Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ANS-in qiymətsiz arxivi dövlətindir, yoxsa şəxsi mülkiyyət?

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Akademiyanın Rəyasət Heyətinin iclasında deyib ki, Biologiya və Tibb Elmləri Bölməsində həll olunmamış və öz həllini gözləyən problemlər var: “Biz bunu bilirik

 



Yenixeber.org: Fizioloqların və zooloqların vəziyyəti də gərgindir. ANS telekanalı uzun müddət idi ki, Zoologiya İnstitutunda məskunlaşmışdı. Onlar tədricən İnstitutun binasını boşaltmağa başlayıblar".

A. Əlizadə qeyd edib ki, bölmədəki problemlərin həlli istiqamətində Rəyasət Heyəti tərəfindən əməli addımlar atılmalıdır.

Bəs, qiymətsiz hesab olunan ANS-in arxivi necə olacaq?

Öncə qeyd edək ki, "ANS Müstəqil Yayım və Media Şirkəti" müqavilə əsasında Zoologiya İnstitutunun binasını icarəyə götürüb. İcarə müqaviləsinin müddəti başa çatıb və yeni müqavilə bağlanmayıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM radiosunun lisenziyası ləğv edilib. Bakı Apelyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın lisenziyasını ləğv edib. 
AMEA rəhbərliyi tərəfindən yayılan yuxarıda qeyd etdiyimiz məlumatı, ANS-in əməkdaşları təkzib ediblər. Belə ki, ANS Şirkətlər Qrupunun müşaviri Mais Məmmədov bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir. İstipress.com saytına açıqlamasında o deyib ki, il yarımdan artıqdır, institut binasının ANS-in əmlakı yerləşən hissəsi hüquq-mühafizə orqanlarının qıfılı və möhürü arxasındadır. “Bizim ora girişimiz mümkün deyil. Son dəfə Baş Prokurorluq və DİN əməkdaşlarının ciddi müşayiəti altında, təxminən, 10 ay əvvəl ora xadimələr buraxılıb. Bu sonuncu dəfə olub. Ona görə də institutun binasını boşaltmağa başlamağımız barədə məlumatlar ən azı təəccüb doğurur. Qapıları açsalar, içəri buraxsalar, əlbəttə, hər şeyimizi oradan çıxarardıq”. Mais Məmmədov bildirib ki, ilk növbədə elə Azərbaycanın ən yeni tarixinin saxlandığı arxivini köçürməkdən başlardıq.

Картинки по запросу Telejurnalist Qulu Məhərrəmli

Telejurnalist Qulu Məhərrəmli “Yeni Müsavat”a bildirib ki, ANS-in arxivi bizim televiziyaların içərisində ən mükəmməl və sistemli arxivdir: “İndi bu arxivin televiziyanın iradəsindən kənarda, başqa qapalı məkanda qalması, bu adamların da ora buraxılmaması şübhəsiz ki, qeyri-normal bir şeydir. Bizdə arxiv haqqında qanun var və bunu peşəkar arxiv mütəxəssisləri müəyyənləşdirməlidirlər ki, hansı addım atılmalıdır. Bu arxiv olduqca əhəmiyyətlidir və əslində ANS-in mülkiyyətidir. 

Belə materiallara xüsusi yanaşma tələb olunur. Xalqın sərvətidir, ancaq bu arxivdə mülkiyyət hüququ da var. Maraqların uyğunlaşdırılması prinsipi əsasında məsələ həll oluna bilər. Arxivi almaq, kiminsə haqqını pozmaq olmaz. Qərar ağıllı və müdrik olmalıdır. Doğrudanmı kimsə bilmir ki, bu arxivə müdaxilə var, ya yox. İnsanlar faktiki olaraq öz mülkiyyətindən ayrılıb. Və bu mülkiyyət kimin əlindədir, necə mühafizə olunursa bilinmir. Mənim məlumatıma görə, ANS-çilər arxivin sürətini başqa yerdə saxlayırlar. Belə informasiya dolaşır. Ancaq çox əcaib haldır ki, sən öz arxivinlə bağlı qərar verə bilmirsən və hər hansı davranışı reallaşdırmaq imkanın yoxdur. Bu, qanun çərçivəsində həll olunmalıdır. Bütün hallarda bu iş sivil qaydada həll edilməlidir ki, bu arxivdən həm dövlət, həm də televiziyalar faydalana bilsinlər. Orada böyük, qiymətli tarixi materiallar var”.

Картинки по запросу Hüquqşünas Əsabəli Mustafayev

Hüquqşünas Əsabəli Mustafayev məsələnin hüquqi tərəfləri barəsində “Yeni Müsavat”a söyləyib ki, qanuna görə hər bir hüquqi və fiziki şəxsin öz məhsulu olan əmtəə, onun xüsusi mülkiyyəti sayılır: “Əgər orada hökumət avadanlığından, materiallarından istifadə olunubsa, onda birgə mülkiyyət sayıla bilər. Bu halda hökumətin də ixtiyarı var ki, pay üzərində mülkiyyətin tanınması haqqında iddia qaldırsın. Yox, bu sırf ancaq telekanalın öz yaradıcılığının məhsuludursa, demək ki, material onun xüsusi mülkiyyətidir və həmin məhsul üzərində mülkiyyət hüququ var. Bir var ki, ANS hansısa axtarış edib, material tapır, bir də var ki, dövlətə sorğu göndərir və ona məlumat verilir. Bu məlumatdan isə istifadə edib, material hazırlayır. Sonuncu halda dövlətin ixtiyarı var desin ki, məhsul mənim materiallarım əsasında yaradılıb və ona görə də burada payım var. Sırf ANS-in öz araşdırmalarının məhsuludursa, o zaman buna kimsə qarışa bilməz. Hansısa sayt və qəzetin materialından belə istifadə ediblərsə, həmin mətbuat orqanı da tələb edə bilər ki, onun müəlliflik hüququ tanınsın. Ümumilikdə, arxivin ANS-ə məxsus olan hissəsi qaytarılmalıdır. Yaxud da bu məqamda dövlət müqavilə bağlayıb, arxivi onlardan ala da bilər. Bu, yaradıcılıq məhsuludur və istənilən halda onlarla hesablaşmaq lazımdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam