Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

GÖZƏLLİK İÇİNDƏ ÇİRKİNLİK:BAXIMSIZ ÇİÇƏK KOLLARI


  

     Yenixeber.org:  Dünyamızın bu qarışıq, ələmli günlərində qəmimiz sevincimizi, sevincimiz də qəmimizi əvəz edir. Hər ikisində də yaşamalıyıq.

  Ana təbiət oyanır. Buludlardan leysan ələnir torpağa. Çiçəklər cilvələnir, şeh gilələnir, mirvari düzümü yaradır. Hər tərəf bahardan ətirlənir, torpağın qəlbinə ətir yağır səmadan.

  Yazın gəlişiylə insanların qəlbinə məhəbbət toxumu səpilir. Cücərmiş toxumlar bu evdən, o evə məhəbbət, sevgi cığırı açır. Bahar tumurcuq- tumurcuq ağacların budağına səpilir. Yaşıl xalı olub düzlərə döşənib. Baxcalarda qızıl gül kimi düymələnib.

  Bahar bu səhər yarımaçıq pəncərəmdən içəri girdi. Qanadlarının astaca çırpıntısını duydum. Otağa sərin meh doldu. Nəfəsi bağ-baxçanın, gül-çiçəyin, bənövşənin, nərgizin, əriyin ətri idi. Əl-üzümü yudum, eyvana çıxdım, gördüm ki...

  Yazın gəlişinin insanlara hansı sevinci yaşatdığını, hansı ruh yüksəkliyi gətirdiyini az da olsa xatırlatdım. Amma mənim məqsədim bu deyil.Başqa bir ağrımı oxucuların diqqətinə çatdırmaqdır ki, o da küçələrdə, xiyabanlarda,yol kənarlarında, parklarda, bağlarda qurumuş ağacların, gül kollarının kəsilməməsidir. Bir anlığa yam-yaşıl ağacları gözünüz qabağına gətirin. Gözəl və əzəmətli görünür eləmi? Və birdən bu gözəlliyin içində gözünüzə qurumuş ağac görünür. Bilirsiniz bu nəyə bənzəyir? Deyim,diri insanların arasında ölmüş adamın meyitinin qalmasına. Bunun ürək sıxması, bulanması, üfunət qoxuması və s.var. Təbii ki, buna dözmək olmaz. Meyitin basırılması lazımdır və basırılırda.Ona görə ki,dirilərin arasında qalmağı həmi təhlükəlidir, həm də qorxuludur.

  Mənə elə gəlir ki, yaşıl ağacların, kolların yanında quru ağaclar, kollarda onlara eynən elə təsir edir. Hər şeydən əvvəl ordakı gözəlliyi pozur, ona xələl gətirir. göz oxşamır. Bunun üçün də qurumuş ağaclar, kollar yerindən çıxarılmalı, onların yerinə yeniləri əkilməlidir. Və əkilmiş ağaclara daha çox qulluq edilməli, qayğı göstərilməlidir ki, onlar bitsin, böyüsün,inkişaf etsin. Ağaclara aqrotexniki qaydada qulluq atmək üçün hər rayonda yaşıllaşdırma idarələri (adı) var. Bu idarələrin işi ancaq yaz gələndə onların dibini başdansovdu belləmək və Allahın ümidinə qoymaqdır. Bu ağac və kolların vaxtlı- vaxtında kübrələnməsi, suvarılması isə unudulur, yaddan çıxır.

  

Yəqin ki,tezliklə respublikada ağac əkmə kampaniyasına start veriləcək. Hər axşam da iri bir məmurun iştirakı ilə əkilən ağaclar xalqa göstəriləcək. Bununla da hər şey unudulacaq. Çəkilən maddi xərc də, fiziki əmək də o kadırlala birlikdə yox olub gedəcək. Adamı üzən, yandıran da elə budur.

  Bu gün Bakının və respublikanın o yeri yoxdur ki, orda qurumuş. ömrünü başa vurmuş ağaclar olmasın. Bu ağaclar bir balaca küləyə bəndirlər ki, yıxılsınlar, fəsadlar törətsinlər. Bu barədə o qədər faktlar var ki, sadalamaqla qurtarmaz. Nə qədər maşın, ev yıxılmış ağacların altında qalıb, bundan da neçə-neçə adamlar ziyan çəkiblər. Həətta bir tanışımın yaxın qohumu xəstəxanadan ölümün pəncəsindən qurtarıb, həyətdə bir çinar ağacının altında qalmaqla həyatını dəyişib. Bədbəx, üzüntülü hadisələr kimlərinsə məsuliyyətsizliyindən, işinə laqeyid,səhlankar yanaşmasından baş verir və bu an hər kəs sankı yatmışdı, ayağa qalxır, hay-küy salır, günahkarların cəzalandırılmasını istəyir. Aradan az müddət keçir,heç nə olmayıbmış kimi hər şey unudulur, yaddan çıxır. Yenə olur, "köhnə hamam, köhnə tas". Necəki bu günlərdə baş verən güclü küləyin törətdiyi fəsatlar, dağıntılar kimi.

   Çox maraqlıdır ki, ölkədə yaşıl, cavan ağacı kəsmək, quru, qoca ağacı kəsməkdən daha təhlükəsiz, daha qorxusuzdur. Yadımdadır 20 yanvar metrosundan üzü yuxarı çıxan küçədə nə qədər ağac vardı. Amma o ağaclardan bu gün barmağını qatlayıb heç on dənəsini saya bilməzsən. Çünkü hamsını kəsib yerində iaşə ocaqları və mağazalar tikiblər. Təbii ki,bu ağaclar yuxardakıların "xeyir-duası" ilə kəsilib. Kasıb,arxasız, vəzifəsiz bu "qələti" eliyə bilməzdi.Bu haqqda dəfələrlə "sos"siqnalı səsləndirib,yazılar yazmışam, televiziya kanallarına məlumat vermişəm. Amma ağacları pullu və adamlı adamların cəngindən "xilas"edə bilməmişəm. Qalmışam içimdən qovrula-qovrula, yana-yana. Olmuşam ağacların yanında üzü qara.

  Rəhmətlik H.Əliyevin respublikada yaşıllıqların salınmasında müstəsna xidmətləri olub və bu danılmazdır. Sağlığında bu sahədə çox işlər gördü. Bu gün hakimiyyətdə onun davamçıları və məsləkdaşlarıdır. Bu məsləkdaşlar gərək onun qoyduğu qanunları göz bəbəy kimi qoruya, sadiqliklərini nümayiş etdirələr, onun qurduqlarını uçurmaya, daha da möhkəmləndirələr. Amma yazıqlar olsun ki, bu ideya "daşıyıcıları"qurmaq, möhkəmləndirmək yox, dağıtmaq, sökməklə məşğuldular.   

Məhərrəm Şəmkirli

  AJB-nin üzvü.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam