğv olunub.
Eyni zamanda Nazirlər Kabineti bu halda müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam