Millət, nə deyirsən?
Xeberinfo.com: Son illər respublikamızın müxtəlif bölgələrində beynəlxalq tərkibli arxeoloji qazıntılar aparılır. Bu da tariximizi, qədimliyimizi öyrənmək üçün çox önəmlidir. Amma çox təəssüf ki, tapılan əşyalar içərisində bizim döyüşkənliyimizi, qəhramanlığımızı, igidliyimizi göstərən silah-sursata az-az rast gəlinir. Ən çox tapılan yemək- içmək, zinət və pul sikkələridir. Burdan da belə məlum olur ki, biz tarixən yemək- içməyə, bəzənid- düzənməyə və var- dövlət toplamağa üstünlük vermişik. Biz bu yöndə keçmişimizdən qalan adət-ənənəmizi bu gün də davam etdiririk. Ələxüsusda qarınqululuğumuzu. Əyər belə olmasaydı toy məclislərində, adi qonaqlıqda belə süfrəyə yüz naz-neməti düzüb onunla qürurlanmazdıq, öyünməzdik.
Hər zaman bolluqdan, harınlıqdan ifratçılıq yaranıb. Nə süfrəyə düzdüyümüz çeşid-çeşit naz -neməti, nə də süfrədən artıq bilib atdıqlarımızı Tanrı neməti bilməmişik, ona müqəddəslik kimi baxmamışıq. Süfrə arxasına keçəndə o qədər yemişik ki, sonda bədənimizin ağırlığından yerimizdən qalxa bilməmişik. Ona görə də bu gün əhalinin yüz nəfərindən doxsan nəfəri həkimlərin daimi müştərisidir.
Şadlıq evlərində yediyimiz yeməklər üzdəniraq iş adamlarının tamahı ucbatından təkrar-təkrar qarşımıza qoyulur. Biz də fərqinə varmadan boyat yeməklərə elə girişirik ki, sanki günlərin acıyıq. Şadlıq evləri adından göründüyü kimi şadlanmaq,əylənmək məkanı anlamındadır. Ancaq təəssüf ki, bu bizdə tamam tərsinədir. Bir dəfə toyda olan adam aylarla özünə gəlmir, əsəbləri və səhəti pozulur. Və sonra da deyirik millət, xalq xəstədir. Boyat yeməyi "təzə" adıyla yeyən, musiqinin səsindən beyni çatlayan xalq xəstə olmağa məhkumdur. Son illər məndə belə bir şübhə yaranıb ki, şadlıq evləri ilə həkimlər arasında iş birliyi var. Biri xəstələndirir, o biri tərsinə müalicə edir.
Vay dədəm, vay. Yuxarıda nədən danışırdım, gəlib nəyə çıxdım. Dünya tarixində bir elə də adı, sanı olmayan millətlər var ki, onların arxeloqları qazıntı işləri aparanda yerin hər qatından silah- sursat tapırlar.
Hanı bizim Cavanşirimizin, Babəkimizin, Koroğlumuzun və s. qəhramanlarımızın silahları? Niyə onlardan biri bu günə kimi tapılıb üzə çıxarılmayıb? Bəlkə onlar heç yadellilərə qarşı vuruşmayıblar? Qılınc-qalxanları belə olmayıb? Bəs onda tarixi mənbələrdə göstərilənlər, şifahi və yazılı ədəbiyyatda yazılanlar nədir? Ola bilərmi ki,bu xalqın yaratdığı bir mifdir, əfsanədir, özünü belə görmədir? Tutalım ki, bunların hamsı tarixi bir həqiqətdir, reallıqdır. Eləsə, niyə bu igid, mərd, qəhraman, qorxmaz xalq bu günə kimi 200 ildə itirdikləri torpaqlarının bir metrini belə qaytara bilməyib?! Dünyanın hansı xalqı bu biyabırçılığa, bu qədər itkilərə razılaşardı,dözərdi? Yəqin ki, heç biri. Adi bir misal çəkim: Çox vax bəzi adamlar bir-biriylə danışanda biri o birinə qayıdır ki, "sən tupoy monqolsan". Yəni sən monqol kimi gütsən, fərsizsən, bacarıqsızsan, korafəhimsən.
Bu gün 3 milyon nə qədərlik monqol- bəyənmədiyimiz, istehsa hədəfinə çevirdiyimiz xalq bir qarış torpağını belə itirməyib, göz bəbəyi kimi əslərdir qoruyur, heç bir yadelli işğalçı dövləti həndəvərinə belə buraxmır. Deyə bilərsiniz ki, Monqolustanın torpaqları münbüt olmadığına görə heç bir ölkənin marağında deyil. Unutman ki, tarixdə baş verən müharibələr torpaqların münbüt, qeyri-münbitliyinə görə aparılmayıb. İşğal olunan torpaqlar da qarşı tərəfin fərsizliyindən, bacarıqsızlığından, yaşadığı torpağa sevgisinin az olmasından, vara-dövlətə hərisliyindən işğal olunub, satılıb. Bizim torpaqlar da belə keyfiyyətlərə malik olduğumuzdan zaman- zaman itirilib.
26 ildir düşmən tapdağında olan torpaqların iniltisi, sızıltısı (torpaq, vətən sevənlərin) yuxumuzu əlimizdən alıb. Bizə dinclik vermir, imdad, kömək istəyir.Biz bu istəyə necə cavab veririk? Beynəlxalq təşkilatlardan, güclü dövlətlərdən kömək umuruq. Bilə-bilə ki, başımıza gələn müsibətlərin baisi elə onların özüdür.
Çox- çox illər keçəcək, arxeloqlar yenə qazıntı (o vaxta kimi torpaqlarımız qalacaqsa) işləri aparacaq, torpağın altında iri-iri qazanların, böyük-böyük yemək qablarının qalıqlarını aşkar edəcəklər. Onda lap dəqiq bilinəcək ki, biz həqiqətən də yeyib yatan xalq olmuşuq.
A millət, deyirəm bəlkə yeyib,yatdığımız bəsdir. Qalxıb ermənilərə və onun havadarlarına növbəti bir aprel döyüşünü də göstərək! Hə, millət, nə deyirsən?!
Məhərrəm Şəmkirli