Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

BƏS, «HAMBALIN BİR ABBASISI» NECƏ OLSUN?

 

mirzeMirzə AĞ

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar qəbul olunandan sonra, hər gün yerli KİV-dən ən müxtəlif kateqoriyadan olan insanların əmək haqqının artırılması, qaçqınlara «dövlət dəstəyi»nin məbləğinin, pensiyaların, müavinətlərin artırılması və s. barədə oxuyuruq – ürəyimiz dağa dönür, artımın « topdansatış həcmi»nin böyüklüyünün doğurduğu sevincdən az qalır ki, ağzımız əyilsin! Bəs necə, birdən-birə oooooon faiz – zarafat deyil…

Digər tərəfdən, bu xəbərləri oxuduqca, sevindikcə və sevincdən ağzımız əyildikcə, «artıma məruz qalmış» ünvanlar arasında özümüzü tapmadıqca, fikir dəryasına baş vururuq – «artıq bizi gerçəkdənmi dəfn ediblər?» – sulına cavab axtaırıq…

Və gözlərimiz qarşısında qabaritləri 10 metrdən böyük olan iri bir sual boy verir – kimləri jurnalist adlandırmaq olar və ya jurnalist hansı keyfiyyətlərə malik olmalıdır? Özgə vaxtı ağzıgöyçəklər deyirlər ki, jurnalist mütləq vətənpərvər olmalıdır, onun istedadlı baş, iti qələmi… olmalıdır, jurnalist qərəzsiz və obyektiv yazmalı, tamahını boğmalıdır və s. Düşünürəm – görəsən, biz bu keyfiyyətlərdən məhrumuq ki, adımız «artıma məruz qalmışlar» siyahısında yoxdur?

Azərbaycan mətbuatında uzun illərdən bəri çalışan, əli təmiz, qələmi təmiz və ən əsası, ürəyi-qəlbi təmiz, qəlbi vətənlə döyünən bir çox yazara baxıram və görürüm ki, onların əksəriyyəti bu keyfiyyətlərdən xali deyil. Belədə, yenə sual: Bəs, onlar nə üçün «dövlət dəstəyi»ndən kənarda qalırlar? Yox, yox, bu paxıllıqdan kənar bir məqamdır – «dəstəyə məruz qoyulmuşlar»a uğurlar arzulayırıq! Amma belə yanaşma istər-istəməz, təəssüf doğurmaya bilmir…

Açıq-aydın görünür ki, gözəgörünməz bir əl Azərbaycan jurnalistlərini bölür – «yaxşı» və «pis» jurnalistə və həm də bu bölgüdə işgüzar-peşəkar-əxlaqi qabiliyyət amilləri ən axırıncı plana keçirilir. Buna çoxsaylı-müqayisəli misallar gətirmək olar…

Odur ki, yuxarıda sadaladığım keyfiyyətlərə malik jurnalistlərin acınacaqlı maddi durumunu göz önünə gətirərkən, yenə iri bir sual işarəsi ilə qarşılaşırıq: Görəsən, nəyimiz əskik gəlir ki, bizləri «dəstəkdən kənarda» saxlayırlar? Bəlkə, jurnalistin arxasında lafet olmalıymış, biz bilməmişik?!

Bütün bunları düşündükcə, Azərbaycanın məşhur «O, olmasın – bu olsun» operettasındakı hambal yada düşür – Məşibad sağa-sola pul paylayır, amma zavallı hambalın bir abbası zəhmət haqqını vermir!

Odur ki, sözgəlişi deyirəm: Bəs, bizim bir abbasımız necə oldu, ay hökumət? Yoxsa istəyirsən ki, biz də arxamızca bir «lafet» sürüyək?…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam