Kardiologiya İnstitutu özəl müəssisədir? –Ölüm hadisəsi statistikaya görə 2,5 dəfə artıb
Yenixebner.org: Son günlər C.Abdullayev adına Elmi –Tədqiqat Kardiologiya İnstitutunda baş verənlərlə bağlı saysız və hər kəsi şok edə biləcək məlumatlar yazılmaqdadır. Təbii ki, hələlik görünən budur ki, İnstitutun yeni direktoru, gənc xanım Gülnaz Dadaşova sadalanan faktlarla bağlı heç bir açıqlama vermir və ya bir az sərt desək yazılanlar heç onun vecinə də deyil. Elmi –Tədqiqat Kardiologiya İnstitutuna biznes ocağı kimi baxdığı deyilən Gülnaz Dadaşovanın fəaliyyətini araşdırmaq üçün daha hansı faktlar lazımdır?
Əslində ölkə səhiyyəsindəki vəziyyətin ağır olduğu söylənilən yazılarda bəzi incə məqamları kənara qoysaq, Azərbaycan səhiyyəsinin vəziyyətini tamam başqa formada xarakterizə etmək olar. Etiraf etmək lazımdır ki, səhiyyəmizdə olan əsas problem kadrların yerinə düzgün təyin edilməməsidir ki, bu barədə hələlik ciddi islahatlar aparılmır.
Əcəba, müasir tibbi avadanlıqlarımız, tam təmirli xəstəxanalarımız və peşəkar həkimlərimiz varkən nədən səhiyyəmiz “reanimasiya”dadır. Reanimasiya demişkən, elektron ünvanımıza gələn saysız məktublardan biri – Elmi –Tədqiqat Kardiologiya İnstitutunun reanimasiya şöbəsində baş verənlərə bir nəzər salaq. Məktubların birində maraqlı faktlar qeyd olunub.
Diqqət Elmi –Tədqiqat Kardiologiya İnstitutuna…
Yazırlar ki, İnstitutun böyük funksional diaqnostika şöbəsi olduğu halda ambulator müraciət edən xəstələrə EKQ və EXO müayinələrini, yeni açdıqları ACİL şöbəsində Lətafət Eyvazova ilə Təvəkkül Yusifovun protejesi olan Təranə Ağayeva nəzarət edirlər. Buradan gələn gəliri də mehribancasına öz aralarında bölürlər. Beləliklə yeni açılan ACİL şöbəsi ilkin yardım göstərmək müəssisəsindən, gəlir mənbəyinə çeviriblər.
Qısacası adamlar insanların həyatları ilə oynamaqla pul qazanırlar. Doğrudanmı onlar insan bədəninin əsas hissəsini təşkil edən orqan – Ürəklə oyun oynayırlar?
Bu komandanın hələ başqa “uğuru” da var imiş. Sən demə bu komanda fəaliyyətə başlayandan ölüm hadisəsi statistikaya görə 2,5 dəfə yüksəlib. Reanimasiya şöbəsində və ACİL-də qoyulan diaqnozlar və müalicə taktikası Avropa Kardioloqlar Cəmiyyəinin Qaydline-larının alqoritvlərinə uyğun olmayıb, adekvat şəkil daşımır. Bu isə xəstələrin ağırlaşmasına, ölüm hadisələrinin artmasına səbəb olur. Qoyulan DS-lar və müalicə taktikası nəinki təsnifatlara uyğun olmur, obsurd dərəcədə gülməli xarakter daşıyır.
İnstitutda indiyə kimi çox böyük elmi və kliniki potensiala malik olan, professorlar, elmlər doktorları, elmi işçiləri və savadlı kardioloqları ilə məşhur olduğu halda, hal hazırda savadsız, namizədlik dissertasiyasını məlum şərtlərlə müdafiə edən, kliniki səriştəsi olmayan, xəstəyə bir xəstə kimi deyil gəlir mənbəyi kimi baxan bu insanların əlindədir.
Bundan başqa direktorun daimi gəlir mənbəyi var: I, II kardioloqiya və reanimasiya şöbələrindəki lyuks və polulyukslar (günü göstərilən şəraitdən asılı olaraq 20, 40, 60 man civarında), funksional diaqnostikanin bütün həkimlərindən (EXO və EKQ), laboratoriyadan ayda 200-300-700-1000 civarında gəlir götürür. Onun kassirləri isə, 2 stavka işlə təmin etdiyi Firuzə Fərəcova və kadrlar şöbəsinin müdürü Fatma Alxasovadır. Başqa gəlir mənbələrinin adlarının çəkilməsi isə qanunvericiliyə tam ziddir. Bax əsas məsələ də budur. Elə isə aidiyyatı qurumlar buyurub araşdırmalıdır ki, İnstitutda qanunvericiliyə zidd olan nələr var.
Üstəlik bu faktlar Səhiyyə naziri hörmətli Oqtay Şirəliyev üçün Elmi –Tədqiqat Kardiologiya İnstitutunda yoxlama aparmaq üçün bir stimul olar.(bizimxeber.az)