Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Mərkəzi Uşaq Xəstəxanası istifadəyə verildi///Naxçıvanda

Mərkəzi Uşaq Xəstəxanası istifadəyə verildi///

 

 

Yanvarın 11-də Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib

 

Yenixeber.org: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xəstəxanada yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, zirzəmi qatı ilə birlikdə 4 mərtəbədən ibarət olan xəstəxanada uşaq cərrahiyyəsi, pediatriya, yenidoğulmuşlar üçün pediatriya, nevroloji, reanimasiya və intensiv terapiya, poliklinika, stomatoloji və mərkəzləşmiş laboratoriya şöbələri fəaliyyət göstərir. Şöbələrin hər birində müasir şərait yaradılıb, fizioterapiya, laboratoriya, əməliyyat, kardiorevmatoloq və loqoped otaqlarında, stomatoloji kabinələrdə və palatalarda müasir tibbi avadanlıqlar quraşdırılıb. Binada müasir sterilizasiya otağı, tibb təhsili alan tələbələr üçün 4 auditoriya, eləcə də iclas zalı və yeməkxana istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında uşaqların elektron qeydiyyat sistemi yaradılıb və bu günə qədər Naxçıvan şəhərində 21 mindən artıq uşağa sağlamlıq kartı verilib.

Tibbi sığorta otağına baxış zamanı qeyd olunub ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ilə bağlı səhiyyə-informasiya idarəetmə sistemi yaradılıb. Otaqda quraşdırılan kompüter bu sistemə qoşulub və qeydiyyatda olan xəstələr haqqında məlumat bazası yerləşdirilib. Bu da həkimlərin xəstələrin əvvəlki müayinə nəticələri ilə tanış olmasına imkan verəcəkdir.

Bina ilə tanışlıqdan sonra xəstəxananın kollektivi ilə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı il noyabrın 18-də “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Buna uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 21 noyabr tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər Planına əsasən muxtar respublikada bir sıra tədbirlər keçirilmiş, eyni zamanda, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası əsaslı şəkildə yenidən qurulmuşdur.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Mərkəzi Uşaq Xəstəxanasında yaxşı kollektiv formalaşıb. Xəstəxanada fəaliyyət göstərən 306 tibb heyətinin 70-i həkimdir. Bunun da nəticəsində xəstəxanada uşaqların sağlamlığının hərtərəfli təşkilinə nail olunmuşdur. Tibbi heyətin səmərəli fəaliyyətinin nəticəsidir ki, 2017-ci ildə xəstəxanada 600-ə yaxın uşaq stasionar müalicə almış, 215 uşaqda cərrahi əməliyyat aparılmışdır. Bu dövrdə xəstəxanaya ambulator müalicə üçün 200 minə yaxın müraciət olmuş, həkimlər öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə xəstəxananın kollektivinə təşəkkürünü bildirib və deyib ki, bu gün Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında yaradılan şərait, quraşdırılan avadanlıqlar müasir tibbin tələblərinə tam cavab verir. Eyni zamanda, xəstəxanada təkmilləşdirmə kursu keçən həkimlər fəaliyyət göstərir. Bu gün muxtar respublikada müasir həkim ambulatoriyaları, feldşer-mama məntəqələri, sahə xəstəxanaları, rayon mərkəzi xəstəxanaları və digər səhiyyə müəssisələri istifadəyə verilir, uşaqların və hamilə qadınların sağlamlığına xüsusi diqqət yetirilir. Bütün bunların nəticəsidir ki, muxtar respublikada ana və uşaq ölümlərinin sayı dünya səhiyyə sistemində qəbul olunmuş göstəricidən aşağıdır. Uşaqların sağlam böyüməsi ölkəmizin sağlam gələcəyinə xidmət edir. Ona görə də Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının kollektivi yaradılan şəraitdən səmərəli istifadə etməli, həkimlər daim öz üzərlərində işləməli, xəstəxanaya müraciət edən uşaqların müayinə və müalicəsinə, eləcə də peyvənd işinin vaxtında aparılmasına diqqət artırılmalıdır.

Ali Məclisin Sədri bir daha kollektivi təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Həkim Səkinə Tarverdiyeva minnətdarlıq edərək deyib: Bu gün Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında hərtərəfli şərait yaradılıb. Müasir tibbi avadanlıqlar diaqnozların dəqiq qoyulmasına, müayinə və müalicələrin səmərəli aparılmasına imkan verəcəkdir. Xəstəxananın həkimləri xarici ölkələrdə, eləcə də Bakı şəhərində təkmilləşdirmə kurslarında olublar. Bütün bunlar muxtar respublikada səhiyyənin inkişafına və insanların sağlamlığına göstərilən qayğının nəticəsidir. Kollektiv yaradılan şəraitdən istifadə edərək daha səylə çalışacaqdır.

Xəstəxana yeni istilik, elektrik və su sistemi ilə təchiz olunub, tibbi tullantıların yandırılması üçün qurğu, havalandırma sistemi, əməliyyat otaqlarında isə bakterioloji filtirli havalandırma quraşdırılıb. Binanın həyətində də abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam