Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

ANA... ŞƏFQƏTİN BOŞ QALAN YERİ


Xeberinfo.com:   Bu yaxınlarda nəvəm Nurayın səhətti ilə bağlı Qara Qarayev adına xəstəxananın pediatriya şöbəsində müalicə götürrməli olduq. İlk tanışlıqda bu xəstəxananın gözəl tibbi personalı olduğunun şahidi oldum. Elmira Piriverdiyeva xəstəxananın şöbə müdiri idi. Nuray sözügedən xəstəxanada müalicə olunduğu müddətcə Elmira xanımla səhiyyəmizin bugünkü yarıtmaz vəziyyəti barədə media nümayəndəsi olaraq ara-sıra maraqlı söhbətlərimiz oldu. Söhbət zamanı bugünki Azərbaycanın durumu ilə bağlı fikirlərimizin üst-üstə düşməsi həqiqətən də bizim sovet dönəmində yaşayan insan olduğumuzu yada salırdı. Əslində demək istədiklərimi Elmira xanımın dilindən eşitmək mənim gördüklərim idi. Həqiqətən də bu gün Azərbaycanda sosial vəziyyətin hər sahəyə təsiri aydın nəzərə çarpır, istər səhiyyədə, istərsə də təhsil sistemində. Bu gün bunlar çılpaqlığı ilə göz önündədir. Bəyənmədiyimiz sovetlər dönəmində dövlət xəstəxanalarına ayrılan vəsait xəstələri təmin etməyə yetirdi. Həmin dövrlərdə heç bir həkim xəstəyə ressept yazıb xəstənin adamlarına aldırmazdı. Hətta o zaman xəstələrin yeməklə təmin edilməsində də, çətinlik hiss edilmirdi. Bu gün isə dövlət xəstəxanaları dediklərimin əksi ilə qarşılaşmalı olub. Elmira xanımla söhbət zamanı gəldiyimiz qənaət səhiyyənin nə dərəcədə bərbad olduğunu nümayiş etdirirdi. Həqiqətən də, həkimlərin məvacibi onların yaşayışını təmin etsəydi nə həkim, nə tibb bacıları, nə də xadimələr xəstənin əlinə baxmazdı. Nəzərə alsaq ki, dövlət xəstəxanalarında müalicə olunanların əksəriyyəti kasıb təbəqədən olan insanlardır. Sizcə bu insanları divara dirəmək olardımı? Elmira xanım isə bu və bunun kimi halların bizim xəstəxanada olmadığını vurğulayırdı. Əslində mən Elmira xanımı tanıdıqca onun necə həlim xasiyyətli bir insan olduğunu hiss etdim və söz verdim ki, sizin xəstələr üzərindəki zəhmətinizi mətbuatda işıqlandıracam. Qeyd etmək yerinə düşərdi ki, həmin xəstəxanada öz peşəsini sevən və öz insanlığını itirməyən insanlarla da qarşılaşdım. Doğrudan da fikrimdə yanılmamışdım. Mən həmin qəlbiyuxa insanların adlarını sıralaya bilərəm. Həkimlərdən Könül Ağayeva Sevil Hüseynzadə, Quliyeva Bela xanımı və nevropatoloq Səidə xanımı misal çəkə bilərəm. Bu sıralamada tibb bacılarından olan Dilarə Nəcəfova, Natəvan İsmayılova, xadimələrdən isə öz şirin dili ilə ürəklərə yol tapan Esmira Məmmədovanı sizlərə nümunə göstərə bilərəm. Həmin xəstəxananın yeməkxana işçisi üzügülər Leyla Abbasovanın xəstələrin yeməklə təmin olunmasında əvəzsiz rolu vardır. Leyla xanım hər yemək vaxtı otaqların qapısını döyər, hamını yeməyə səsləyirdi. Bir məsələni qeyd edim ki, nəvəm Nurayın həkimi təyin edilmiş xəstəxananın pediatrlarından biri Könül Ağayevanın adını xüsusi vurğulamaq istəyirəm. Könül xanım savadlı həkim olmaqla yanaşı gözəl insan, həm də gözəl psixoloqdur. O xəstə uşaqlarla tez bir zamanda dil tapa bilirdi. Nuray da Könül xanımı çox sevdi.Tibb bacılarından Aidə Abıyeva öz gülərüzlüyü ilə xüsusi seçilirdi. Onun gözü-könlü tox olduğundan xəstəxanada hammı onu sevirdi. Bir sözlə sadaladıqlarım xəstələrin sevdiyi insanlar idi. Düzdür, bir az mətləbdən yayındım. Əslində bütün yazdıqlarıma rəğmən xəstəxanada diqqətimi çəkən bir məsələ vardı ki, məni çox maraqlandırırdı. Hammı kimi mən də xəstəxananın dəhlizində gəzdiyim zaman nömrələnmiş otaqlardan birinin üzərindəki tabloya gözüm sataşdı: "Anasız uşaqlar üçün palata. Kənar şəxslərin girişi qadağandır”. Gördüyüm həmin tablo diqqətimi cəlb etdiyindən o otaqda nələrin baş verdiyi ilə maraqlanmağa başladım. Bu da səbəbsiz deyildi. Beləki, biz müalicə aldığımız xəstəxananın pediatiriya şöbəsində müəyyən uşaq evlərindən gələn xəstələnmiş uşaqları da müalicə edirdilər.Nədənsə söz etdiyim palatanın qapısı əksər hallarda bağlı olduğu halda içəridən tez-tez uşaq ağlamağının səsi eşidilirdi. Elə bu səbəbdən həkim və tibb bacılarından o otaqda nələrin baş verdiyini maraqlandım, qapını açdırdım və bir insan kimi qəbul etmədiyim halların şahidi oldum. Demək otaqda hər gün ağlayan hər an valideyn qayğısına ehtiyacı olan, çəlimsiz, valideynləri tərəfindən atılmış üç yaşlı bir qız uşağı imiş. Bu çəlimsiz qızı gördükdən sonra tibb bacılarından bu uşağın hansı xəstəlik səbəbilə müalicə olunduğunu soruşdum. Həkimin təyinatı ilə angina(boğaz ağrisi) xəstəliyindən müalicə aldığını dedilər. Deyilənə görə hal-hazırda da müalicə alır. Düzü bir az sevindim. Sevindim ki, xəstəxananın diqqətli kollektivi var. Mən Elmira xanımla söhbət etdiyim zaman uşaq evindən gələn uşaqlara tibb bacılarının çox diqqətsiz olduğunu da vurğulamışdım. Məndə bir əminlik var ki, qeyd etdiyim məsələyə Elmira xanım biganə qalmaz. Çünki Elmira xanım uşaqları çox sevirdi. Ələlxüsus da atılmışlara xüsusi qayğısı vardı. Bütün dediklərimi nəzərə alaraq xəstəxanada qaldığım günlərdə həmin otaq mənim diqqətimdə idi. Nəzərinizə çatdırım ki, xəstəxanada yaxşı insanlarla yanaşı, qəlbimi qaraldan, kimsəsiz uşaqlara qarşı ögey münasibət bəsləyən insanlarla da rastlaşdım. Bütün gördüklərimiz burda keçirdiyimiz zaman ərzində mənə və Nuraya hədsiz ürək ağrısı oldu. Bir gün də Nuray ağlaya-ağlaya palataya daxil oldu və tibb bacısının Zemfira ağladığına görə üzünə sillə vurduğunu gördüyünü, Nuraya da onunla münasibət qurmamasını tapşırdığını dedi. Bir haşiyə: (Bu arada yadıma Ağca xanımla Qaraca qızın hekayəsi “TUTU” yadıma düşdü). Mən Nurayı götürüb həmin palataya gəldim. İçəri daxil olanda sanki həmin tibb bacısı o çəlimsiz qızla güləşirdi. Qız məni qapıda görən kimi özünü üstümə atdı və boynuma sarıldı. Görünən səhnə çox acınacaqlı idi. Həmin anda o kobud və insanlığı olmayan tibb bacısı (heç əslində adını da dilimə gətirmək istəmədim) uşağı məndən zorla ayırdı. Həmin gün uşaq saatlarla ağladı. Hörmətli oxucular, sizcə İnsanlıq budurmu? Ürək ağrıdan vəziyyətdən biri də gün ərzində uşağın yeməyi-içməyi ilə məşğul olan birinin olmaması idi. Uşağa necə münasibət göstərmişlərsə balaca bəzi tibb bacılarını və xadimələri gördükdə qaçırdı və qiyyə çəkərək çığırırdı. Mən bir məsələni də qeyd edim. Başa düşə bilmirəm, uşaq evlərində atılmışlara, yetimlərə, kimsəsizlərə necə münasibət bəsləyirlərsə, uşaqlar sanki depressiya vəziyyətində olur. Mənə belə gəlir ki, şahidi olduğum faktlara əsasən Zemfira və Binədən gəlmiş “Ümüd” uşaq evinin sakinləri sayılan digər iki uşağın timsalında gəldiyim qənaətə görə bu dövlərin atılmış körpələr üçün təşkil etdiyi evlərində uşaqlara heç də normal münasibət yoxdur. 
Məni bir sual çox düşündürür, görəsən bu insanlar başını qaldırıb onu yaradanı yada salırmı? Axı niyə unudurlar ki, həyat onsuz da o uşaqlara öz qamçısını vurub. Belə zalım insanlar o atılmışların gözlərinə baxarkən o gözlərdə olan kədəri, qəmi, qüssəni və ANA şəfqətinin o boş qalan yerin görmürlərmi?! 
P.S.Hörmətli oxucular, mən nəvəmlə xəstəxanada qaldığım günlərdə həyatın necə amansız olduğunu tərk edilmişlərin timsalında gördüm. Mən belə valideynlərə bəddua etmək fikrim yoxdur. Belələrini Allahın öhdəsinə buraxıram. Allah özü bildiyi kimi etsin! Zənnimcə bizi yaradan gözəl bilir öz yaratdığı ilə necə rəftar edəcək. Sadəcə səbr etmək gərəkdir!

 

TƏRANƏ ŞƏMS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam