Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Fransada yeni ölüm qanunu

 

Fransa prezidenti Fransua Olland 2015-ci ilin yanvarında parlamentdə yeni ölüm qanunu ilə bağlı müzakirənin aparılacağını deyib.

"Xeberinfo.com": Bu haqda “France 24” yazır.

Qeyd edək ki, Fransada 10 nəfərdən 9-u könüllü evtanaziyanın lehinədir. Olland bu məsələnin müzakirəsinə 2012-ci ildə prezidentliyə namizədliyini irəli sürərkən söz vermişdi.

Lakin Fransa prezidentinin qorxusu ötən il eynicinsli nigahlara verilən icazə ilə əlaqəli etirazların yenidən təkrarlanmasıdır. Belə ki, katolik kilsəsi yeni ölüm qanununun əleyhinədir.

Qeyd edək ki, iki Fransa parlamenti nümayəndələri Alain Kleys və Jan Leonetti qanunun yenidən müzakirəsi üçün Ollanda müraciət etmişdilər.

Ötən ay yeni qanunun müzakirəsi ilə bağlı çıxışında Olland öz anasının illər öncə çəkdiyi əziyyətdən də söz açmışdı.

Evtanaziyanın lehinə olan qruplar yeni qanunun çox az imkanlar yaratdığını, əleyhinə olan qruplar isə intihara yol açdığını söyləyirlər.

“Əgər qanun qəbul edilsə, daha sonra nələrin baş verəcəyinə əmin deyilik”, – deyə Elene Vikard (“Ölümdən ehtiyatlı olaq” kampaniyasının yaradıcısı) bildirib.

“Biz bu qanunu qəbul etdik dedikdə, kiminsə depressiyadan ölümə getməsinə, ya hər hansı uşağın xoş olmayan həyata görə həyatını sonlandırmağa icazə verəcəyimiz anlamına gəlmir”, – deyə qarşı tərəfin sözçüsü qeyd edib.

Evtanaziya 3 Avropa ölkəsi – Niderland, Belçika və Lüksemburq Krallıqlarında qanuniləşdirilib. Digər ölkələr, xüsusi ilə İsveçrədə isə insanlara ölüm ilə bağlı bəzi yardımların edilməsinə icazə var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam