Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Satın, gətirin


 "Xeberinfo.com":  Bu yaxınlarda Binəqədi rayonunda baş vermiş məlum faciədən sonra yaradılmış komissiyanın iclasında ölkə başçısı cənab prezidentin çıxışını diqqətlə dinlədim və ölkədəki bəzi iribuynuzlu məmurların nə qədər harınlaşıb qudurduqlarının şahidi oldum. Onlar üçün bu ölkə sanki yamyaşıl ormandı və onlar burda yetişən otları kökünə kimi qazıb yemək istəyirlər. "İştah diş altındadır" deyiblər. Vallah, billah bu qədər də iştah olmaz axı.

  Ölkədə haranı göstərirsən,hardan danışırsan, əlüstü deyirlər, ora filankəsindir, bəhmənkəsindir. Axı konstitsiyaya görə bu ölkənin torpağı, suyu və bütün təbii sərvətləri hər birimizindir. Əcabə, bəs onda bu filankəs kimin adamıdır, hansı səlahiyyətlərin sahibidir?! Bəlkə Allahın bacısı və yaxud da xalası oğludur. Din alimlərinin dediyinə görədə xüsusi olaraq Allahın heç kimi yoxdur. Bir halda ki, yer də, göydə Allahındır, ona məxsusdur. Sən kimsən ki, onun yerini zəbt etmisən?! Şükür onun adının böyüklüyünə ki, Allah bəni insan yaranandan üzü bəri heç kimə ögeylik, doğmalıq etməyib, hamıya eyni gözlə baxıb, eyni münasibət göstərib. Axı hamımız onun övlatlarıyıq. Deyirəm bəlkə bu iribuynuzlular heç Allah övladları deyillər?

   Prezident çıxışında vurğuladı ki, bəzi məmurlar və onların ailə üzvüləri özlərini yekəxana aparır, xalqı aşağılayır,qanunları saya salmırlar.Harda gəldi, harda istədilər qeyri-qanunu villalar, ticarət obyektləri, şadlıq evləri tikirlər, özü də dəyəri milyonlarla ölçülən pul-parayla. Görün iş nə yerə çatıb ki, Ulu öndərin adını daşıyan parkı belə zəbt edib villa tikirlər və şəhər icra hakimi tikintiyə müdaxilə edib dayandıra bilmir. İlahi, qanunun şah olacağı bir məmləkətdə pul onun qarşısına necə sədd çəkibsə  onu yaxına buraxmır.  Villaların kimlərə məxsus olduğunu cənab prezident dolayısı ilə dedi. Doğrudur prezidentin belə müşavirələri, tapşırıqları  çox olub. Amma  bu tapşırıqlardan özü üçün nəticə çıxaran, qanunlardan qorxan olmayıb. Demək pul, var- dövlət, qudurğanlıq bunların gözünü örtüb.

    Ölkədə kimin rüşvətlə, korrupsiya ilə məşğul olduğunu 5 yaşından 75 yaşına kimi hamı bilir. Çox təəssüf ki, hakimiyyət rəsmiləri bunları tanımır. Təkrarçılıq olmasın  bir neçəsini mən deyim: Bakını illərdir hərraca qoyan, qarış-qarış, tikə- tikə satan Bakı şəhər icra hakimi Hacıbala müəllim və onun rəhbərliyi altında işləyən Bakı rayonlarının icra başçılarıdı. Hacıbala müəllimin icazəsi olmadan heç bir icra hakimi bir qarış torpaq belə sata bilməz.

   Hacıbala müəllimin xeyir-duası ilə Yasamal rayonunun icra hakimi satmadığı yer,kəsdirmədiyi ağac qalmadı rayonda. İkicə misal deyim. 20 Yanvar metro stansiyasından üzü yuxarı qalxan Müzəffər Həsənov küçəsində ağac qalmadı kəsilib yerində obyekt tikilməsin. Hətta A. M. Şərifzadə küçəsində səkini də satıb. Əgər mənim yazdığım yalandırsa, şər-böhtandırsa onda ağacların kəsilməsinə, obyektlərin tikilməsinə , 20 Yanvar şəhidlərinə qoyulmuş abidə kompleksinin arxasındakı bağın içindən keçən yolun kəsilməsinə niyə göz yumurdu, qanunu pozanlar haqqında ciddi ölçü götürmürdü? Demək bunların hamsının havadarı, yol göstərəninin hamsı özləridi.

    Keçən il həyət evində yaşayan bir tanışım oğluna toy etməyə hazırlaşırdı. Bu münasibətlə pilləkəninin üstündə balaca bir günlük tikirdi. İlahi, bu balaca işin üstünə yekə-yekə maşınlarda nə qədər iribuynuzlu gəldi. Hamsı da yazığı buynuzuna keçirib bədənini (oxu,cibini) deşik- deşik elədilər. Kasıbın iki daşı üst- üstə qoyduğunu görən Hacıbalanın nökər- naibləri və özü bu boyda villaları,ticarət obyektlərini,kəsilən ağacları niyə görmürlər? Bəlkə gözlərində problem var? Eləisə niyə müayinə və müalicə etdirmirlər? Pulsuzluqdan və imkansızlıqdan. Deyirəm Allah pulsuzluğun. kasıbçılığın üzünü qara eləsin. adamı ömürlük həyat işığından məhrum edir. Mən də bunu heç bir soydaşıma arzu etmirəm. Həyat işığı ayrı şeydi.

  Yasamal rayonundakı 2-ci Alatava yaşayış sahəsinin böyründən Şamaxı yoluna çıxan küçənin bir tərəfini yöndəmsiz,səliqəsiz ticarət obyektləri, bir tərəfini də taksilər tutublar. Piyadanın sərbəst getməsi- gəlməsi üçün isə səki yoxdur. Bəlkə Yasamal rayonunun icra başçısının bundan xəbəri yoxdur? Var.amma onun işi başqadır. İllərdi oturub sərinkeşli otaqda, yayxanıb yumuşaq kresloya elə tabeliyindəkilərə satın, gətirin deyir.

  Hələlik mərkəzdə baş verən bu kimi məmur özbaşnalıqlarına son qoyan yoxdur. Qoyulacağına da inam yoxdur.

 

 

Məhərrəm Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam