ABŞ SURİYANI PARÇALAYIR! –«Biz, böyük yəhudi imperiyası quracağıq»
Bu gün Rusiya KİV-nin Suriyada cərəyan edən proseslər barədə yaydığı bir xəbər xeyli diqqətçəkəndir. Xəbərdə deyilir ki, Suriyanın cənubunda «Cəbhət ən-Nursa» və «Azad Suriya Ordusu»nun döyüşçüləri nəzarət etdikdəri əraziləri genişləndirir və Amerika Birləşmiş Ştatlarının (ABŞ) himayəsi altında orada bir «muxtariyyət» qurmağı planlayırlar.
Yenixeber.org: Mənbənin məlumatına görə, sözügedən qruplaşmalar hökumət qüvvələrinə qarşı öz fəaliyyətlərini koordinasiya etmək barədə razılığa gəliblər. ABŞ Suriyada iştirakının yalnız terrorçularla mübarizə aparmaq məqsədi daşıdığını bəyan etsə də, reallıqda əksinə, onlarla nəinki mübarizə aparmır, hətta terrorçulara müxtəlif təyinatlı döyüş texnikasından, silah-sursatdan ibarət «humanitar yardım» göndərir…
İndi hər kəsə aydın olur ki, ABŞ-ın Suriyada iştirakı məhz bu ölkəni «bölmək»dən ibarətdir və onun «terrorçularla mübarizə»si də bu məqsədə xidmət edir. Belədə, məntiqi sual yaranır: Suriya Ərəb Respublikasını bölməkdə, ABŞ hansı məqsədi güdür?
Suala cavab vermək üçün yaxın tarixə ötəri bir nəzər salmaq ehtiyacı yaranır. Bu məqsədlə 2009-cu ilin fevralında «Komsomolskaya Pravda» qəzetinin dərc etdiyi geniş həcmli «Moqut-li jertvı xolokosta ustroit qenosid?» başlıqlı məqalənin (müəllifi Darya Aslamova) bir parçasını oxuculara təqdim edirik.
Bir ravvinin arzuları: «Biz, böyük yəhudi imperiyası quracağıq».
«Bəşəriyyət bütün başlıca dəyərlərini yəhudilərin vasitəsilə əldə edib. Məhz bizim vasitəmizlə Allah «qoy»lara (qeyri-yəhudilərə) ali həqiqəti bəxş edib» – ravvin Avraam Şmuleviç (Sankt-Peterburqdan olan keçmiş Nikita Demin) – danışır. «Hamı bilir ki, yəhudilər – seçilmiş millətdir. Hansı məqsədlə seçilmiş? Bütün bəşəriyyətə qızıl standartlar yaratmaq üçün…»
Biz, mətbəxdə oturub, sakitcə kofe içirik və mən iuda qəbiləsinin qəlbinin nədən yoğrulduğunu öyrənirəm. Ravvin Şmuleviç – xeyli harizmatik personajdır və mən, asanlıqla onun natiqliyinin sehrinə uyuram. Bu şupersionist (o, özünü belə adlandırır) və «Vətən uğrunda» adlı İsrail hərəkatının lideri Nildən Ərəfata qədər geniş bir ərazidə quracaqları gələcək yəhudi imperiyasının təsvirini çəkir: «Biz, Misirin bir parçasını, Livan, Suriya ərazilərini, İraqın bir hissəsini götürəcəyik və Küveytdən də bir «çimdik» qoparacağıq. Bax bu – elə Allah tərəfindən yəhudi xalqına verilmiş torpaqlardır» – xəritədə gələcək yəhudi imperiyasının sərhədlərini göstərərək, danışır…
«Torpaqlarımızı şallaqla azad edəcəyik, orada yaşayan insanlara seçim təklif edəcəyik: ya öləcəksiniz, ya da bizim qaydalarla yaşayacaqsınız. Əgər siz, «Kassam» (raket – M.A.) düzəltsəniz, sizi öldürəcəyik, əgər İsrail ordusunda xidmət göstərmək istəsəniz – buyura bilərsiniz…»
Sual verirəm: «Sizin fikrinizcə, İsrail imperiyasının zamanı nə vaxt çatacaq?»
– «Hadisələrin inkişaf etdiyi indiki sürətlə, 10-15 ildən sonra…»
Diqqət yetirin, bu sözlər 2009-cu ildə deyilib, aradan 9 il keçib. Ravvinin sözlərinə inansaq, belə çıxır ki, beynəlxalq sionizm artıq bu istiqamətdə açıq fəaliyyətə keçib – ABŞ da can-başla ona xidmət edir. Ərəblər isə həmişəki kimi «qış yuxsu» ilə xumarlanırlar.
«Yuxunuz şirin olsun» – deyəkmi?…(azpolitika)
Mirzə AĞ