Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cəbhəçilər Sərdar Cəlaloğlunu fitə basdılar

 

“Bu insanlar elə başa düşürlər ki, Azərbaycan tarixi Əli Kərimlinin hərəkata gəldiyi dövrdən başlayır. Mən öz fikrimi deyəndə isə fitə basdılar, ayaqlarını yerə döydülər. Məni zaldan qovdular”. 

"Xeberinfo.com": Bunu APA-ya açıqlamasında Azərbaycan Demokratik Partiyasının (ADP) Sərdar Cəlaloğlu deyib.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Azərbaycan Xalq Cəbhəsinin (AXC) 25 illiyi münasibətilə keçirdiyi tədbirdə S.Cəlaloğlunun çıxışına imkan verilməyib və o, zalı tərk edib.

S.Cəlaloğlu isə buna münasibət bildirərək qeyd edib ki, AXCP son 25 ildə heç bir dəyişikliyə məruz qalmayıb: “Mən çıxışımın əvvəlində qeyd etdim ki, vaxtilə Leyla Yunusu AXC-dən necə alqışlarla qovmuşdularsa, bu gün də həmin alqışlarla qarşılayırdılar. Amma, görünür, tələsmişəm, AXCP heç dəyişməyib, əvvəlki qaragüruhdur. Mən orda Azərbaycan dövlətçilik tarixinin qədim köklərə malik olduğunu, Şah İsmayıl Xətaiyə, Nadir şahla bağlı olduğunu dedim. Amma bu insanlar elə başa düşürlər ki, Azərbaycan xalqı 20 ildir mövcuddur. Elə bil, bu tarix Əli Kərimlinin hərəkata gəldiyi dövrdən başlayır. İmkan vermədilər ki, mən sözümü axıra çatdırım. Bu onu göstərir ki, insanları hissləri ilə idarə edirlər, nəinki ağılları ilə”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam