Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Əbülfəz Məlikov sərvətini ölkədən çıxara bilmədi-vəziyyət bir qədər də qəlizləşib

 

Əbülfəz Məlikov sərvətini ölkədən çıxara bilmədi -

Yenixeber.org: Uzun zamandır ki, karyerasını qorumaq və əlindəki sərvətlərini itirməmək üçün çalışan Azərbaycan gömrüyünün məşhur broker kralı Əbülfəz Məlikov çox çətin duruma düşüb. Gundeminfo.az-a bilgi verən mənbə deyir ki, Ə.Məlikov hətta çox zamandır ki, Bakının Meyvəli bazarında da görünmür. Onun müavinləri də bazara gəlmirlər. Bakının mərkəzindəki Bülbül prospektində yerləşən ofisinin də qapıları xeyli müddətdir ki, bağlı qalıb. Məlumata əsasən Məlikov ilk növbədə qarajında olan bahalı avtomobillərini Qazaxıstana daşımaq istəyib. Təxminən 10 gün əvvəl Bakı Dəniz Limanına müraciət edən Məlikovun yaxın qohumlarından birinə rədd cavabı verilib.

Gundeminfo.az-a danışan mənbə iddia edir ki, hətta Broker Əbülfəz paytaxtda və regionlarda yerləşən bahalı villalarını qiymətləndirmək və satışa hazırlamaq məqsədilə bir neçə əcnəbi konsaltinq və menecment şirkətlərinə də baş vurub. İlk olaraq razılaşma əldə edilsə də, sonradan həmin şirkətlər də Ə.Məlikovla əməkdaşlıq edə bilməyəcəklərini bildiriblər. Sabiq gömrük şefi Aydın Əliyevin dövründə ölkənin ərzaq və tikinti materaialları bazarında broker olaraq at oynadan məlikovdan artıq büdcəyə çatası olan pullarla bağlı hesab soruşulur. 

Mənbəmiz deyir ki, ilkin olaraq vergidənyayınma və invoyslarda idxal və ixracata dair hesabat fakturaları araşdırılır. Araşdırmaların Dövlət Gömrük Komitəsi ilə yanaşı Vergilər Nazirliyində də aparıldığı söylənilir. Gundeminfo.az-a danışan mənbə deyir ki, Əbülfəz Məlikov 2017-ci ildə bir neçə dəfə broker kantoru yaradıb və sonradan onları ləğv etdirib. Hazırda Broker Əbülfəzin 2017- 2018- ci illərdə borker fəaliyyəti göstərmiş yan kantorlarının fəaliyyəti də araşdırılır. 

İnformasiyalara əsasən son zamanlar Ə.Məlikovla gömrük şefi Səfər Mehdiyevin münasibətlərində yaxınlığın yaranması səbəbilə araşdırmalarda ləngimə olub. Bundan sonra isə araşdırmalar daha aktiv şəkildə Vergilər Nazirliyində və müəyyən mərhələlərdə isə Maliyyə Bazarlarına Nəzarət Palatasında davam etdirilib. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam