Redaktor seçimi
Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
Günün xəbəri

Gömrükdə akkumulyatorlara görə artıq ödəniş tələb olunub? - Komitədən cavab

 

“Rovel Trading” şirkətinin direktoru İntiqam Həsənov iddia edib ki, Dövlət Gömrük Komitəsinin (DGK) Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən adıçəkilən şirkətin malları sənədlərində uyğunsuzluq olmadığı halda qanunsuz şəkildə saxlanılıb və qanunla müəyyən edilən miqdardan artıq gömrük ödənişləri tələb olunub.

Yenixeber.org: DGK-nın iddiaya cavab olaraq yaydığı məlumatda bildirilir ki, “Rovel Trading” MMC “Dörtel Otomotiv San ve Pazarlama Tic. Ltd. Şti” şirkətindən idxal edilən “Mutlu” markalı müxtəlif növ elektrik akkumulyatorlarının gömrük rəsmiləşdirilməsinin aparılması üçün cari il iyulun 8-də Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edib.

Qeyd olunan malların gömrük rəsmiləşdirilməsi zamanı Azərbaycan Gömrük Məcəlləsinin 221-ci maddəsinə, həmçinin “Gömrük tarifi haqqında” qanunun 12.1.2-ci maddəsinə, yəni gömrük dəyərinin müəyyən edilməsinin 2-ci üsuluna əsasən araşdırma aparılıb.

Araşdırma nəticəsində idxal olunan “Mutlu” markalı müxtəlif növ elektrik akkumulyatorlarının gömrük dəyəri ilə bundan əvvəl ən yaxın tarixdə həmin şirkət tərəfindən gətirilən eyni adda malların dəyəri arasında 10 200 manat kəskin fərqin olduğu müəyyən edilib.

Bu səbəbdən həmin gömrük bəyannamələrində gömrük dəyərinə müvafiq düzəlişlərin edilməsi barədə qeydlər aparılıb və bu barədə “Rovel Trading” MMC-yə məktubla məlumat verilib.

Komitə qeyd edir ki, bu, “Rovel Trading” MMC-nin gömrük qanunvericiliyini pozması ilə bağlı ilk cəhdi deyil. Belə ki, həmin şirkət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 2017-ci ildə İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinin tələblərini pozduğuna görə 57 481 manat məbləğində cərimə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam