Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Texnologiya Universitetinin rektoru haqqında şok iddialar:“Öz dostunun müəllim qızından şantaj aləti kimi istifadə edir”

 

Yenixeber.org: Təhsil siyasəti hər bir dövlətin varolma və inkişaf strategiyasıdır. Özünün bu strategiyasını düzgün hazırlayan dövlətlər yaşamaq hüququ qazana bilərlər. Gələcəyinin qarantiyası olan gənclərin kadr hazırlığına barmaqarası baxan cəmiyyətlər isə əvvəl-axır zəifləməyə, başqalarının köləsi olmağa məhkumdurlar. Məhz bu səbəbdən aparıcı dövlətlər təhsil sisteminin idarəçiliyini təsadüfi adamlara yox, ən çox güvəndikləri, işini bilən, təcrübəli mütəxəssislərə həvalə edirlər.

Nə yazıq ki, müstəqillik illərindən sonra Azərbaycanın təhsil siyasətinə laqeyd yanaşma, pul kisəsi kimi baxma halları baş alıb gedir. Rüşvətxorluq, korrupsiya, özünüyeniləmə siyasətindən uzaqlaşma kimi hallar ölkəmizin kadr yetişdirmə potensialını sıradan çıxarır. Görünür, bunun nəticəsidir ki, ölkəmizdə fəaliyyət göstərən bir çox dövlət və özəl qurumlar kadr seçimində xarici ali məktəb məzunlarına üstünlük verirlər. Bu isə Azərbaycanın idarəetmə orqanlarını başqa dövlətlərin “5-ci kolonu”nun işğalına açıq vəziyyətə gətirir.

Ölkə rəsmiləri milli təhlükəsizliyimizə qarşı yönələn bu təhdidləri aradan qaldırmaq əvəzinə, ali məktəblərdə rəvac verdikləri özbaşınalıqların sayını və xarakterini daha da artırırlar. Nəticədə dünənə qədər rüşvət və korrupsiyanın əsas mənbəyinə çevrilən universitetlərimiz indi tələbə qızlardan kiməsə qarşı şantaj aləti kimi istifadə olunan mərkəzlərə çevriliblər. Hər halda Azərbaycan Texnologiya Universitetinin sabiq müəllimi Azər Allahverdiyevin iddiaları bu cür düşünməyə əsas verir.

ATU rektoru Akif Süleymanovun ssenarisi əsasında şərlənərək saxta ittihamlarla işindən qovulduğunu iddia edən Azər Allahverdiyev "Demokratik.Az” – a şok açıqlamaları ali məktəblərimizdəki bu özbaşınalıqların Təhsil Nazirliyi rəhbərlərinin birbaşa himayəsilə həyata keçirildiyinə dair şübhələr yaradır.  

 

Gəlin, şikayətçinin iddiaları ilə tanış olaq:

 

 

- Azər bəy, bir aya yaxındır ki, adınız ATU rektoru ilə qalmaqalda hallanır. Bildirmisiniz ki, Akif Süleymanov sizi qanunsuz yollarla işdən qovub? Nə baş verib?

- 30 oktyabr 2017 ci iltarixdə rektorun maraqları ilə 264 saylı əmrlə Universitetdəki əmək fəaliyyətimə xitam verilib. Ancaq həmin əmri də öz iş prinsipinə uyğun tərzdə rəsmiləşdirib. İnanın ki, əmr saxtadır və şantajdan, böhtandan başqa bir şey deyil. Rektorun həmin saxta əmri mənə qarşı qərəzindən irəli gəlib.

Qeyd edim ki, rektor barəmdə 24 oktyabr 2017-ci ildə 253 saylı, 25 oktyabr 2017-ci ildə təkrarən 254 saylı əmrlə "töhmətlər” verib. Qərəzli töhmətlərdə isə saxtalaşdırdığı 18 oktyabr 2017 ci il tarixli protokolu əsas götürüb. Təsəvvür edin ki, rektor məni işimdən etmək üçün üzümə iki qız qoyub. Onları da buna sövq edib. Bunlardan biri "Qiyabi və distant təhsil mərkəzinin” mütəxəssisi, digəri isə universitetin tanımadığım II kurs tələbəsidir (Azər müəllim həmin qızların adlarını da açıqlasa da, biz milli mentalitetimizdən irəli gələn dəyərləri nəzərə alıb bunu gizli tutmağı məsləhət bildik - red. ).

Verilən əmrlərin məzmunu da düzgün deyil. Sözügedən hər üç əmr günaşırı olaraq 6 günə imzalanıb. Bu isə onu göstərir ki, Akif Süleymanov məni işdən uzaqlaşdırmaq üçün heç bir rektorda müşahidə etmədiyim çirkin addım atıb.

- Sizcə işdən çıxarılmağınıza əsas səbəb qərəzdir? Sizə qarşı belə kin nədən qaynaqlanır?

- Bilirsiniz, Akif Süleymanov adlı bir şəxs Texnologiya Universitetinə illərdir qənim kəsilib. Universitetdə sanki rektorun "oğru qanunları” işləyir. Nə qanunvericiliyi sayan var, nə də universitetdə Akif Süleymanovun hökmündən kənara çıxan. Universitet korrupsiyalaşıb, kollektiv arasında qeyri-sağlam mühit formalaşdırılıb. Təsəvvür edin ki, ATU-da bir ailə klanı hökmranlıq edir. Mən 5 ildən artıq universitetdə kompüter mütəxəssisi kimi fəaliyyət göstərirdim. İşlədiyim müddətdə bir dəfə də olsun iş yoldaşlarımla xoşagəlməz olay yaşamamışam. İşimin öhdəsindən də lazımınca gəlmişəm.

Sabiq rektordan sonra, Akif Süleymanov özünə komanda yığmağa başlamışdı. 2013-cü ildə məndən də qeyri-rəsmi yolla, təzyiqlərlə ərizə yazıb işdən çıxarılmağımı tələb edirdi. Mən isə buna razı olmadım. Haqqımı yuxarılardan istədim və dövlətin ləyaqətli məmurlarının məsələyə müdaxiləsi nəticəsində rektor məndən əl çəkdi. Amma davranışlarında həmişə mənə qarşı qərəzliliyini hiss edirdim. Akif Süleymanovun təyinatından sonrakı özbaşınalıqları barədə müxtəlif vaxtlarda şikayətimi, iradımı bildirmişəm. Nəticədə mənə olan kin-küdurəti son aylarda pik həddə çatdı. 30 oktyabr 2017 ci il tarixdə məni 264 saylı əmrlə əmək müqaviləmə xitam verdirdi. Ancaq həmin əmri də öz iş prinsipinə uyğun tərzdə rəsmiləşdirib. Bir daha deyirəm, əmri özümə qarşı şantaj, böhtan və qərəz hesab edirəm.

 - Dediniz ki, rektor özbaşınalıqlarını gizlətmək üçün sizin şərlənməyinizə də qol qoyub. Bildiyimizə görə, axı bu hal Texnologiya Universitetində ilk deyil?

- Bəli, təəssüf ki, şərlənən təkcə mən olmamışam. Rektor belə bir təcrübəsini professorların, müəllimlərin üzərində məndən əvvəl də sınaqdan keçirib. Akif Süleymanov universitetin istənilən əməkdaşını hansı yolla olur olsun işdən kənarlaşdırmaq fikirinə düşübsə, insanlığa, rektorluğa yaraşmayan belə üsullara əl atıb. Araşdırılsa, oxşar, şərləmə ilə yadda qalan əmrləri üzə çıxar. Bu dəhşətdir ki, şərləmə kampaniyasında universitetin tələbə qızlarından və xanım əməkdaşlardan mütamadi istifadə olunub. Bir anlıq düşünək ki, əgər Akif Süleymanovun doğma qızını işlədiyi Bakı Musiqi Konservatoriyasında kiminsə üzünə durmağa, hansısa gənc oğlana şər atmağa sövq etsələr, buna münasibəti bir ata kimi necə olar? Vicdanlı bir ata özünə rəva bilmədiyi belə hərəkəti başqasına qarşı necə asanlıqla edə bilib? Axı mənim üzümə qoyulan qız da müəllim qızıdır. Atası Gəncədə məktəb direktorudur.

Doğrusu, bir məktəb direktorunun asanlıqla baş verənləri həzm etməsini, qızının Akif Süleymanov kimi bir ləyaqətsizin alətinə çevrilməsini anlaya bilmirəm. Deyirlər, ikisi də  dostdur, amma bu hərəkətin özü dostluqla bir araya sığmır axı!..

- KİV-lərə mütamadi müraciətiniz diqqət çəkir. Problemi belə qabartmağınız, ictimailəşdirməyiniz bizə də maraqlıdır. Şikayətlərinizə rəsmi reaksiyalar sizi qane edirmi?

- Məsələ belədir ki, rəsmi qurumlara şikayətlərimi dərindən araşdırmırlar. Bu məni qane etmir. Hesab edirəm ki, bunun səbəbi Təhsil naziri Mikayıl Cabbarovla rektorun işbaz oğlu Şamil Süleymanovun yaxın dost olmasıdır. Dostluq o dərəcədə yaxındır ki, cənab Cabbarov hələ İçərişəhər dövlət qoruğu idarəsinin rəisi olanda bala Süleymanov birinciyə bahalı avtomobil də bağışlayıb. Akif Süleymanovun indiyədək toxunulmaz qalmasına səbəb də məhz nazirlə rektor övladının dostluğudur.

- Şikayətiniz hansı mərhələdədir, bundan sonra nə etməyi düşünürsünüz? Məhkəməyə müraciət etmisinizmi?

- Şikayətlərimlə bərabər təbii ki, rektorun saxta əmrlərinin ləğvi barədə tələb irəli sürmüşəm. İş aidiyyatı üzrə məhkəmənin icraatındadır. Ümidliyəm ki, məhkəmə işə ədalətli baxacaq.

- Sonda, əsas istəyiniz nədir?

- İstəyim nə ola bilər ki? Ölkə prezidentinin daim təhsilə olan diqqət-qayğısına kölgə salan bir rektoru dərhal işindən azad etmək lazımdır. Akif Süleymanovun yarıtmaz idarəçiliyi sayəsində Texnologiya Universiteti dövlət universitetlərinin içində ən axırıncı sıralarda yer alıb. Dövlət qurumlarından xahişim və istəyim budur ki, təcili şəkildə Akif Süleymanov haqqında ciddi tədbir görülsün.

Söhbətləşdi: Osman Nərimanoğlu-Demokratik.Az

 

P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam