Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İslamın Quranda və xurafatlardakı yeri

 

 

Xeberinfo.com:   Radikallar İslam adından ortaya çıxdıqlarından bu günə kimi dünyaya yanlış İslam modeli tanıdılıb. Sülh və sevgi dini olan İslam dəhşət dini kimi göstərilib. Radikalizm hər dinə, ideologiyaya ifratlıq gətirdiyi kimi, dinimizə də dində olmayan xurafat gətirib. Dinə gətirilən xurafat müsəlmanlara gülməyi, əylənməyi, estetikanı, incəsənəti, musiqini, təmizliyi, keyfiyyəti, modernliyi haram edib.  Geriyə baxımsız, elmsiz, incəsənətdən, gözəllik və estetikadan uzaq müsəlman modeli qalıb.

Artıq Qərbin Yaxın Şərqlə bağlı planları heç kəsə sirr deyil. Hazırda baş verən qanlı döyüşlər, məzhəb savaşları, terror qrupları müəyyən planın parçası olaraq meydana çıxıb. Amma İslam dünyasının hazırkı durumunda tamamilə Qərbi günahlandırmaq doğru deyil. Müsəlmanlar özlərindəki səhvləri  görməlidirlər. Yaxın Şərq üzərində qurulan planlara zəmin yaradan fanatik icmaların, qrupların ortaya çıxması bu qəbildən olan yalnışlardır. Dini azadlığın olmaması, qadına dəyər verilməməsi, keyfiyyətsiz dindar modeli Qərbin işinə yaramış, müsəlmanları asanlıqla istismar edə bilmişlər.  

İslam dini miskin, keyfiyyətsiz olmaq demək deyil, bu şəkildə düşünənlərin Qurandan bixəbər olduqları aydındır. Keyfiyyətli olmaq üçün pula deyil, zövqə, incəsənətə ehtiyac var. Bir çox insan xeyli miqdarda pul xərcləsə də, keyfiyyətsizdir.

Allah gözəldir, gözəlliyi sevir. Keyfiyyət və gözəllik bir-birini tamamlayır. İnsani keyfiyyətlər bir insanı daha yetkin, anlayışlı, ağıllı hala gətirir. Bu insanlar sülhə və bəşəri dəyərlərə zərər gəlməsinə qarşı olan, dostluğun, sevginin tərəfində olan insanlardır. Buna görə də, şərtlərdən asılı olmayaraq, müsəlman daim "sülh" insanıdır. 

İslam dünyasına miskinlik hakim olduqdan, müsəlmanlar özlərinə keyfiyyətsizliyi layiq bilib dəyər vermədikdən sonra onlara da dəyər verən qalmayıb. İslam ölkələrində baş verən qətliamlara dünya laqeyd qalıb. Qərb mediası adi xəbərlərə günlərlə yer verərkən, qətlə yetirilən günahsız müsəlmanlar haqqında danışan yoxdur.  Bunun əsas səbəblərindən biri İslam dünyasına hakim olan keyfiyyətsizlikdir. Keyfiyyətsizlik özü ilə sevgisizlik, əziklik və özünə güvənsizlik gətirib. Bunun nəticəsində bir çoxları müsəlman olmaları ilə qürur duymaq əvəzinə əzik xarakterli insanlara çevriliblər və utanırlar.

İncəsənətin, elmin, estetikanın, musiqinin, mədəniyyətin, təhsilin, xoş sozün, gözəlliklərin olmadığı İslam modeli dünyanı dəhşətə gətirib. Dinin əslinin bu olduğunu düşünənlər İslamdan uzaqlaşıblar, müsəlmanlara qarşı olmağa başlayıblar. İslama qarşı olanlara radikal qruplar terrorla cavab verdikde  İslamın sevgi dini olduğu anlayışı itirilməyə çalışılıb.  

Radikalizm sadəcə İslam üçün deyil, bütün dinlər üçün böyük təhlükədir. Radikalizmə qarşı ən təsirli mübarizə metodu isə fikri mübarizədir. Radikalların həyata keçirdiyi qırğınların, teraktların səbəbi Qurana əsaslanmayan, xurafatdan qaynaqlanan yalnış məlumatlardır. Bunun qarşısını almaq üçün Qurandakı İslam təbliğ edilməli, dinin gözəllikləri göstərilməlidir. Radikal cərəyanlar illərdir gözəllikləri, zənginliyi dindar olmayan insanlara aid ediblər. Özlərinə dindar deyənlər isə miskin, baxımsız, təhsilsiz, incəsənət anlayışından məhrum hala gətirilib. Təmizliyi, keyfiyyət anlayışını, Peyğəmbərimizin (səv) zamanının ən müasir, ən gözəl geyinən insanı olduğunu unudublar. Halbuki ən gözəl nemətlər Allahı səmimi sevən insanlara məxsusdur, keyfiyyətli olmaq, modern olmaq onların haqqıdır.

Müsəlmanlar Qurana tabe olsalar, Peyğəmbərimiz (səv) kimi təmizkar, baxımlı, mədəni olarlar. Quran bizə yaşadığımız məkanların təmizliyindən, gözəlliyindən tutmuş, danışıq, davranış mədəniyyətinə qədər hər incə detalı izah etmiş, doğru yolu göstərmişdir. Müsəlmanlar hz. Yusifin gözəlliyi ilə, hz. Süleymanın yaşadığı ehtişamlı həyatla müjdələnirlər. Quranda müsəlmanlara bədənlərini, geyimlərini, yaşadıqları məkanları təmiz saxlamaq əmr edilmişdir, dolayısı ilə müsəlman dünyanın ən təmiz insanı olmalıdır. Allah dünyada və axirətdə nemətlərini müsəlmanlara halal etmişdir. Cənnətdə ən gözəl nemətlərdən bəhs edilərkən bir ayədə belə buyurulur:

De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında (hamıya), Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Əraf surəsi 32

Müsəlmanlar həm xarici görünüşləri, həm də davranışları ilə radikalizmin İslama vurduğu zərərin qarşısını almalı, Quranda izah edilən dinin asanlıqlarını dünyaya göstərməlidirlər. Radikalizmə görə İslamın qorxu dini olmasına izin verməməlidirlər. Bu isə qarşı tərəfi məlumatlandırmaq və insanlara izah edilən gözəl keyfiyyətlərə ilk novbədə özü yiyələnməklə mümkündür. Müsəlmanların keyfiyyətli olması dedikdə təmizlik, estetika, nəzakətli, mədəni, sevinc dolu, hüzurlu, sayğılı olmaq, müxtəlif dünyagörüşlərinə hörmət etmək, bayağı davranışlardan, söhbətlərdən çəkinmək, qarşısındakı insanlarla hörmətlə davranmaq nəzərdə tutulur. Bu xüsusiyyətlərə malik müsəlmanların yaşadığı İslam dinini bütün dünya sevərək qəbul edər.

 

Aysel Vəlizadə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam