Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əl-Bağdadinin həbsinin şok təfərrüatları -"Rusiya və Suriya kəşfiyyatlarının birgə işinin nəticəsidir"

 

bagdadi

İraq-Şam İslam Dövlətinin (İŞİD) lideri Əbu Bəkr əl-Bağdadinin həbsinin bəzi təfərrüatları məlum olub.

Yenixeber.org:  Dünən ərəb KİV-nə istinadla yayılan məlumatlarda əl-Bağdadinin həbs olunduğu bildirilsə də, təfərrüatlara varılmırdı – məsələn, başlıca suala cavab verilmirdi: Əl-Bağdadini kim həbs edib, indi o, kimin əlindədir?

Ərəb KİV-nin bu gün yaydığı məlumatda bu suallara qismən cavab verilir. Bildirilir ki, Əbu Bəkr əl-Bağdadinin saxlanması Rusiya və Suriya kəşfiyyatlarının birgə işinin nəticəsidir!

Rusiya tərəfi isə hələlik bu informasiyanı şərh etməyib.

Bu da bir «tryuk»dur – ictimaiyyətin və başda ABŞ olmaqla, qərb dövlətlərinin reaksiyasının öyrənilməsinə xidmət edir. Əgər əl-Bağdadinin həbsi Rusiya kəşfiyyatının işidirsə, o zaman bu olayı ABŞ-ın Suriyaya «Tomaqavk» hücumuna Rusiyanın dolayısı ilə cavabı hesab etmək olar. Nədən ki, İŞİD liderinin Rusiyanın əlində olması ABŞ üçün ciddi şəkildə arzuolunmaz bir reallıq sayıla bilər – əl-Bağdadinin dindirilməsi bəzi qaranlıq məqamlara aydınlıq gətirə bilər. Bu məqamlar isə ABŞ-ın əleyhinə yönəlmiş güclü arqumentə çevrilər…

Xatırlayırsınızsa, ötən dövrdə ən müxtəlif səviyyələrdə belə bir fikir səslənib ki, İŞİD adlı terror qruplaşmasını məhz ABŞ dövləti yaradıb və idarə edir. Suriyaya «Tomaqavk» hücumundan sonra isə Rusiya siyasətçiləri ABŞ-ın bu addımının İŞİD terrorçularına dəstək olduğu fikrini səsləndirmişdilər. Terrorçuların başçısı isə məhz əl-Bağdadi idi.
Dindirilmə zamanı İŞİD lideri, necə deyərlər, «sandığı açar – pambığı tökər» – olmuşların hamısını etiraf edər. Şübhəsiz ki, Rusiya bu «alət»dən məharətlə yararlana və ABŞ-ı küncə qısnaya bilər…

Həm də Rusiya bu alətdən «hərrac» məqsədilə isttfadə edər və böyük «hərbi-siyasi dividentlər» qazanar. Güman ki, belə də olacaq. Əl-Bağdadinin həyatı isə bu dövlətlərin heç biri üçün önəm kəsb etmir. Bu da «hərrac»dan sonra əl-Bağdadinin gözlərini əbədi yumması üçün «əsas» ola bilər…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam