Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Bakıda 17 yaşlı oğlanı 7 dəfə səhv əməliyyat etdilər

Bakıda 17 yaşlı oğlanı 7 dəfə səhv əməliyyat etdilər

 

Bakıda daha bir şəxs həkimlərin səhvinin qurbanı olub. Belə ki, o, düz 7 dəfə əməliyyat olunub. Əməliyyatların hamısı da səhv aparılıb. Sonradan xəstənin ailəsi tanınmış uşaq cərrahı, uroloq Fuad Hüseynova müraciət edib. 17 yaşlı oğlanın problemi cinsiyyət orqanının qüsuru, sidiyə normal getməmə və sidik kisəsindən tüklərin çıxması ilə bağlı olub

 

Yenixeber.org:  Fuad Hüseynov ailem.az-a bildirib ki, hipospadiyanın – anadangəlmə "peyğəmbər sünnəti”nin ən ağır forması ilə doğulmuş uşaq bu yaşına kimi 7 dəfə əməliyyat keçirib: “Sonradan məlum olub ki, əməliyyatların hamısı səhv aparılıb. Uğursuz əməliyyatların nəticəsi dəhşətlidir. Cinsiyyət orqanında ciddi qüsurlar, sidik kanalının tüklərlə dolması, xayaların ortasına açılan dəlikdən oturaraq sidiyə getməsi. Xəstəni müayinə edib, əməliyyata aldıq. Əməliyyat zamanı məlum oldu ki, əvvəlki əməliyyatda başqa cərrah tüklü dəri hissədən sidik kanalı tikib. Əslində isə sünnət dərisinin arxa hissəsindən - selikli qişasından istifadə olunmalı idi. Sidik kanalına uyğun olmayan dəri köçürülüb və ortaya bərbad vəziyyət çıxıb. Bu xəstədə sünnət dərisi qalmadığı üçün biz məcbur olub ağız boşluğunun selikli qişasından bir hissə köçürdük. Köçürdüyümüz dərinin tutma ehtimalı az olsa da, pasiyentin şansı var imiş. Dəri özünü tutdu və 6 ay sonra ikinci mərhələ əməliyyat həyata keçirərək, digər qüsurlar düzəldiləcək”.

Həkimin sözlərinə görə, ilk əməliyyatlar uğurlu olsaydı, bu qədər fiziki və psixoloji problem yaranmazdı: "Hətta heç əməliyyat etməsəydilər, daha yaxşı olardı. Əgər xəstənin problemi bu əməliyyatla həll olunmasaydı, ömür boyu oturaraq sidiyə gedəcəkdi, gələcəkdə cinsi əlaqəyə girməyi mümkün olmayacaqdı. Bunun nəticəsi isə sonsuzluqdur”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam