Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Qidanın iki əsas şərti

 

İslam yersiz aclığı da şeytan addımı bilir. Ona görə də tarixi mənbələrdə qeyd olunur ki, bəzi ərəb tayfaları öz məhsulları və heyvanlarının bir hissəsini heç bir dəlil olmadan haram etmişdilər. Onlar bu işi bəzən Allaha aid edirdilər. Uyğun ayə nazil oldu və şübhələr aradan qaldırıldı.

Yenixeber.org: İslamda insanların maddi həyatına kamil şəkildə diqqət yetirilmişdir. Bu ehtiyaclardan qidalanma ehtiyacı öndə gəlir. Uyğun mövzuda onlarla ayə, yüzlərlə hədis mövcuddur. Peyğəmbərlərin vəzifələrindən biri də halal-haram qidaların və içkilərin insanlara tanıtdırılmasıdır.

Quranda, adətən, məsrəf icazəsi ilə yanaşı bir şərt, bir məsuliyyət də bəyan edilir. Məsələn, sözügedən ayədə: "Halal  pak nemətlərdən yeyin" - əmrindən sonra "şeytana tabe olmayın" - deyə buyurulur.

Başqa bir ayədə "Yeyin  için" əmrinin ardınca "fəsad törətməyin" şərti qoyulur. ("Bəqərə" surəsi, ayə 60.)

Digər bir ayədə "Yeyin  içinamma israf etməyin" əmr olunur. ("Əraf" surəsi, ayə 31.)

Başqa bir ayədə isə "Yeyin  yedirin" buyurulur. ("Həcc" surəsi, ayə 28.)

"Təfsiri-bürhan" kitabında İmam Sadiqin (ə) Tariq adlı bir şəxsə buyruğu nəql olunmuşdur. Rahiblik və tərki-dünyalıq qərarına gəlmiş Tariq arvadından ayrılmaq istəyərkən İmam (ə) buyurmuşdur: "Bu, şeytan addımlarındandır."

Bildirişlər

1. Məsrəf, istifadə zamanı iki əsas şərt var: Həmin şeyin halal və pak olması

2. İslam bəzi riyazətlər (pəhrizlər) ilə müxalifdir.

3. Haram buyurulmuş, eləcə də, çirkin qidalardan istifadə şeytana tabeçilikdir.

4. Bəşərin təbii ehtiyacları şeytanın azğınlıq və qələbəsi üçün zəmindir. Təbii ehtiyacları təmin edərkən büdrəmələrə diqqətli olmaq lazımdır.

5. Şeytan insanı addım-addım azdırır. İlk addımdan ehtiyatlı olmaq lazımdır.

6. Şeytan xalqı çaşdırmaq üçün müxtəlif yollarla meydana girir.

7. İnsanları haramdan istifadəyə məcbur edib, halal nemətləri onların əlindən almaq şeytanın aşkar düşmənçiliklərindəndir. ("Təfsiri-nur", Ustad Möhsin Qəraəti, 1-ci cild, "Bəqərə" surəsi, 168-ci ayənin təfsiri.)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam