Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -
İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr – Qrant sistemində nə baş verir?! /
Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin QARANLIQ HESABI:
QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -
Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:
Günün xəbəri

GƏNCƏ TEXNOLOGİYA UNİVERSİTETİ UĞRUNDA AMANSIZ MÜBARİZƏ

 

Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində kadr təmizləmələri və struktur dəyişiklikləri aparan yeni təyin olunmuş kadrlara təzyiqlər edilir.

"Xeberinfo.com":   Etibarlı mənbədən “Azpolitika.info”ya verilən məlumatlara görə, yerli icra orqanlarının bəzi vəzifəli şəxsləri özbaşınalıqların baş alıb getdiyi, açıq bazara çevrilmiş Texnologiya Universitetində kadr təmizləmələri aparan, yeni idarəetmə sistemi qurmaq istəyən yeni əməkdaşlara hədə-qorxu gəlir.Universitetdə himayə etdikləri adamların rüşvət əməllərini ört-basdır eləməyə çalışırlar. Hətta cəmi bir neçə gün əvvəl yeni təyin olunmuş prorektorlara qarşı bəzi işbazlar “ələalma əməliyyatı” da aparmağa çalışıblar.
Xatırladaq ki, son bir neçə ayda həmin universitetdə Maliyyə və Təhsil nazirlikləri tərəfindən yoxlamaların aparıldığı, nəticədə korrupsiya faktlarının üzə çıxması ilə mətbuatda çoxsaylı məlumatlar gedirdi. Mətbuat əvvəlcə rektorun ölkədən qaçdığını yazsa da, sonradan onun cərrahiyyə əməliyyatı keçirdiyi və buna görə uzun müddət xəstəxanada yatdığı məlum oldu. Məlumatd tələbələr adına saxta təqaüd kartları açan 2hhrektor Akif Süleymanovun məsələnin üstü açılandan sonra qaçdığı bildirilirdi.
Xeyli müddət işindən kənarda qalan rektorun elə işə çıxdığı gün, yəni avqustun 6-da universitetdə Təhsil Nazirliyinin rəhbərliyinin iştirakı ilə iclas keçirildi və orda 2 prorektorun vəzifəsindən azad olunduğu, onların yerinə başqalarının təyin olunduğu elan edildi. Rektora isə töhmət verildi. Çoxları bununla da universitetdə problemlərin aradan qalxacağını güman etdi. Amma əsas məsələ aysberqin görünməyən tərəfi imiş.
Gəncədə yerləşən ali təhsil məktəblərində özbaşınalıq, korrupsiya halları ilə bağlı şikayətlər dəfələrlə mediada yayılıb. Yerli vəzifə sahiblərinin universitetlərin işinə qarışması, öz adamlarını rəhbər vəzifələrə təyin etdirməsi, diplomları pulla alıb-satmağa şərait yaratması isə ayrıca bir mövzu olub.
Yəqin elə buna görədir ki, təhsil naziri gələn kimi ilk təmizləmə işlərindən biri Gəncədə başladı. Əvvəlcə Gəncə Dövlət Universitetinin rektoru dəyişdirildi, sonra Azərbaycan Müəllimlər İnstitutunun saxta diplomları ilə “məşhurlaşan” filialı bağlandı, Texnologiya Universitetində kadr dəyişikliyi aparıldı.
Mənbəmizin bildirdiyinə görə, bəzi yerli vəzifə sahibləri təhsil müəssisələri üzərində “hakimiyyətlərini” itirmələri ilə barışmaq istəmirlər. Buna görə də Texnologiya Universiteti uğrunda hətta açıq mübarizəyə girişməkdən də çəkinmirlər, əvvəlki məğlubiyyətlərinin əvəzini çıxmağa çalışırlar.
Hər şeyi zaman göstərəcək.

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam