Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İSLAMOFOBİYANIN BİLİNMƏYƏN ÜZÜ

 

"Xeberinfo.com":  Dünyada son illərdə xüsusilə çox terror hadisələri həyata keçir. Bu hadisələrə baxdığımızda bir qisminin Əl-Qaidə və İşid kimi təşkilatlar tərəfindən həyata keçirildiyini görürük. Bəs bu təşkilatlar necə ortaya çıxdılar? İdealları nədir? Fəlsəfələri, fikirləri nədir? Necə bir məlumat alırlar ki bu aktları həyata keçirirlər?

İndi bu adamların düşüncə quruluşunu daha yaxşı anlaya bilmək üçün bir nümunə verək;

 "Ureyne qəbilələrindən bir neçə adam (7-8), Mədinəyə gəlirlər ; Bir qədər xəstələnmişdilər. Qır insanları olduğu üçün Mədinənin havası onlara yaramır. Məhəmmədə müraciət edirlər. Məhəmməd, "müalicə" üçün özlərinə "dəvə südü" ilə "dəvə sidiyi" içirdir. Sonra da "zəkat dəvələri" nin olduğu yerə (çöllərə) göndərir. Burada da "dəvə südü" və "dəvə sidiyi" içəcəklər. Adamlar çöldə  yaxşılaşır. Sonra dəvələrin çobanını öldürürlər; Dəvələri də qabaqlarına qatıb aparırlar. Həzrət Məhəmməd bunu öyrənir. Onları ardından, tutsun deyə adam göndərir. Sonda qatil və oğru hamısını tutur.  Həzrət Məhəmmədin verdiyi cəza:

Hz.Məhəmməd tutulanların əllərini, ayaqlarını kəsdirir; Gözlərini oydurur və Harre adlanan (son dərəcə isti) yerə tullayır. Adamlar şikayətlənirlər, su istəyirlər. Su verilmir. Adamlar daşları gəmirirlər.  Sonda ölürlər. (Buxarının 7 yerdə və 9 yoldan köçürüb yazdığı bu hədis üçün bax. Buxari, e, Kitabu; Təcrid, h. No: 172; Müslim, e, Kitabu. No: 1671;  Əbu Davud, Sünən, Ki-tabu, hədis no: 4369. "

İndi bu hədislər İslamın ən mühüm mənbələri  Buhari,müslim,ebu Davud və Əbu Sünən-də keçir yəni kütubi-sittə deyilən mənbələrdə. Bu hədislərə bənzəyən yüzlərlə hədis var. Həzrət Məhəmmədin işgəncə etdiyi, gözlərini oyduğu,aç susuz saxladığı kimi bir çox mövzu açılır. Həmçinin Kütüb-ü Sittəde, adamın öldürülməsi üçün o qədər çox mövzu var ki. Saqqalını kəsmək, dindən çıxmaq, namaz qılmamaq, oruc tutmamaq kimi bir çox məsələnin qarşılığı birbaşa başı kəsilərək öldürülmək olaraq keçir.

 

 İndi bunu düşünək; Bu uydurma hədisləri oxuyan və bunun kimi yüzlərlə xurafatı, fətvayı,icmayı oxuyan və bunlarla yetişən bir insan necə bu aktları həyata keçirməsin?

Dərhal bu insanlar hər bir məsələnin hökmünün başkəsmə olduğu bir İslam dini olduğu inancındadırlar . Əl-Qaidə və İşid, özlərinə tərəfdar toplayarkən də bu hədisləri göstərir və oxudur. Bax, deyir (əsla) peyğəmbər belə deyir. Öz əqidəmiz xaricindəkiləri, müsəlmanların xaricindəkiləri hətta,  öz dinimizin xaricindəkiləri məhz bu səbəblərdən çəkməliyik kəsməliyik işgəncələr etməliyik deyirlər. Bu şəkildə tam təqva sahibi bir müsəlman olan bilərik deyə bunlara təlqin verilir.

 Alınan məlumatın vəhşiliyini və yanlışlığını təsəvvür edirsiniz? Bir insan bu məlumatları aldıqdan sonra əlinə silahı versən nələr etməz? Aparanları görürük. Suriyada Fransada Nigeriyada və dünyanın bir çox bölgəsində başkəsmələr, işgəncələr, məsum insanların qətllər baş verir.

Demək ki, burada böyük bir yanlışlıq var. Hamımız deyirik ki  İslam sülh dinidir sevgi dinidir, mərhəmət dinidir şəfqət dinidir. Rəbbimiz bir çox ayəsində insanlara əfv, mərhəməti, sülhü, qardaşlığı, dostluğu, güvəni ,nəşeni,huzuru danışır. Qurani-kərimdə Rəbbimiz buyurur;

 "Əgər şükr edər və iman gətirsəniz, Allah əzabınızla nə etsin? "(Nisa Surəsi, 147)

"Əgər şükr edər və iman gətirsəniz, Allah əzabın nə etsin? "(Nisa Surəsi, 147)

 Allah bizə əzab etmək istəmir. Hal hazırda insanlar öz özlərinə əzab edirlər. Quranın başqa uydurma məlumatlarla, peyğəmbərimizə atılan böhtan dolu sözlərlə bunları görürlər.

Müsəlmanlar üçün Qurandan kənara çıxmaq bir fəlakət olur. Quranın bütünlüyüylə heç bir əlaqəsi olmayan bu böhtanlar müsəlmanlar üçün və dünya üçün bir fitnənin yaranmasına səbəb olur. Hazırda dünyada böyük bir fitnə var. Quranın nuru diqqətlə baxanda bunu hiss etmək olar. Quran nurdur, hidayət mənbəyidir. Müsəlmanlar artıq Qurana üz tutmalıdırlar. Quranın sevgiyə, qardaşliğa,barışa, əffə yönəldən çağırışlarını nəzərə almalıdırlar. Müsəlmanların birlik olmalarını və bir arada olmalarını tövsiyə edən Rəbbimiz bir ayədə bu şəkildə bildirmişdir;

 Əgər siz bunu etməsəniz (birlik olmasanız) yer üzündə bir fitnə və böyük bir fəsad olur. (Ənfal Surəsi, 73)

O halda müsəlmanlar artıq birlik olmağı danışmalı, İslam Birliyini Cənabı Allahdan istəməlidirlər. Müsəlmanlar üçün və dünya üçün əmin-amanlıqğın tək qaynağı Qurandır.  Axirətdə yalnız Qurandan hesaba çəkiləcəyik. Bunu unutmamalıyıq!

 

 Sevgi və Hörmətlərimlə

 Hüseyin Uçkun


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam