Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Heykəl gülür... : TƏƏSSÜRAT

             

                      

                Azərbaycanda 4,628 nəfər nurçu var

 

(Akademik Əhməd Mahmudovun dağılmış heykəli önündə bədnam Fətullah Gülən yadıma düşdü)

 

Xeberinfo.com:  Mən qədim Şərur düzünə, dədə-babalarımızın uyuduğu qədim torpağa səfər etmişdim. Məqsədim də Şərur qəbiristanlğında neçə əsr bundan qabaq dəfn olunmuş Əmir Əli babamın mzarını ziyarət etmək idi. Batmış, amma sinəsi göm-göy göyərən ulu babamdan yarımçıq, dağılıb tökülmüş bir başdaşı qalmışdı... vəssalam.

Naxçıvana gəlincə, o böyüyür və gözəlləşir. Həmişə gərgin və ziddiyyətli narahatçılıq doğuran sərhədlər blokadasında Naxçıvandakı sabitlik, sakit və əmin-amanlıq içərisində yaşamaq nəyə desən dəyər...

Mənim ulu babama gəlincə, o - yəni Əmir Əli kişi Şah İsmayıl Xətainin vaxtilə qoşununda onun əmin-amanlğını (təhlükəsizliyini), sakit və sabitliyini təmin edən, heç vaxt  xəyanəti bağışlamayan igid döyüşçü olub. Vatikandan gələn bir “turistin” zəhər qatılmış şərbətindən sonra dünyasını dəyişdi və Şərur düzündə dəfn edildi. (Şübhəsiz, bütün bunlar təhlil olunmayıb).

Ziyarətdən sonra, ürəyim, fikrim və düşüncəm məni dağıdılmış, viranə qalmış, çapılıb tökülmüş, qırıntıları, daş parçaları hələ də ətrafa səpələnmiş... bir heykələ tərəf çəkib apardı... Akademik, böyük heydərçi kimi tarixdə ad qoyan, Naxçıvanın iqtisadi dirçəlişində can qoyan, ulu öndər Heydər Əliyev islahatlarında həmişə onunla yanaşı gedən Əhməd Mahmudov yadıma düşdü.

 İndiyədək Naxçıvanda, onun ərazilərində kimin heykəlinə, büstünə... qəsd edilib? Heç kimin. Belə bir əməl naxçıvanlılar üçün qəbahət sayılıb. Gözəl əxlaq, zəngin mənəvi dəyərlərə malik olan əsl naxçıvanlılardan belə addım gözləmə... Heç vaxt gözləmə. Fikrimcə hər şey Naxçıvanı yenidən quran,  Heydər Əliyev ənənsinə həmişə sadiq olan Vasif Talıbovun fikrindən, düşüncəsindən kənar olan bir şeydir...

Təhlil edin, cənablar: - düşmən hər şeyi dağıdır. O, məxmər pərdələrin arxasından hələ də amandadır. Lazım olanda, fürsət düşəndə meydana atılır...

Məsələn, ötən əsrin 90-cı illərində pərdə arxasındakı düşmən meydana atıldı. Güclənməkdə olan, qurulan və ölkənin sabitliyini təmin edən yeni bir qurumu viran qoydu: - Prezident yanında Xüsusi İdarəni yarımcan elədi. Onun başçısını – Şəmsi Rəhimovu aradan götürdü. Siyasi və nüfuzlu qurum naşı  bir zabitin əlində oyuncağa çevrildi... Rüşvət meydan suladı... nəticədə dağıldı. Həmin qurumdan cəmi beş metr aralı duran ABŞ səfirliyində qurumun dağılması üçün Mərkəzi Kəşfiyyat İdarəsinin ayırdığı məsrəflər deyəsən yarımçıq qaldı. Və yarımçıq qalan məsrəflər ölkənin Milli Təhlükəsizlik Nazirliyinə yönəldi...

Yadınıza salım ki, Azərbaycan təhlükəsizlik sistemi keçmiş İttifaqda ən qüdrətli orqan olub...

Eks-nazir Eldar Mahmudovun ( Xatırladım ki, o, akademik Əhməd Mahmudovun oğludur) dövründə isə Milli Təhlükəsizlik Nazirliyinin ilk fəaliyyət illəri pis deyildi. Hər şey öz qaydasında idi. Lakin ölkəni təmin edən bu sakitlik, əmin-amanlıq pərdə arxasından boylanan düşmənləri təmin etmədi.

Bu elə vaxt idi ki, özünə “Yaşıl İmam” təxəllüsü götürən (əslində bu adı ona ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi vermişdi) Fətullah Gülən və onun qılaflı dəstəsi Azərbaycanın hökumət və dövlət strukturlarına soxulur, təhsil və səhiyyə sistemini pozur, dini ayrı-seçkilik salır, Vətən, torpaq, müharibə anlayışlarına kölgə salan moizələrlə qulaqları batıran, beyinləri dumanlandıran fəaliyyətlərə start vermişdi... Onlara qarşı amansız mövqedə dayanmaqda Türkiyədən dəstək gəldi. Nəticədə nurçulara ilk zərbəni ölkənin Daxili İşlər Nazirliyinin qurumları vurdu. Sonra Milli Təhlükəsizlik Nazirliyi hərəkətə keçdi. Eks-nazir Eldar Mahmudovun sərəncamı ilə vaxtilə MTN-də özlərinə yuva quran 29 nəfər Fətullah Gülənçi işdən uzaqlaşdırıldı... Xatırladım ki, Azərbaycanda xarici KİV-lərin məlumatına görə 4,628 nəfər nurçu var. Digər tərəfdən 18 min nəfər də “Vəhhabi” dəstəsi mövcuddur.

“Vaşinqton Post” qəzeti (ABŞ) yazır ki, 1997-ci ildə ABŞ-ın Pensilvanisində yaşayan Fətullah Gülən MKN-nin “övladına çevrilib”... Onun təkcə Tükiyədə altı milyon nəfər tərəfdarı var. Onların böyük bir qismi yüksək vəzifələrdədir. Fətullah Gülənin Avropa və ABŞ-da dayaqları möhkəmdir və 30 min şirkəti var... 28 milyard dollar sərmayəsi olan Fətullah Gülən həmişə istəyib ki, Böyük Türk dünyasını parçalasın, öz ideyalarına tabe etsin...

Göründüyü kimin düşmənin təkcə var-dövləti yox. Onun Ağ Ev kimi arxası da var... Biz əqidəmizə, Böyük Azərbaycana xidmət etmək istərdik...  Amma eks-nazir bu boşluğu doldurarkən yanlış mövqedə dayandı. Keçmiş “cəbhə dostları”nı işə, yanına çağırdı... Amma o dərk etmədi ki, keçmiş dostları daha əvvəlki dostlar deyildi. Onların bir qismi artıq quduz canavara çevrilmişdi. Həmişə insanların qanını içməklə qanlarını soyudan, ideyaları, məsləkləri böhtan, yalan, sərvət toplamaq olan... “dostlar” xəyanət mövqeyini seçdilər. Eldar Mahmudov bütün bunları yenə görmək istəmədi. (Burda sadəcə ulu öndər Heydər Əliyevin bir sözünü anlamaq lazım idi. “...Sizin 95 faiziniz mənə xəyanət etdi...”) Nəticədə ölkə başçısına, çörək, iş, vəzifə... verənə xidmət unuduldu...

Pərdə arxasından çıxan düşmən yenə hərəkətə keçdi. Nəticədə möhtəşəm Milli Təhlüksizlik Nazirliyi... onun təhlükəsizlik qurumları məhv edilib, dağıdıldı. Bu gün onun dünyanın ən bahalı restoranlarında (əvvəllər çayxanalardan yığışmayan) yeyib-içən, xarici banklarda hesablarını dəyişən... generallarını görəndə içimizdəki şeytanlara “əhsən” dedim... Bundan sonra ABŞ MKİ-si dincəldi, rahat nəfəs aldı.

Dost xəyanəti ağır olur. Necə başa düşüm: dünən döşünə nişan taxdığın, əyninə general libası geyindirib meydana saldığın insanlar (əgər insandılarsa) bu gün albomlarından, şəxsi əşyaları içərisindən sənin şəklini cırıb, yandırır... ünvanına söyür, təhqir edir... Şübhəsiz, bütün bunlar bizim millətə sonradan gəlmə şərəfsizlik, ləyaqətsizlikdir. Bu olaylardan sonra xəlvəti sürüşüb çıxan, özləri üçün yüksək təqaüd düzəldən... MTN generallarını, onlara “asudəlik şəraiti” yaradanları anlaya bilmədim... Hamını aldatmaq olar, amma tarixi aldatmaq olmaz...

Mən burda fikirlərimi yarımçıq qoyuram. Çapılıb, dağılmış, neçə yerdən zərbələnmiş, təhqir olunmuş Akademik Əhməd Mahmudovun heykəlini unuda bilmirəm.   

İçimdən belə bir ağrı keçdi: naxçıvanlılar, yığışın o kişinin günahsız heykəlini yerinə qoyun. Onun Eldar Mahmudova nə dəxli... Ola bilər kimsə məqam gözləyib qisas alsın. Sağlığında qisas ala bilmədi (qeyrəti çatmadı), heykəlindən əvəz çıxdı... (Şükürlər olsun ki, Şərurda hələ ki, babamın qəbrinə dəyən yoxdur). Xüsusən onun bir tərəfə qırılıb atılmış gözlərini heç cür unuda bilmirəm. Bu mümkün olan bir iş deyil... Çünki mən qırılmış, dağıdılmış heykəlin gözlərini gülən gördüm... Heykəl gülürdü...

 

Rövşən Novruzoğlu

 

    


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam