Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan iki milyard ton neftdən nə əldə etdi?-ŞƏRH

Yenidən qurulan Bakı, 4 sənaye şəhəri, Dövlət Neft Fondu, yollar, kəmərlər...

Yenixeber.org: Dünən Azərbaycan 2 milyardıncı ton neft hasilatını qeyd etdi. Bu münasibətlə ölkə rəhbərliyinin də iştirak etdiyi böyük tədbir düzənləndi. Ən qədim  neft ölkəsi olan Azərbaycan  2 milyard ton neftdən nə qazandı? Bu  sərvətdən qazandığımız qazana biləcəklərimizdən az oldu, yoxsa daha çoxdur? Nəhayət, neftdən əldə etdiyimiz gəlirləri nə qədər səmərəli xərcləyə bildik?

Neft sahəsi üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, suala cavab vermək üçün tarixi bir ekskursa ehtiyac var: “Əvvəla, Çar Rusiyasının işğalında təqribən 70 illik  müddətində Azərbaycan feodalizmdən kapitalizmə keçid və sənayeləşmə dövrünə qədəm qoydu. Bu dövrdə təqribən 300 milyon ton neft hasil ediımişdi. Bakı adında çox kiçik bir yaşayış məskəni - 1850-ci ildə heç 4 min insan belə yaşamırdı, yəni indinin bir alababat kəndinin əhalisindən də az idi, - 50 il sonra əhali sayının artım dinamikasına görə dünyanın 1-ci şəhəri oldu. Əhali sayı 200 min nəfəri keçdi, bir müddət sonra isə müasir kapitalist şəhərinə çevrildi”.

Mütəxəssisin sözlərinə görə, neftdən təkcə Bakı və Abşeron deyil, ölkənin digər bölgələri də yararlanırdı o zaman:“Çünki ilk infrastruktur layihələri məhz o zamana təsadüf edir. Neft iri sənayeləşmə idi, neft mədəniyyət idi, neft təhsil idi. Bütün bunlar isə özünü daha qabarıq şəkildə Sovet Azərbaycanı dövründə göstərdi. 1920-1991-ci illərdə 1 milyard tondan bir qədər artıq neft hasil edilmişdi ölkədə. Sovet dövründə neftdən Azərbaycana qalan nə oldu? 4 yeni - yoxdan salınan sənaye şəhəri, hamısı da neft sənayesi ilə bağlıdır: Sumqayıt, Mingəçevir, Şirvan (Əli Bayramlı) və Daşkəsən. Bunlardan biri kimya şəhəri idi və neftlə sıx əlaqəli idi. Sonrakı ikisi energetiklər şəhəri idi (Şirvanda həmçinin neft hasil edilirdi) və burada hasil edilən elektrik enerjisinin bir hissəsi neft sənayesinin artan tələbatını ödəmək üçün nəzərdə tutulmuşdu. Daşkəsən isə metallurgiya şəhəri kimi gündəmə gəlmişdi, orada çıxarılan dəmir filizi sonra digər şəhərlərə göndərilərək həmçinin neft sənayesi üçün lazım olan metal avadanlıqlar və konstruksiyaların hazırlanmasında istifadə edilirdi.”

Image result for İlham Şaban

İ.Şabanın fikrincə, Sovet dövründə əldə edilən nailiyyətlər  müstəqillik illərində əldə edilənlərin əvəzini verə biləcək səviyyədə deyil: “1992-1997-ci illərdə Azərbaycanda 700 milyon ton neft və kondensat hasil etməyə nail olmuşuq. Bu qısa müddətdə neft hasilatındakı belə nailiyyətlər, əlbəttə ki, yeni texnologiyaların tətbiqi ilə əlaqədardır. Onlara çıxış isə Azərbaycanın xarici neft şirkətləri ilə əməkdaşlığının nəticəsidir. Bu qədər hasil edilən neftin 460 milyon tonu məhz xarici neft şirkətlərinin payına düşüb müstəqilliyimiz zamanı. Əvəzində təkcə AÇG layihəsindən dövlətin xalis mənfəəti 127 milyard  dollar, büdcənin qazancı 15 milyard dollar(xarici şirkətlərin mənfəət vergisi) və Dövlət Neft Şirkətimizin mənfəəti 5 milyard dollardan artıq olub. Bəs nə əldə etmişik? Ətrafımızda nə var, demək olar ki, yaxşı ”qoxulasaq" hamısından neft gəlirlərinin “iyini” duyarıq. Ona görə də mən heç zaman o fikirlərlə razılaşmamışam ki, neft bu millətin bəlasıdır və ona heç nə çatmayıb. Neftdən bütün ictimai formasiyalarda Azərbaycan bu və digər formada qazanıb. Bu gün də qazanır, sabah da qazanacaq".

Milli Məclisin üzvü, millət vəkili Vahid Əhmədovun sözlərinə görə, Azərbaycanın Dövlət Neft Fondunu yaratması son dərəcə mühüm addımdır: “Bildiyiniz kimi, neft gəlirləri çoxalmağa başladığı ilk dövrdə Maliyyə Nazirliyi yanında Stabilləşmə Fondu yaradılmışdı. Daha sonra isə müstəqil qurum olaraq Dövlət Neft Fondu formalaşdırıldı. Bu fondun yaradılmasını bir neçə baxımdan çox müsbıt qiymətləndirmək olar. Birincisi, Neft Fondu əldə olunan gəlirlərin gələcək nəsillər üçün qorunmasına imkan verir. İkincisi, ölkə üçün problemlərin yarandığı dövrlərdə o Fondun vəsaitlərindən istifadə olunur: qaçqın və məcburi köçkünlərlə bağlı, sonra büdcədə müəyyən çətinliklər yarandıqda vəziyyətdən çıxmağımıza imkan verdi. Bundan əlavə, birbaşa büdcəyə çatan neft gəlirləri hesabına iri infrastruktur layihələri icra olundu. Bura su, elektrik enerjisi, qaz təchizatı, yolların bərpası, yeni yolların salınması və sair layihələr aiddir. Digər tərəfdən, Neft Fondundan Azərbaycanın neft-qaz sektorunda həyata keçirilən böyük layihələrdə dövlətin payı maliyyələşdirildi: Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Ərzurum qaz kəməri çəkildi, indi TANAP, TAP layihələri - Cənub Qaz Dəhlizinin maliyyələşməsi həyata keçirilir. Neft gəlirləri hesabına həmçinin böyük regional əhəmiyyəti olan Bakı-Tiflis-Qars dəmiryol xətti çəkildi. Zaman göstərir ki, bu kimi layihələr vəsaitlər özünü doğruldur, onlara ayrılan vəsaitlər isə artıqlaması ilə geri qayıdır. Məsələn, Bakı-Tiflis-Ceyhan neft kəmərinə Neft Fondundan xərclənən vəsaitlər tam geri qayıtdı. Yəni əldə olunan gəlirlərin hamısının səmərəsiz istifadə olunduğunu söyləmək böyük haqsızlıq olar. Amma müəyyən hissənin səmərəsiz istifadə olunduğunu, bəzi məmruların fəaliyyəti nəticəsində korrupsiyaya uğradığını da danmaq olmaz.”

Millət vəkilinin fikrincə, bundan sonrakı dövrdə Azərbaycan gəlirlərin qorunub-saxlanmasına diqqəti çoxaltmalıdır:“Neft daimi deyil, onun tükənəcəyi dövrə hazır olmalıyıq. Buna görə də gəlirlərin hamısını xərcləyib qurtarmaq olmaz. Dövlət də buna çalışır və çalışmalıdır ki, neft gəlirlərindən gələcək nəsillər də yararlana bilsin. Bu baxımdan, mən məcbur qalmağımıza baxmayaraq, Neft Fondundan dövlət büdcəsinə transfertin artırılmasının tərəfdarı deyiləm. Hesab edirəm ki, bu gəlirlər daha çox beynəlxalq və qoyulan  vəsaitlərin geriyə qaytarılması mümkün olan layihələrə yönəldilməlidir.”(müsavat)

DÜNYA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam