Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ağdaş səhiyyəsində tender oyunları

 

 

 

Rayon səhiyyə müəssisələrinin cari və əsaslı təmiri məqsədi ilə keçirilən son tenderlə bağlı ziddiyyətli məlumatlar var

 

“Xeberinfo.com”:   Ağdaş rayonunda səhiyyənin durumu və baş həkim Nuru Nuriyevin fəaliyyəti ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Məlumatlarda bu rayonda səhiyyə xidmətinin acınacaqlı durumundan, müxtəlif korrupsiya elementlərindən və baş həkimin yarıtmaz fəaliyyətindən bəhs olunur. Cənab Nuriyevin baş həkimliyi dönəmində ağdaşlılar saysız faciələr yaşayıblar. Uşaq ölümündən tutmuş, ən xırda sayılacaq “həkim səhlankarlığı”nadək. Bu istiqamətdə mətbuatda da ara-sıra məlumatlar yayılıb.

Məlumat üçün qeyd edək ki, 3 xəstəxana, 1 uşaq Poliklinikası, 1 təcili tibbi yardım məkəzi  və  61 kənd tibb məntəqəsini özünə birləşdirən  Ağdaş rayon səhiyyə şöbəsində 900-ə yaxın tibb işçisi və personal çalışır. Daxil olan məlumatda qeyd olunur ki, baş həkim 61 tibb məntəqəsinin hər birində 2 tibb bacısını və iki sanitarı «ölü can» olaraq saxlayır və faktiki olaraq Nuru Nuriyev hər ay 240 ştatın maaşını cibinə qoyur. Beləliklə də bu yolla baş həkim hər ay dövlət büdcəsindən təqribən 25 min manat vəsait mənimsəyir. Təəbii ki, həmən «ölü can»ların maaş kartlarını isə baş həkim özündə saxlayır. Bütün bunlarla bağlı gərəkən araşdırmalarımızı yekunlaşdırmaqla qarşıdakı günlərdə geniş yazı hazırlamağa çalışacağıq.

Ağdaş rayon səhiyyəsində yaşananlarla bağlı “xeberinfo.com”a daxil olan məlumatlar sırasında xüsusi ilə diqqəti çəkən məqam isə bu ayın 7-də elan olunmuş tenderlə bağlıdır. Tender Ağdaş Rayon Mərkəzi Xəstəxanasının cari və əsaslı təmiri ilə bağlıdır. Məlumata görə tenderdə iştirak edəcək və qalib olacaq MMC-nin adı öncədən müəyyənləşib(?) (Bu MMC-nin adı bizə məlum olsa da hələlik yazmağı uyğun bilmirik: Red.) Bu prosesdə cənab Nuriyevlə bərabər daha da yüksək səlahiyyət sahiblərinin adı hallanır... Məlum qayda və prinsiplərə uyğun olaraq hələlik bu faktla da bağlı geniş yaza bilmirik...

 

 

Adil 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam