Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib

 

Bu ilin yanvar-mart aylarında Azərbaycanda bir istehlakçı orta hesabla ayda 662,1 manat və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 59,8 manat çox vəsait xərcləyib.

Yenxeberorg.com xəbər verir ki, bu ilin yanvar-mart aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 20,4 milyard manat təşkil edib.

Bu göstərici 2025- ci ilin yanvar-mart aylarına nisbətən real ifadədə 4,6 faiz artıb.

Ümumi dəyərin 78,1 faizini pərakəndə ticarət dövriyyəsi, 18,8 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib. Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,3 faiz artaraq 19,5 milyard manata bərabər olub, onun 43,8 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam