Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ağacları məmurlar kəsir

 

   

    "xeberinfo.com":XX  ərin  əvəllərində  böyük  rus  proletar  yazıçısı  Maksim  Qorki  Bakıya  gələndə  şəhərdə  yaşıllığın  azlığından  şikayətlənmiş. ağacların  barmaqla  sayıldığını  dilə  gətirmişdi. Sonralar  zaman  dəyişdi, Bakı  yaşıllıqlara  büründü. Bəyənməyib  yeddi  arxa  dönənini  söydüyümüz  imperiya  dövründə  ağac  kəsmək, yaşıllıqlara  qulluq  etməmək  cinayət  sayılırdı. Məsul  şəxslər  ən  ağır cəzayla  cəzalandırılırdılar. Bir  sözlə, qanun- qadağa  möhkəm  idi. Qorxan, çəkinən  vardı.

   Doğrudur, indi  də  qanunlar  var, özü də  dürlü- dürlü. Amma  bu qanunlardan  qorxan, onu  saya  salan  yoxdur. Kimin  arxası, pulu  var, ölkəni  geniş  meydan  bilib, köhlən  atını  sola  da, sağa  da  çapır. Min  əziyyət  bahasına  illərlə  ərsəyə gətirilən  yüzlərlə  ağacı  bir  gecənin  içində  of  demədən  kəsib  yerində  villa, göydələn, şadlıq  evi, ticarət  mərkəzi  və  s. tikdirir. Ağzını  açanın  ağzından vurur  və  pulla  qapayır.

   Hamının  yaxşı  yadındadır  ki, Heydər  Əliyev  hakimiyyəti  dövründə  Bakıda, eləcə  də  Azərbaycanın  hər  bir  güşəsində  nə  qədər  yaşıllıqlar  salınmış, nə  qədər  ağaclar  əkilmişdi.  Yazıqlar  olsun  ki, H. Əliyevin  əkdiyi  ağacları, saldığı  yaşıllıqları  elə  onu  öz  kadırları  məhv  edirlər.

   Bakı  şəhərinə  mer  təyin   ediləndən  Hacıbala  müəllimin  xeyir- duası  ilə  Bakıda  iş  adamları  minlərlə  ağac  kəsmiş, hektarlarla  yaşıllıqları  məhv  etmiş, özlərinə  sərf  olan  işləri  görmüşlər.

  Sivil  ölkələrdə  bu  cinayətlərə  görə  Hacıbala  müəllim  ən  yaxşı  halda  ya ömürlük  həbs  olunar , ya  da  darağacından  asılardı. Amma  bir  sovet  kinosunda deyildiyi  kimi, yaşasın  hümanist  qanunlarımız. Buna  görə  Hacıbala  müəllimə hələ  bir  dəfə  də  "gözün  üstə  qaşın  var" deyən  olmayıb. Əksinə, Hacıbala müəllimin  havadarlığı  ilə  kəsilən  ağacların, məhv  edilən  yaşıllıqların  yerini  doldurmaq  üçün  ölkə  prezidenti  müxtəlig  vaxtlarda  sərancamlar  imzalayıb və bunun  üçün  xeyli  pul  da  ayrılmasına  göstəriş  verib, ağac  kəsənlər, yaşıllıqları məhv  edənlər  haqqında  ciddi  ölçü  kötürələcəyini  bildirib.

   Ekologiya  və  Təbii  Sərvətlər  naziri  Hüseyinqulu  Bağırov  isə  cərimələrin məbləğini  artırmağı, qanunu  pozanlara  qarşı  cəza  tədbirlərini  artırmağı  və  ciddi  ölçülərin  götürülməsini  təklif  edib.H. Bağırov  ağac  kəsməyə  görə  cərimənin  40  min  manat  olduğunu  deyir. Amma  bu  illərdə  ağac  kəsənlər  çox  olsada, cərmələnən  bir  nəfər  də  olsun  yoxdur.

    Mənə  görə  ağac  kəsənləri  cəzalandırmağın  ən  yaxşı  yolu  şəkilini  şəhərin gediş- gəlişi  çox  olan  yerlərinə  vurub  üzünə  tüpürməkdir. Nəticədə  beləsi  bundan  sonra  nəyinki  ağac  kəsər. hətta  baş  götürüb  ölkədən  qaçar.

  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinə  də  bir  təklifim  var. Bakıda  və  rayon  mərkəzlərindəki  parklarda, meydanlarda, yol  kənarlarında, məhəllələrdə olan  hər  bir  ağacı  bir- bir  sayıb  qeydiyata  almal, hər  rübdə  sayma  əməliyyatını  həyata  keçirməli, kəsilən  hər  bir  ağacın, tapdalanmış  hər  bir  yaşıllıq  kolunun  cavahdehləri  ciddi  cəzalandırılmalıdır. Belə  olarsa, heç  kəs  nəyinki  ağac  kəsməyə, heç  kol  tapdalamağa  da  cəsarət  etməz.

 

                  

 

       Məhərrəm  Şəmkirli         


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam