Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Gənclərin Bilik Olimpiadası” adlı layihənin növbəti seçim turu keçirilib - FOTOLAR

 

        Bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Bilik Olimpiadası”adlı layihənin növbəti seçim turu keçirilib.

        Xeberinfo.com:  Seçmə turun rəsmi hissəsində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, İdarənin aparıcı məsləhətçisi Vüsal Ömərov, "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyin sədri Pərviz Mustafayev, İctimai Birliyin baş katibi Ləman Muradova, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədr müaviniSeymur Ramazanov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə-Gənclər Təşkilatının sədriAziyəHacıyeva və fəal tələbələr iştirak etmişdir.

         İlk öncə qonaqları salamlayan Akademiyanın Tələbə - Gənclər Təşkilatının sədriAziyəHacıyevatədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışıb, elmə, təhsilə olan marağın artırılması, liderlik, komandada işləmək bacarığı kimi xüsusiyyətlərin üzə çıxarılması istiqamətində gənclərin ictimai fəallığını və sosial aktivliyini təmin edilməsi məsələlərlə bağlı məlumat vermişdir.

         Sonra "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, həyata keçirilən layihənin əsas məqsədi gənclərin elm və yaradıcılıq potensialının nümayiş etidirilməsi üçün əlverişli şəraitin yaradılması, eyni zamanda istedadlı və potensiallı gəncləri müəyyən etmək və gələcəkdə onların potensialını inkişaf etdirmək yolunda mühüm addımların atılmasından ibarətdir. L.Muradova qeyd etmişdir ki, intellektual oyunlar müasir dövrün ən prioritet məsələlərindədir və biz də ölkəmizdə bu sahədə olan istedadların üzə çıxarılmasını əsas məqsəd kimi qarşımıza qoymuşuq. 

         Sonda çıxış edən Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədr müaviniSeymur Ramazanov bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Gənclər Fondunun hər bir gəncə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini,olimpiadanın gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onların bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd etmişdir.

 

         Rəsmi hissədən sonra "Gənclərin Bilik Olimpiadası"nın növbəti seçmə turuna start verilmişdir. Qeyd edək ki, layihə çərçivəsində 9 müxtəlif ali və orta ixtisas müəssisələrinin tələbələri arasında bilik olimpiadası keçirilir və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası artıq səkkizinci təhsil müəssisəsidir. Xatırladaq ki, layihənin açılış və ilk seçmə turu Azərbaycan Kooperasiya Universitetində, ikinci seçmə turu Bakı Biznes və Kooperasiya Kollecində, üçüncü seçmə turu “Bakı Avrasiya” Universitetində, dördüncü seçmə turu Bakı Sosial Pedaqoji Kollecində, beşinci seçmə turu “Təfəkkür” Universitetində, altıncı seçmə turu "Odlar Yurdu" Universitetində, yeddinci seçmə turu isə Azərbaycan Dövlət İqtisad Universitetindəkeçirilmişdir. Sonda layihənin bağlanışı və bilik olimpiadanın final mərhələsi keçiriləcəkdir. “Gənclərin Bilik Olimpiadasında” qalib gəlmiş tələbələr “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən mükafatlandırılacaqlar.










Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam