Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Unikal əməliyyat- 10 yaşlı uşağın ayağındakı damarı qoluna köçürdülər

 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərahiyyə Klinikasında unikal əməliyyat aparılıb. 10 yaşlı uşağın ayağındakı damarı qoluna köçürülüb.

Yenixeber.org: Bu barədə Universitetdən məlumat verilib.

ATU-nun Tədris Cərahiyyə Klinikasının ortopediya və travmatologiya şöbəsində bu sahəyə hər növ müxtəlif əməliyyatlar, o cümlədən endoprotez, skalioz, replantasyon əməliyyatları icra olunur. Şöbənin müdiri, həmçinin kafedranın assistenti, t.ü.f.d. Cəfər Nəsirli deyir ki, bu yaxınlarda 10 yaşlı uşaq üzərində nadir bir əməliyyat uğurla icra olunub: “Uşaq yıxılıbmış və bizə sol qolunda bazu sümüyünün suprakondilər fəsadlı sınığı ilə müraciət etdilər. Müayinə zamanı artıq periferik nəbzlərin alınmadığını gördükdə xəstəni təcili əməliyyata apardıq. Əməliyyat 6 saat davam etdi. Sınıq bərpa olundu. Xəstədə bazu arteriyasının esikiasiyası, trombozu, periferik qan dövranı pozğunluğu var idi. Ona görə də xəstədə fəsadlaşmış damar tam götürüldü. Onun əvəzinə sağ aşağı ətrafdan vena alınaraq, sol yuxarı bazu sümüyünə köçürüldü”.

Əməliyatda iştirak edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Mirəli Məcidov da əməliyyatın yüksk səviyyədə keçdiyini deyir: “Əməliyyat zamanı aydın olub ki, travmaya görə bazu arteriyasının təxminən 4-5 sm-lik seqmentində disseksiya və ona bağlı olaraq, damar trombozu aşkarlanıb. Bunun nəticəsi olaraq, sol yuxarı ətrafda işemiya əlamətləri görülmüşdür. Xəstə tərəfimizdən intraoperativ olaraq dəyərləndirildi. Bazu arteriyasında lokal disseksiyanın olduğu aşkarlandı və xəstəyə safen veu grefti ilə bazu arteriyasının interpozisiyası əməliyyatı uğurla icra edildi”.

M.Məcidovun sözlərinə görə, əməliyyatdan sonra hər iki distal nəbzlər pozitiv olaraq qiymətləndirildir”.

Qeyd edək ki, ATU həkimlərinin vaxtında və uğurlu müdaxiləsi nəticəsində hazırda xəstənin sol qolunda nəbzi normal vurur. Xəstə normal qidalanır. Uşaq bir neçə gündən sonra evə yazılacaq. (trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam