Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ali təhsillə bağlı Nazirlər Kabineti mühüm qərarlar qəbul etdi

Ali təhsillə bağlı Nazirlər Kabineti mühüm qərarlar qəbul etdi

Nazirlər Kabineti “Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası”nı təsdiqləyib.

Yenixeber.org: Nazirlər Kabinetinin qərarı ilə “Ali məktəblərin hazırlıq şöbələrinin Əsasnaməsi haqqında” 1993-cü il 23 dekabr tarixli 631 nömrəli qərarında qismən dəyişikliklər və əlavələr edilməsi haqqında” 1994-cü il 8 dekabr tarixli 412 nömrəli və 1993-cü il 23 dekabr tarixli 631 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali məktəblərin hazırlıq şöbələri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” 2013-cü il 2 oktyabr tarixli 271 nömrəli qərarları ləğv edilib.

Nazirlər Kabinetinin digər qərarı ilə “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edilib.

Qərara əsasən, “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na yeni ixtisas adı daxil edilib. Qərarla “Bakalavriat səviyyəsi üzrə” bölməsinə “XTB050109 Sərhəd təhlükəsizliyi və idarəetmə” sətrindən sonra “XTB050110 İctimai təhlükəsizlik və idarəetmə” sətri əlavə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam