Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Şəki səhiyyəsi “reanimasiyadadır”: RƏZALƏT

                   

 

Genekoloq-cərrah çatışmadığından 2016-cı ildə Şəkidə bir neçə dəfə ana və uşaq ölümü qeydə alınmışdır

 

Xeberinfo.com: Görəsən bu gün Azərbaycanda səhiyyəmiz günün tələblərinə cavab verirmi?! Məlum məsələdir ki, səhiyyədə baş verən çatışmamazlıqlara nəzər yetirsək bu suala cavab tapa bilərik. Bir halda ki, Səhiyyə Naziri Oktay Şirəliyev öz səhhəti ilə bağlı Alman həkimlərinə müraciət edirsə bizi maraqlandıran məsələ necə bəsit görünməsin? Heç uzağa getməyək. Bu yaxınlarda A.M.Mir –Qasımov adına Respublika Klinik Xəstəxanasının Patologiya şöbəsində qohumlardan biri uşaq dünyaya gətirmişdi. Bu səbəbdən mən də xəstəxanada oldum və təsadüfən öz yerlilərimlə, yəni Şəkililərlə rastlaşdım. Şəki səhiyyəsi ilə bağlı xoşagəlməz sözlər qulağıma dəydiyindən insanların sosial vəziyyəti və xəstəxanaların ümümi durumu ilə maraqlandım. Mən sözü səhiyyədən açmışdım ki, xanımların sanki yaralarını qopardım. Elə bil bir anlığa dərdləri təzələnən xanımlar gözlərini yumub ağızlarını açdılar ki, bəs Şəkinin doğum şöbəsində vəziyyət çox acınacaqlıdır. Onlar qeyd etdilər ki, Şəki xəstəxanalarında həkim çatışmazlığı var və nədənsə həkimlər hətta Səhiyyə Nazirliyinin xəttilə belə Şəki xəstəxanalarına ezam olunmaq istəmirlər. Səbəbi isə belə aydınlaşdırırlar ki, Şəkidə sosial vəziyyət çox çətindir.Hətta onlar qəzet işçisi olduğumu biləndə mənə yalvardılar ki, Şəki şəhərində səhiyyənin, ələlxüsus da doğum şöbəsinin vəziyyətini mətbuatda işıqlandırım. Mən də öz növbəmdə söz verdim ki, bu işlə bağlı araşdırma aparacam. Kədərləri sevincə, sevincləri kədərə qarışan xanımlar ağlaya-ağlaya mənə bildirdilər ki, Şəki şəhərinin döğum şöbəsində patoloji xəstələri keseriyyə əməliyyatı aparmaq üçün ixtisaslı cərrah yoxdur. Belə bir durumla qarşılaşmasaydıq bizim Respublika Klinik xəstəxanasında nə işimiz vardır. Biz patalogiyalı hamiləlik keçirən xəstəmizi böyük çətinliklə bu xəstəxanaya çatdırmışıq. Hətta onlar dövlət xəstəxanası olan Respublika xəstəxanasının döğum şöbəsinin həkimlərindən çox razılıq etdirlər. Dövlət xəstəxanası olmasına baxmayaraq yetərincə xərcləri çıxmışdı. Gecələməyə yerləri olmayan xəstə sahibləri sevinirdilər ki, qızları öz körpəsi ilə bilikdə salamat həyatdadır. Onlar danışdıqca təlaşla qeyd edirlər ki, qızımız əgər Şəki xəstəxanasının patologiya şöbəsində səriştəsiz həkimlərə həvalə edilsəydi mütləq ikisindən birinin ölümü baş verməli idi.Çünki xəstənin həyatını qurtarmaq üçün səriştəli cərraha ehtiyac vardı.Xanımlar qeyd etdilər ki, genekoloq cərrah çatışmadığından 2016-cı ildə Şəki doğum xəstəxanasının patologiya şöbəsində bir neçə dəfə ana və uşaq ölümü qeydə alınmışdır. Əslində, mən bu insanlarla apardığım söhbətdən belə məlum olurdu ki, Şəki xəstəxanasının döğum şöbəsində savadlı həkim və cərrah çatmazlığı ilə yanaşı özbaşınalıq da hökm sürməkdədir. Xanımlar çox əsəbi halda danışırdılar ki, doğum şöbəsinin xadiməsindən həkiminə kimi puldan ötrü xəstənin adamlarını incidirlər. Dəfələrlə vurğuladılar ki, çox acınacaqlı durumumuz var. Mən bu insanları dinlədikcə məsələyə aydınlıq gətirməyə çalışdım və sualla xanımlara müraciət etdim: “Məncə patoloji doğuşlarda keysəriyyə əməliyyatını əvvəllər həkim cərrah Fərman Xəlilov, Ruziyə Hüseynova,Vüsal Məmmədov kimi savadlı cərrahlar aparardı. Bəs o həkimlər indi hardadır”? Cərrah Fərman Xəlilovun adını çəkmişdim ki, sanki bu insanların yarasının közməyini qopardım. Vəziyyətlə bağlı həmin xanımlar Fərman Xəlilovu mənə tanıdırmış kimi ondan ağız dolusu danışaraq razılıq etdilər.

Şəki səhiyyəsi “reanimasiyadadır”: RƏZALƏT

Soruşanda ki, bəs genekoloq cərrah Fərman Xəlilov niyə öz işini tərk edib? Dedilər o, səriştəli cərrah kimi ad-san qazandığından çoxları onu gözümçıxdıya salmışdı. Bəzi dələduzlar həkimi bezdirdiyindən öz işini tərk etdi və hal-hazırda Oğuz rayonunda cərrah kimi fəaliyyət göstərir. Lakin Oğuzda çalışmasına baxmayaraq Şəkidən və ətraf rayonlardan gedən patoloji doğuşlara əməliyyatı yenə də, cərrah Fərman Xəlilov edir. Amma bəzən xəstənin vəziyyəti elə ağır olur ki, yerindəcə təcili əməliyyata ehtiyac duyulur. Belə bir vəziyyətlə rastlaşan xəstə adamları kimə müraciət etməli olduğunu bilmirlər. Çünki, axtarsalar da həkim-cərrah yoxdur. Bəs bu bədbəxt insanlar nə etməlidirlər? Yerlilərim danışdıqca həqiqətən Şəkidə səhiyyənin vəziyyəti ürək ağrıdırdı. Doğrudan da eşitdiklərim məni vətandaş və jurnalist kimi çox düşündürürdü, axı Şəki mənim doğulduğum məkan, vətənim idi. Nədən, niyə onun əhalisi bu qədər əziyyət çəkməli idi? Bir halda ki,Prezidentimiz hər il rayon və şəhərlərdə başqa sahələrlə yanaşı səhiyyənin inkişafı üçün büdcədən pul ayırdığı barədə sərəncam imzalayır. Gəlin onu da unutmayaq ki, Şəki şəhəri “İpək yolu”nun üzərində olduğundan turist şəhəri kimi tanınmışdı. Elə bu səbəbdən dolayı Şəki şəhərinə daha çox diqqət və qayğı göstərilməli deyilmi?! Bəs nədən Şəki əhalisi belə acınacaqlı vəziyyətlə üz-üzə qalmalıdır? Düşündüm ki bu suallara cavab tapmaq üçün yay istirahətimi Şəkidə edərəm və qeyd etdiyim məsələ barədə əsaslı məlumatlar toplayaram. Mən sözümü tutaraq Şəkiyə öz döğma vətənimə istirahət üçün yollandım. Və müəyyən gəzintilər zamanı ictimaiyyət arasında oldum və başa düşdüm ki, A.M.Mir-Qasımov adına RKX-da öz dərdlərini mənimlə bölüşən xanımlar olduqca haqlıdırlar. Əldə etdiyim məlumatlar məni yetərincə təmin etmədiyindən düşündüm ki, xəstəxananın özündə tanıdığım qocaman həkimlərlə söhbət aparım. Mən bu və bunun kimi məsələləri araşdıqdıqca bağlı düyünlərin açılmasını necə çətin olduğunu görürdüm. Həkimlərlə söhbət zamanı soruşanda ki, bəs Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Məcid Əliyev Səhiyyə Nazirliyinə müraciət edib cərrah çatmazlığını qeyd edərək savadlı genekoloq- cərrah tələb edibmi? Yəni, baş həkim kimi Məcid Xəlilovun baş verən olaylardan xəbəri yoxdur??? Maraqlıdır, bəs doğum şöbəsinin baş həkiminin gözü hara baxır? Niyə narazılıqlarını mərkəzi xəstəxananın baş həkimi Məcid Xəlilova bildirmirlər? Fikir mübadiləsi etdiyim həkimlər qeyd etdilər ki, sözügedən xəstəxananın bir neçə şöbəsinin baş həkimi ümumiyyətlə yoxdur. Niyə Şəki şəhərinin xəstəxanasında belə hərc-mərclik hökm sürməlidir, ələlxüsus da doğum şöbəsində?! 
Hörmətli
Xeberinfo.com saytının təsisçi və baş redaktoru İlqar Salmanov, sizin redaksiyaya müraciət etməkdə məqsədim Şəki şəhər xəstəxanasında və hətta doğum şöbəsinin bu günki durumu ilə əlaqədar araşdırma aparmağınızı xahiş etməkdir. Xahiş edirəm ki, bu problemlə bağlı lazımı araşdırmaların aparılmasını və ictimailəşməsini təmin edəsiniz.

P.S.Düzdür, deyirlər ki jurnalist hər bir qaranlıq məsələyə dəlil və sübutlarla yanaşaraq xoşagəlməyən məqamlara aydınlıq gətirməlidir. Amma bu gün jurnalistikanın özü büdrəyirsə, ağı qara, qaranı ağ yazan jurnalistlər meydan sulayırsa vicdanı təmiz olan jurnalist ictimaiyyət arasında olaraq, insanların dərdini dinləyərək hər bir məsələyə obyektiv yanaşmalıdır.Çünki haqlı narazılıqlar həmişə ictimaiyyət arasında daha qabarıq şəkildə nəzərə çarpır. Məncə baş verən hadisələrə ən böyük dəlillər və sübutlar yaşadığımız cəmiyyətin özündədir. 
TƏRANƏ ŞƏMS

 

Redaksiyadan: Bu istiqamətdə Şəki şəhərindən redaksiyamıza daxil olmuş digər müraciətləri də nəzərə alaraq, qarşıdakı günlərdə mövzunu davam etdirməyə çalışacağıq. Problemə məsul şəxsləri də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam