Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Lənkəran səhiyyəsi korrupsiya xəstəliyinə yoluxub: ÖZƏL


 

Rayonda səhiyyənin təşkilindən kütləvi narazılıq var

Xeberinfo.com:  Redaksiyamıza Lənkəran rayonunda səhiyyənin acınacaqlı durumu ilə bağlı ilginc məlumatlar daxil olub. Məlumatlarda bu rayonda səhiyyənin təşkilindəki problemlərdən, tibbi xidmətin yarıtmazlığından, korrupsiya əməllərindən və s. bəhs olunur.Bütün bunların başında isə baş həkim Ağabala Kəlbiyevin dayandığı bildirilir.

Məlumat üçün bildirək ki, Lənkəran Rayon Mərkəzi xəstəxanası 220 min nəfər vətəndaşa stasionar və ambulator qaydada  xidmət edir. Bu səhiyyə müəssisəsində 2013-2014-cü il və 2015-ci ilin 6 ayı üzrə dövlət büdcəsindən 16,2 mln. manat məbləğində vəsaitin icra edildiyi, ümumilikdə 335 çarpayı fondu ilə 85 tibb müəssisəsinin əhatə edildiyi bildirilir..

 

Mərkəzi Xəstəxananın fəaliyyətində bir sıra nöqsanların olduğu, tələb olunan vəsaitlərin proqnozlaşdırılması işinə əsaslı yanaşılmaması nəticəsində  bir sıra xərc maddələrinin icra səviyyəsi aşağı olmuş, bəzi xərclər isə istifadə edilməmiş,  büdcə vəsaitləri Vahid Büdcə Təsnifatı ilə müəyyən edilmiş iqtisadi təsnifat kodu və funksional istiqaməti dəyişdirilməklə icra olunub. 

 

Rayondan xeberinfo.com-a verilən məlumata görə, Mərkəzi Xəstəxana (MX) və tabeliyindəki stasionar tibb müəssisələrinin fəaliyyəti ilə bağlı bir sıra göstəricilər arasında uzlaşma yoxdur, o cümlədən ümumi ştat sayının 9,2%-nin vakant ştat olmasına baxmayaraq əmək haqqının ödənilməsi ilə bağlı xərclərin 98,5%-dən çox olmaqla icra edilib, eyni zamanda 2013-2014-cü illərdə stasionar tibb müəssisələri üzrə bir çarpayının illik işləməsinin 280 gün proqnozlaşdırılmasına baxmayaraq, çarpayı günlərinin icra göstəricilərinin şəhər üzrə 2013-cü ildə 43,2%, 2014-cü ildə 51,6%, 2015-ci ilin 6 ayında isə 44,6%, MX üzrə müvafiq olaraq 33,9%, 49,2% və 49,3%, ayrı-ayrı tibb müəssisələri üzrə isə 0,3%-116,7% təşkil edilib. 

Eyni zamanda, MX-nın stasionar şöbələrində dərman, sarğı ləvazimatları və materiallarının istifadəsi üzrə 1 çarpayı gününə 2013-cü ildə 4,1 manat, 2014-cü ildə 3,6 manat, 2015-ci ilin 6 ayında isə 4,9 manat, lakin digər tibb müəssisələrində isə 0,2-8,2 manat vəsait sərf edildiyi diqqətə çatdırılmış, bəzi tibb müəssisələri üzrə isə çarpayı günlərinin icra olunmasına baxmayaraq ərzaq və dərman, sarğı ləvazimatları və materialları verilməyib. 

 

Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarının tələblərinə bir sıra hallarda əməl edilmədiyi, o cümlədən müəyyən edilmiş ərzaq siyahısında adı olmayan və təsdiq edilmiş normadan artıq ərzaq məhsullarının silindiyi, MX-nın anbarında və onun aptekində dərman və sarğı ləvazimatlarının uçotunun və sənədləşmənin düzgün aparılmaması, həkim təyinatı olmadan dərman silinməsi hallarına yol verildiyi bildirilir.

 

 MX tərəfindən tarifləşdirmə və əməyin ödəniş dərəcələrinin düzgün müəyyən olunmaması və bu sahəni tənzimləyən normativ aktların bir sıra digər tələblərinə riayət edilməməsi səbəbindən artıq əmək haqqı ödənilib,  eyni zamanda xərc smetalarında nəzərdə tutulmadığı halda bayram tədbirlərinin  keçirilməsi adı ilə  vəsait xərc edilib, malların (işlərin və xidmətlərin satın alınması zamanı müvafiq qanunvericilik aktlarının tələblərinə riayət olunmadığı, vəsaitin satınalma proseduru keçirilmədən xərc edildiyi bildirilir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Mövzu diqqətimizdədir.

Xeberinfo.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam