Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Anayasa bərabərliyimiz budurmu?

 

"Xeberinfo.com": Hər  bir  dövlətin   qanun  toplusu  olan  konistitsuyası  var. Bu  anayasayla  dövlət    onun  vətəndaşları  idarə  olunur. Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev  deyirdi: "Xalq  dövlət  üçün  yox, dövlət  xalq  üçün  olmalıdır    bu  prinsiplər  Konstitusiyamızın  əsasını  təşkil  etməlidir". 

Konstitusiyamıza  nəzər  salanda  görürük  ki, orda  ölkə  vətəndaşları  arasında  ayrı  seçkiliyə  yol  verəcək  bir  maddə  belə  yoxdur. Hər  bir  ölkə  vətəndaşının  hüquqları  konstitusiyaya  uyğun  olaraq  dövlət  tərəfindən  qorunur.Kimsə  kimsədən   fərqli  və  üstün  ola  bilməz. Hamının  da  bərabər  və  ayrılmaz  hüququ   var. Və  əgər  kimsə  tərəfindən  bu  bərabərlik   pozulursa. bu  konstitusiyaya  zidd  sayılır  və  qanunu  pozan  qanun  qarşısında  məsuliyyət  daşıyır,  qanun   müəyyən  maddəsi  ilə   cəzalandırılır.Və  beləliklə  də  qanunun  aliliyi  öz  yerini  tutur.

   Gəlin  görək  müqəddəs  saydığımız  anayasamızın  bərabərlik  maddəsi  bu  gün  necə  işləyir, vergülünə, nöqtəsinə  toxunan  yoxdur  ki? Yazıqlar  olsun  ki, bu  gün  anayasanın  madələrini  ayaqlar  altına  salıb  onu  urvatsız  edən  iş  adamları  və  iri  çaplı  məmurlar  var.Onlar  dövlətdən  və  onun  rəhbərindən  qorxub, çəkinmədən  isdədiyi  vaxt  onu  pozur  və  burda  mənəm, Bağdatda  kör  xəlifə  prinsipi  ilə  yaşayır.  

   Bərabərlik  hüququ  Azərbaycan  Respublikasının   qanunvericiliyi  ilə  qorunur.Respublika  Cinayət  Məcəlləsinin  154- cü  maddəsinə  əsasən, bərabərlik  hüququnu  pozma  cinayət  məsulliyyətinə  səbəb  olur. Əcabə,  eləsə  onda  niyə  ölkədə  ayrı  seçkilikdir  və  bu  bərabərsizliyi  yaradan  kimlərdi? Bu   gün  bunu  görməyən  və  bilməyən  yoxdur. Bu  qışın-qış  günündə  minlərlə  sadə  insanın  işığı  yanmayanda, qazı  gəlməyəndə  məmurun  işığı  da  yanır, qazı  da  gəlir. Burdan   da  belə  bir  nəticəyə  gəlmək  olar  ki, məmləkətdə  insanlar  "lazımlı" və  "lazımsız" qruplarına  bölünüblər.Kimsə  deyə  bilərmi  ki, hansısa  məmur  pozulmuş  hüquqlarının  bərpası  üçün  hansısa  dövlət  idarəsinin  qapısını  döyüb  və  yaxud  da  bir  arayış  almaq  üçün  rüşvət  verib. Dövlət  idarələrinin  qapılarını  döyənlərdə, qanunu  işi  üçün  rüşvət  verənlər  də  o  "lazımsız" adamlardı.

  Hərkəsin  yaxşı  yadındadı  ki, metro  stansiyaları  əsil  ticarət  mərkəzi  idi. Adam  metroya  girəndə  havası  çatmırdı, keçid  üçün  dar  bir  cığır  qoymuşdular, yanpörtü  keçməkdən  yanımız  yağır  olmuşdu.O qədər  yanpörtü  yerimişdik  ki,genişlikdə  də  belə  yeriyirdik. Çox  yaxşı  ki, metropolitenin  rəhbərliyi  dəyişdirildi  və  metroda  ticarətə  son  qoyuldu. Metroya  girib, çıxmaq  asanlaşdı,hərkəs  bunu  sevinclə  qarşıladı. Bir  dəfə  bu  genişliyi  görən  bir  dostum  qayıtdı  ki, ə, vallah. burda  yaxşı  palatka  toyu  eləmək  olar. Dedim  ay  evin  tiksin  yavaş  danış. Dedi  noluf  ki? Dedim, o  olub  ki, təklifin  rəhbərliyin beyninə  batar, indi  də  metroda  palatka  toyları  üçün  şərait  yaradar. Yağışdan  çıxıb, yağmura  düşərik.

  Amma  deyəsən  hələ  tam  olaraq  metronun  ticarət  yağmurundan  qurtarmamışıq. Metro  stansıyalarının  hamsından  ticarət  koşklərinin  yığışdırılmasından  uzun  vaxt  keçməsinə   baxmayaraq,  hələ  də  20  yanvar  stansiyasından  yığışdırılmayıb. Niyə?- deyib  soruşan  da  yoxdu. Amma  mən  soruşmuşam  və  yalan,  doğru  deyiblər  ki, bura  yüksək  çinli  bir  məmura  məxsusdu. İnanmamaqdan  başqa  əlacım  qalmadı.

  Metronun  bu  stansiyası  əhalinin  ən  gur  olan  yeridi. Girib. çıxmaq  çətinlik  yaradır. Lakin  bu  heç  kimi  narahat  eləmir. Ona  görə  ki, "lazımlı" adam  burdan küllü  miqdarda  qazanc  götürüb  yeyir  və  yedizdirir. Bax, budur  anayasadakı  bərabərliyimiz.

 

         

                                                                                   

                                                                               Məhərrəm  Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam