Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Əbülfəz Məlikov Kəmaləddin Heydərovun adından niyə istifadə edirdi?- Broker kralının iz azdırma taktikası

 

Əbülfəz Məlikov Kəmaləddin Heydərovun adından niyə istifadə edirdi?

Yenixeber.org: Azərbaycan gömrüyünün məşhur isimlərindən olan Broker Əbülfəz Məlikov uzun zamandır ki, qurtulma və qorunma üçün yollar arayır. Gundeminfo.az-a daxil olan məlumata əsasən Məlikov son zamanlara qədər özünü fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adamı kimi qələmə verib. Hətta bu informasiyanı dövriyyəyə buraxmaq üçün əlindən gələni edib. Əli çatan bütün informasiya qaynaqları vasitəsilə özünü K.Heydərovun adamı kimi qələmə verdirib. Saytımıza bilgi verən mənbə deyir ki, əslində isə Ə.Məlikov belə informasiyaları bəzi dairələrə təqdim etməklə çalışıb ki, özü haqda düşmənlərinin guya yalan xəbər yaydığı təəsurtaını yaratsın. Bundan sonra da əlində olan və illərlə qaranlıq yollarla gömrükdən çırpışdırdığı pulları leqallaşdırmaq və onları qorumağa çalışıb. 

Gundeminfo.az-a danışan məlumatlı şəxs deyir ki, həqiqətən də bir zamanlar Məlikov Heydərovun böyük imkanlarından yararlanıb. Lakin indi çoxları bilir ki, o pul xatirinə hər kəslə heç bir vəfa borcu düşünmədən yollarını ayıra bilir. Biznesdə əsas faktorlardan biri kimi etibarın olması vacib sayılsa da Azərbaycanın baş Borkeri bu principdən heç zaman istifadə etməyib. 

Məlumata əsasən indi heç bir ağsaqqalı olmayan Məlikov Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə yaxınlaşmağa çalışır. Mənbəmiz iddia edir ki, yuxarıda sadlanan əsas mənəvi dəyərlərə Məlikovun nə qədər dəyər verdiyini bilən Mehdiyev hələ ki, ehtiyat edir. 

Onu da əlavə edək ki, artıq Bakı küçələrində yol polisləri ilə çiling-agac oynayan Məlikovun özü, sürücüləri, yaxın qohumları da gözə dəymir. Xatırladaq ki, yerli mediada dəfələrlə Əbülfəz Məlikovun yaxın qohumlarının gecə saatlarında dəyəri yüz min manatlarla ölçülən avtomobillərində avtoşluq etdiklərinə dair informasiyalar yer alıb. İnternet resurslarında hələ də həmin məlumatlat qalmaqdadır. Bunadna başqa Məlikovun yol polisləri ilə "anlaşdığına" və bundan dolayı onun avtomobilini saxlamadıqlarına dair dəfələrlə mediada xəbərlər yayılıb. Mövzu ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam