Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Füzulidə 8 Mart Qadınlar günü münasibətilə bayram tədbiri keçirildi

 

Horadiz şəhərində “Telnar” şadlıq sarayında 8 Mart Qadınlar Günü münasibəti bayram tədbiri keçirilmişdir.

"Xeberinfo.com":  Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qrup qadın, şəhid anaları, imtiyazlı qadınlar iştirak etmişdir.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbirdə çıxış etmiş, rayon qadınlarını 8 Mart Qadınlar bayramı münasibəti ilə təbrik etmişdir.

Ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən danışan Alı Alıyev bildirmişdir ki, bu siyasətin nəticəsidir ki, hazırda Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir. Son illər qadınlar rayonda dövlət qulluğunda bələdiyyələrdə də uğurla təmsil olunurlar.

Alı Alıyev qeyd edib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti hazırda prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkəmizdə ana, qadın adının həmişə uca tutulduğunu vurğulayan rayon İcra Hakimiyyətinin başçısı Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın bütün qadınlara örnək olan ictimai-siyasi fəaliyyətini diqqətə çatdırıb.  

Çıxış edən qadınlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

         Tədbirdə bir qrup qadına YAP-ın üzvlük biletləri və Fəxri Fərmanlar verilmişdir.

         Sonda rayon Dram Teatrı tərəfindən hazırlanmış xüsusi səhnələr nümayiş olunmuş, bayram konserti təşkil olunmuşdur.

 

        










Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam