Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

8 Mart Qadınlar günü Füzulidə belə qeyd edildi

 Füzulidə 8 Mart Qadınlar günü münasibəti bayram tədbiri keçirildi

 

Yenixeber.org: Horadiz şəhəri Muğam Mərkəzində 8 Mart Qadınlar Günü münasibəti tədbir keçirildi. Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən qadınlar, şəhid anaları, imtiyazlı qadınlar iştirak etmişdir.

Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramını bildirmişlər.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış etmiş, qadınları 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə təbrik etmişdir.

Ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən danışan Alı Alıyev bildirib ki, hazırda Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir. Son illər qadınlar rayonda dövlət qulluğunda, bələdiyyələrdə də uğurla təmsil olunurlar.

Alı Alıyev qeyd edib ki, respublikamızda qadınlarla bağlı siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkəmizdə ana, qadın adının həmişə uca tutulduğunu vurğulayan Alı Alıyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bütün qadınlara örnək olan ictimai-siyasi fəaliyyətindən bəhs edib.

Tədbirdə çıxış edənlər respublikamızda və Füzuli rayonunda qadınlarla bağlı həyata keçirilən uğurlu dövlət siyasətindən, qadınlara göstərilən diqqət və qayğıdan bəhs ediblər.

Tədbirdə qadınlara qızıl gül və qiymətli hədiyyələr təqdim olunmuşdur. Sonda Dövlət Dram Teatrının aktyorlarının ifasında tamaşa və incəsənət ustalarının ifasında bayram konserti təşkil olunmuşdur.

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam