Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirlikdən miqrasiya xidmətinə ittiham

 

"Xeberinfo.com":  Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ( ƏƏSMN ) Məşğulluq siyasəti və əmək bazarının tənzimlənməsi şöbəsinin müdiri Vahab Məmmədov bildirib ki: “ Nazirliyin nəzdindəki Dövlət Məşğulluq Xidməti milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının məhdudlaşdırılması üçün tədbirlər planı hazırlayır. Plana görə, ancaq yüksəkixtisaslı əcnəbi mütəxəssislər ölkəmizdə işə cəlb olunacaq”. 
Məmmədov qeyd edib ki, bu il üçün ölkədə əcnəbi işçilər üzrə kvota 12 min nəfər təşkil edir: “ Ancaq elə sferalar var ki, orada əcnəbi işçiləri yerli ixtisaslı mütəxəssislərlə əvəz etmək olar”.
Onun sözlərinə görə, Azərbaycana gələn əksər əcnəbilər ölkəmizdə sosial müdafiə və miqrasiya orqanları tərəfindən qeydə alınmadan yaşayırlar: “Son hesablamalara görə, hər ay 4 mindən artıq xarici vətəndaş müvəqqəti və daimi yaşayış və qeydiyyat qaydalarını pozur. Bu bir tərəfdən Azərbaycanın əmək fəaliyyəti üçün cəlbedici olduğunu göstərir, digət tərəfdən vergi və sosial ayırmalardan yayınmağa şərait yaradır”. 
Məmmədov bildirib ki: “ DSMF-nin məlumatına görə, Azərbaycanda 15 min əcnəbi sosial-sığortaçı kimi qeydə alınıb, ancaq real rəqəm 50 mindir, yəni əcnəbilərin 70 faizi qeyri-leqal çalışır. 2015-ci ildə qeyri-leqal əmək miqrantları ilə bağlı məsələ kəskin şəkildə qoyulacaq və dövlət nəzarətinə götürüləcəkdir”. (vesti.az)
Məmmədovun qeyd elədiyi neqativ hallara və problemlərə görə hansı dövlət qurumu məsuliyyət daşıyır? 
ƏƏSMN-nin mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirib ki, bütün bunlara görə məsuliyyəti Dövlət Miqrasiya Xidməti daşıyır: “ Bizim nazirlik ancaq kvota müəyyən edir”. 
Miqrasiya Mərkəzi İctimai təşkilatının başçısı Əlövsət Əliyev isə bildirib ki: “ 70 faiz əcnəbinin qeyri-leqal işləməsinə və vergilərdən yayınmasına görə məsuliyyəti Dövlət Miqrasiya Xidməti daşıyır. Əcnəbini qeyri-qanuni işə götürən müəssisə də qanun qarşısında məsuliyyət daşıyır”.
qafqaznews.org 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam