Azərbaycan Texnologiya Universitetinin rektorunun adı katibəsi ilə hallanır:RÜSVAYÇILIQ
Texnologiya Universitetinin rektorundan əxlaqsız təklif.
Yenixeber.org: Gəncə şəhərində fəaliyyət göstərən Texnologiya Universiteti və adıçəkilən təhsil ocağının rektoru Akif Süleymanov haqqında redaksiyamıza ilginc faktların daxil olması haqqında artıq ötən sayımızda da, oxucuları məlumatlandırmışdıq. Amma xəbərlərin bu qədər ilginc və olduqca da iyrənc olmasını heç təsəvvür də etməzdik.
Ötən dəfə də, qeyd etdiyimiz kimi, saytımızın elektron ünvanına göndərilmiş şikayət məktubunda Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev və digər müvafiq qurum rəhbərlərinə müraciət edilərək baş verənlərə son qoyulması istənilmişdi. Amma bu gün sizi agah etdiyimiz məsələ ilə gərək ki, Hüquq Mühafizə Orqanları birbaşa məşqul olsun. Belə ki, başı, saqqalı ağarmış, ahıl yaşına çatmış Akif Süleymanov Mikayıl Cabbarova maşın hədiyyə etməsinin altında başqa məqamların olmasını ehtimal etmək olardı. Amma əməkdaşımızın araşdırmaları nəticəsində məlum olub ki, Akif Süleymanovun təhsil nazirliyinə sözün əsl mənasında yaltaqlanmağı universitet divarları arxasındakı əxlaqsızlığını ört-bastır etməkdən ötrü imiş. Mənbənin verdiyi məlumata görə, Akif Süleymanov təhsil ocağında öz katibəsinə intim təklif edib və bu məsələ hətta mediyada da geniş şəkildə yayılıb. Rektor da, bu məsələnin daha çox böyüməsini və kürsünü itirməməkdən ötrü sözü gedən katibəni işdən azad edib.
Akif Süleymanov kimi müəllim adına ləkə olan bir şəxsin əxlaqsız təklifini qəbul etməmiş katibə işsiz qalsa da, Akif süleymanov kimi əxlaqsız hələ də, kürsü başındadır. Bəs Akif Süleymanov kimi əxlaqsızın hələ də təhsil ocağında övladlarımıza dərs deməsinə görəsən təhsil nazirliyinə hədiyyə olunan maşın hesabınamı göz yumulur? Əks halda nə üçün bu cür əxlaqsızlıq ört-bastır edilsin? Nə üçün bu cür müəllimlər və rəhbərlər daş-qalaq edilmir? Məgər biz övladlarımızı universitetə, məktəbə bu cür "insanlar”dan əxlaqsızlıq dərsi almağamı göndəririk?
Əgər Təhsil Nazirliyi də maşın və digər qiymətli hədiyyələr hesabına bu cür əxlaqsızlığa göz yumursa, o zaman vay bizim təhsilin halına…
Unutmayaq ki, sözü gedən katibənin yerində sabah orada təhsil alan tələbələr də ola bilər! Ona görə də, maşını almış təhsil nazirliyindən əlimizi üzüb, üzümüzü Hüquq Mühafizə Orqanlarına tuturaq, bu məsələni xüsusi nəzarətə götürülməsini və araşdırlımasını istəyirik.
P.S. Gəncə şəhərindən verilən son məlumatlara görə rektor Akif Süleymanov universitetin texniki işçisini həbs etdirmək arzusundadır. Mənbə iddi edir ki, A. Süleymanov şübhələndiyi şəxsin kimliyinə aydınlıq gətirib. Və məlum olub ki, rektorun qara əməllərini universitetin texniki işçisi mətbuata ötürürmüş. Dosye.org məsələni nəzarətə götürərək bildirir ki, dərin araşdırmalardan sonra bir çox məsələlərə aydınlıq gələcək. Bir faktı qeyd edək ki, rektor Akif Süleymanov qəbul otağında olarkən ağzı köpükləmiş halda qəbula gələnlərin diqqətini cəlb edib. Məsələ ilə bağlı araşdırmalar davam edir.
Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.