Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Hacıqabulun baş həkimi oğluna 60 minlik toy etdi, 212 min yığdı

 

Beydulla Qarayev
Beydulla Qarayev

 Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Beydulla Qarayev bir neçə gün əvvəl oğluna toy edib.

Yenixeber.org: Məlumata görə, toy mərasimi Şirvan şəhərindəki “Ağ saray” şadlıq evində olub.

Baş həkimin oğlunun şadlıq mərasiminə 60 min manata yaxın xərc çəkdiyi xəbər verilir. Belə ki, baş həkim şadlıq sarayının hər iki zalını bağlatdırıb.

Həmçinin, Bakıdan dəvət olunan şou-biznes nümayəndələrinə böyük məbləğdə qonorar ödənilib. B.Qarayevin toy məclisindən 212 min manat yığdığı, onun 60 min manatını xərclədiyi söylənir.

Məlumatlarda iddia olunur ki, toya ən aşağı nəmər yazdıran 300 manat olub. Hətta Şirvan və Hacıqabuldan olan idarə rəisləri 500-1000 manat arası yazdırıblar.

Toyda ağ balıq kababından tutmuş ən bahalı içkilərə qədər masalara düzülüb. Habelə, qonaqlara qara kürü,

Onu da deyək ki, B.Qarayev baş həkim təyin olunmamışdan qabaq Şirvan şəhər Mərkəzi Xəstəxanasında reanimasiya şöbəsinin müdiri işləyib.

Artıq uzun illərdir ki, Hacıqabul səhiyyəsinə rəhbərlik edir. Amma baş həkim oliqarx kimi dəbdəbəli toy təşkil edib.

Prezident dəfələrlə məmurlara xəbərdarlıq edib ki, dəbdəbəli toy-nişan, ad günü ziyafətləri etməsinlər, israfçılığa yol verməsinlər.

Bundan əvvəl də Bakının baş liftçisi Qüdrət Şükürovun qızına 400 minlik toy etdiyi xəbərləri yayılmışdı.

Təbii ki, hər kəs övladına gözəl məclis təşkil etmək istəyir. Amma məmurlar gərək təvazökar olsunlar. Bununla belə, hörmətli B.Qarayevin oğluna xoşbəxtlik arzulayırıq.(AzEuroNews.com)

****************************************************************

Prezident İlham Əliyevin dəbdəbəli toy və ad günləri ilə bağlı çıxışı (2.20 dəqiqədən sonra baxın )


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam