Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

DÖVLƏTİN MALİYYƏ QARANTI

DÖVLƏTİN MALİYYƏ QARANTI

 

 

Dövlətin maliyyə qarantı səlahiyyətli dövlət orqanlarıdır . Həmin orqanlardan biri də Vergilər nazirliyidir.

 

Xeberinfo.com:   Nazirlik hər il dövlət büdcəsinə milyard manatlarla maliyyə vəsaiti köçürür. Məsələn, cari ildə Vergilər Nazirliyinin xətti ilə büdcəyə 7 milyard 510 milyon manat vəsaitin daxil olması nəzərdə tutulur.Bu vəsaitin mənbəyi isə istehsalla məşğul olan və xidmət göstərən müəssisələrin qanuvericilik aktlarına əsasən gəlirlərindən və işləyən insanların əmək haqlarından tutulan vergilərdir.

Lüğətdə qarant sözü-zamin;zəmanət verən kimi izah olunur.

 

Vergi-dövlətin bələdiyyələrinfəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.

30 yanvar 2017-ci il tarixdə iki saytda-“Politika. az” və“Xeberinfo.com”dagetmiş Vergilər Naziri Fazil Məmmədovun “Artıq vergi ödəmələri ləğv olunacaq” çıxışı oxucularla yanaşı xüsusu ilə baş mühsib vəzifəsində işləyənləri və iqtisadi-mühasibat elmindən baş tapanları ciddi surətdə maraqlandırıbdır.Hər şeydən öncəbildirmək istəyirəm ki,“Artıq” sözü əvəzinəartıq alınan və yaxud  avansalınan sözləri yazılsaydı cümlə daha anlaşıqlı olardı.Fazil bəy bilsin ki, 10 ildən çoxdur təqaüddəyəm, heç bir yedə də işləmirəm və ömrümün sonudur.

Keçək əsas məsəlyə. Məlum olduğu kimi istehsalla məşğul olan dövlət və özəl müəssisələrinin mühasibatlığı “Mühasibatlıq haqqında- normativ sənədlər toplusu”nda göstərilmiş təlimat əsasında işləyir.

 Müəssisələrin mühasibat uçotunun Hesablar Planında 68 saylı “Büdcə ilə hesablaşmalar”hesabı passiv hesab kimi qeyd edilmişdir. Vergilərin hesablanması və ödənilməsi qaydası qanunverici və digər normativ aktlarla nizamlanır.

68 saylı “Büdcə ilə hesablaşmalar” hesabının kreditində büdcəyə çatası ödəniş məbləğləri, debetində isə büdcəyə həqiqi köçürülmüş məbləğlər əks etdirilir.Bax elə qanunsuzluq Vergilər Nazirliyi tərəfindən artıq alınan məbləğdə özünü sübuta yetirir.

Fazil Məmmədova kim ixtiyar vermişdır ki, vaxtından əvvəlvə yaxud avans olaraq müəssisədən vergi vəsaiti alsın. Bəyəm vergi ödəyən müəssisələr nazirliyin kecməkeşinə borcluydu? Gərək vergi ödəyicisi işləyib qazansın ki, vergi məbləğini ödəyə bilsin.Vergi artıq vəyaxud avans alınanda ödəyicinin baş mühasibi məcburdur ki, 68-ci hesab üzrə əks əməliyyat aparsın-yəni həmin hesabın aktivinə provodka versin. 

Qısa məlumat-F.Məmmədov əgər qaunpərəst idisə, cəsarəti çatırdısa Kamal Seyfullayevin bankdan götürdüyü 18 milyon manatdan vergi məbləğini ala bildimi? (”Seyfullayevin 18 milyonluq sirri-“MTN işi” “Xeberinfo.com 26.01.2017-ci il.)

Şübhə yoxdur ki,yuxarıda qeyd edildiyi kimi bu formada vergi öhdəliyi planı qoyulmuş Qanun çərçivəsində yox, bir növ zorakılıq yolu ilə yerinə yetirilir. Belə üsul da ödəyicilərin istər-istəməz qanuni vergi ödənişlərindən yayındırmağa gətirib çıxarır.

Avans-artıq vergi ödənişinə dadanan Vergilər nazirliyi bəs bu il öz bildiyi vergi məbləğini ödətdirmək üçün daha hansı üsula əl atacaq???

Əgər Vergilər nazirliyində vətəninin təəssübünü çəkən bircə nəfər kamil mütəxəssisolsaydı nazirlik 5-10 nəfər işçisi olan özəl müəssisələrdən alınan üç yüz, beş yüz manat məbləğdə qəpik-quruşa ümid olmayıb ABB ilə yanaşıRabitə və Yüksək Texnologiyalar Nazirliyində milyardlarla dollar məbləğindədövlət vsaitinin buxarlanmasının qarşısını alardı.

Saytda verilən bax bu kimi dövləti sarsıdan maliyyə əməliyytlarını araşdırıb yazırdım- Qeyrət, haradasan?

             

Quliyev Elxan Sarı o.                      


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam