Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Fəzail İbrahimlinin menyüsünə

 

    Gördüyünüzü  deyin 

  "Xeberinfo.com":  Bəlkə  də  mən  bu  yazını  heç  vaxt  yazmazdım. Amma  yazdım. Yazmağıma  səbəb  də  deputat  Fazil  İbrahimli  oldu. Onun  "Azadinform"a  verdiyi  bir  cümləsini  oxudum  və  onu  olduğu  kimi  verirəm: "Azərbaycanda  insan    hüquqları  bütün  dünya  dövlətlərindən  yaxşıdır". O, bu  fikiri  Avrasiyada  hərbi  və  təhlükəsizlik  məsələrindən  yazan  jurnalist  Coşua  Kuceranin  Azərbaycan- ABŞ  münasibətlərinə  dair  dərc  olunmuş  şərhinə  münasibət  bildirərkən   deyib.

   Fəzail  bəyin  dediyindən  belə  çıxır  ki, jurnalist  yalan  yazıb, bizə  şər  atıb,gözügötürməzlik  edib. Nəyinki  ABŞ-da, heç  qərbin  özündə  belə  bizdəki  kimi  insan  hüquqları  qorunmur, insana  dəyər  verilmir. Hamı  qayğısız, problemsiz  yaşayır. Fazil  bəy, siz  insan   hüquqlarının  yaxşı  olması   deyəndə özünüzü  və  özünüz  kimi  yüzlərlə  deputatları, nazirləri, komitə  sədirlərini, on  minlərlə  gözünü  açandan  kreslolara  yayxanıb  oturanları, rüşvər  verib, rüşvət alan  məmurları. pulla  əyri  işlərini  yoluna  qoyan  pullu  iş  adamlarını  nəzərdə tutursunuz. Sizin  kasıb  təbəqədən  xəbəriniz  varmı? Əlbəttə  var.Amma  onlar sizlər  üçün  yararsız  adamlardı. Onlara  hüquq  lazım  deyil.

   Siz  müsahibənizdə  bir  qədim  atalar  deyimimizi  də  xatırlatmısınız  ki. "it  hürər, karvan  keçər". Qoy, qərb, ABŞ  nə  deyir  desin, nə   yazır  yazsın. Biz  dünyanın  ən  inkişaf  etmiş  sivil  dövlətiyik.- deyib  xalqı  aldadırsınız. Məyər  neftin  pulunu  vecsiz  yerə  xərcləmək, hər  tində  ağacları  kəsib  iaşə  ocaqları,ticarət  mərkəzi  açmaq  inkişafdı? Mən  şəhərdə  səki   tapıb  gedib- gələ bilmirəmsə, yollardakı  piyada  zolaqlarını  qaça-qaça  keçirəmsə, səkilərdə  düzülmüş  ticarət  mallarının  yanından  yanpörtü  keçirəmsə, avtobusla  yarım  saatlıq  yolu  saat  yarıma  gedirəmsə, bu  inkişaf  yox, durğunluq  və  qanunsuzluqdu.

   Hörmətli  Fəzayıl  bəy,bir  vətəndaş  kimi  sizdən  soruşuram,  heç  məhkəməyə   düşmüsünüz? Allah  eləməsin.-deyirsiniz.  Çox  yaxşı. Mən  də  nə  sizə, nə  də  kiməsə  bunu  arzulamıram. Vallah,şayət  düşsəniz  sizi  elə  fırlayar, elə  süründürərlər  ki, yarandığınıza  peşman  olarsınız. Çıxış  yolu  kimi  ya  özünüzü  Koroğlu  körpüsündən  üzü  aşağı   atarsınız, ya  da  intihar  üçün  başqa  yol  taparsınız.

   Gəlin  sizə  hüquqları  pozulan, lazımsız  vətəndaşlarımızdan  danışım: Yaxından tanıdığım  bir  xanım  üç  azyaşlı  uşağını  keçmiş  ərindən  almaq  üçün  iki  ildən çox  məhkəmələrdə   süründü, olmazın  əziyyətlərini   çəkdi, döymədiyi  qapı,müraciət  etmədiyi  qurum  qalmadı. Azərbaycan  qanunu  ilə  uşaq  on  yaşına kimi  ananın  himayəsində  olmalıdır. Aydın  olmayan  nəydi  ki, hüquq  müdafiəçiləri  soydaşının  hüquqlarını  bu  qədər  pozurdu? Hakimlər  bir  nəfər  kimi  rüşvətə  daraşıblar.Qanunun aliliyi  pulun  qabağında  kölədir.Siz  mənə  bir nəfər  hüquq  işçisi  göstərin  ki, onun  maşınları, villaları  olmasın? Mən  əminəm  ki, göstərə  bilməzsiniz.

   Başqa  bir  misal: Sənədli- sübutlu  qərarla  adına  müəyyən  qədər  torpaq  sahəsi  olan,  bir  alim  dostum  həqiqəti  bərpa  etmək  üçün  illərlə  məhkəmələrə  ayaq  döydü. Apardığı  tədqiqatlar, araşdırmalar  yarımçıq  qaldı. Bir  millətin  alimi  elmdən  uzaqlaşdırılıb, məhkəmələrə  qeyri- qanunu  sürüklənirsə,  ondan  elm  adına  nə  isə  gözləmək  gülüncdü. Belə  misallar  bir  deyil, iki  deyil, saysızdı. Mən  bu  siyahını  istədiyiniz  qədər  uzada  bilərəm, amma  burası  Azərbaycandı.Burda  dediyimiz. yazdığımız  saya  salınmır, qulaq  ardına  vurulur. Onda  deyin, budurmu  insan  haqlarının  qorunması?

  Rəhmətlik  ulu  öndər  H. Əliyev  deyirdi  ki, bir  ağac  kəsən  mənim  qolumu  kəsir. Bu  gün  H. Əliyevin  qolunu  kimlər  kəsir? Ağzını  cıra-cıra: Mən  ulu  öndərin  kursunun  davamçısıyam,-deyənlərdi. Adi  bir  misal: 20 Yanvar  metro  stansiyasından  Müzəffər  Həsənov  küçəsiylə  üzü  yuxarı  çıxanda  sol  tərəfdə  nə qədər  küknar, şam  ağacları  var  idi. Hamsını  kəsib  yerində  iaşə  ocaqları  və ticarət  obyektləri  tikdilər. Təbii  ki, yuxarıların  "kirişa"lığı  ilə  bunu  etdilər. Hələ  20  Yanvar  şəhidlərinə  qoyulmuş  abidə  kompleksinin  arxasında  olan  bağa  nə  toy  tutdular  onu  bir  Allah  bilir. Nə  qədər  ağacları  kəsib,  bizi oksegendən  məhrum  etdilər.

   Hörmətli  Fəzayl  bəy, bir  deputat  kimi  bütün  bunları  görməməzliyə  vurub, "Azərbaycanda  insan  hüquqları  bütün  dünya  dövlətlərindən  yaxşıdır" deməyinizdən  belə  anladım  ki, ya  siz  dünyada  baş  verənləri  izləmirsiniz. ya  da  son  illər  Biləcəridən  o  tərəfə  keçməmisiniz. Nə  olar,  ətrafınıza  diqqətlə  baxın, avtobusa  minin, səkiylə  gedin, bir  sözlə  xalqın  içində  olun, həqiqəti görün  və  gördüyünüzü  deyin. Bu  sizi  daha  hörmətli  edər.

 

 Məhərrəm  Şəmkirli

 

      


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam