Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

8 mart qadınlar bayramı qeyd olundu-Füzulidə

 8 mart qadınlar bayramı qeyd olundu-

 

 

Füzulidə 8 mart qadınlar bayramı qeyd olundu

 

 

Yenixeber.org: Horadiz şəhərindəki Muğam Mərkəzində 8 Mart Qadınlar günü münasibəti  ilə tədbir keçirilib. Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən qadınlar, şəhid anaları, imtiyazlı qadınlar iştirak edib.

Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayon qadınlarını 8 Mart Qadınlar bayramı münasibəti ilə təbrik edib. 
Ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən danışan Alı Alıyev bildirib ki, hazırda Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir. Son illər rayonda qadınların dövlət qulluğunda, bələdiyyələrdə də uğurla təmsil olunduqlarını vurğulayan Alı Alıyev qeyd edib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Ölkəmizdə ana, qadın adının həmişə uca tutulduğunu, ana məfhumunun minillərdən bəri xalqımızın təfəkküründə doğma yurdu, vətən torpağını və dilimizi təcəssüm etdirdiyini vurğulayan rayon İcra Hakimiyyətinin başçısı Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bütün qadınlara örnək olan ictimai-siyasi fəaliyyətindən bəhs edib.

Çıxış edən qadınlar göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Rayon qadınları Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı 8 mart qadınlar bayramı münasibəti ilə təbrik ediblər.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlara Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

8 mart qadınlar bayramı qeyd olundu-






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam