Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ANS-in yerləşdiyi ərazi şirkətdən geri alınır?

 

ANS Şirkətlər Qrupunun fəaliyyəti dayandırılsa da, telekompaniya ətrafında qalmaqallar səngimək bilmir. Bəzi məlumatlara görə, ANS-in ərazisi  Zoologiya İnstitutuna məxsus olduğundan onun tezliklə geri alınacağı gözlənilir.

Xeberinfo.com:   Zoologiya İnstitutunun direktoru Elman Yusifov Modern.az-a açıqlamasında ərazinin geri alınması ilə bağlı,  iddiaçı qismində ola bilmədiklərini bildirib.

 “Həmin ərazini geri qaytarmaq məsələsi tamamilə bizim nəzarətimizdən kənardadır. Ərazini geri almaq səlahiyyətimiz yoxdur. Elmlər Akademiyasının prezidenti, İşlər İdarəsi,  Rəyasət Heyəti var. Bu məsələləri onlar həyata keçirə bilər”.

İnstitutun direktorunun sözlərinə görə, ANS-ın məskunlaşdığı əraziyə Əmlak Məsələləri Dövlət Komitəsi nəzarət edib.

“Bütün əmlak dövlətə məxsusdur. Zoologiya İnstitutu da dövlət müəssisəsidir. ANS-lə  icarə müqaviləsini Əmlak Məsələləri Dövlət Komitəsi bağlamışdı. Artıq Dövlət Komitəsi ilə ANS Şirkətlər Qrupu arasında müqavilənin vaxtı bitib. Şirkət ləğv olunduğuna görə, Əmlak Komitəsi də həmin müqaviləni ləğv edib. Buna baxmayaraq, onlar hələ də həmin ərazidədirlər. Qapılar möhürlənib, bağlanıb. Ərazi polis nəzarəti altındadır”.

Əmlak Məsələləri Dövlət Komitəsindən isə Modern.az-a bildirilib ki, obyekt də, idarəçilik də Zoologiya İnstitutuna məxsusdur. Adıçəkilən ərazinin geri qaytarılmasına da nəzarət institutun iş prinsipinə daxildir.

Qeyd edək ki, ANS-in yayımı  bu ilin 18 iyulunda dayandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam