Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Süleyman Mikayılov “KRAL”la necə razılaşdı? -İLGİNC

Paytaxtın Qaradağ rayonunda “Kral” şadlıq sarayının sahibi əhalinin gündəlik istifadə etdiyi əsas yolu zəbt edib. 

Yenixeber.org: Məlumata görə, yerli icra hakimiyyəti yolun obyekt rəhbəri tərəfindən “işğal” edilməsinə göz yumur. Halbuki Qaradağ rayon icra başçısı Süleyman Mikayılov daşı daş üstünə qoymaq üçün pulsuz sərəncam vermir. İndi “Kral” sahibi özünü kral kimi apararaq yolu tutub və görünür ki, bu qanunsuz hərəkətə yol vermək üçün icra başçısından razılıq alıb. Sakinlərin sözlərinə görə, Qaradağ rayon İcra Hakimiyyəti və başqa qurumlar məlumatlandırılıb, amma addım atılmır. Yolsuz qalan sakinlər problemin həlli üçün artıq kimə müraciət etməli olduqlarını bilmirlər. Narazı sakinlər bildirirlər ki, başda Qaradağ İH olmaqla, heç bir dövlət qurumu onların şikayətinə baxmır.
“Nə problem olur gərək prezidentə müraciət edək? Su, qaz, işıq, yol… Yenə də prezidentə müraciət etməli oluruq. Belə iş olar? Bəs, bu məmurlar nə işə yarayır? Bu dövlət qurumlarında, icra hakimiyyətində bir insaflı, işini bilən, prezidentin əmrlərinə tabe olan bir məmur varsa, gəlsin çıxsın ortaya. Bu qədər insanın yolunu bağlayan bir iş adamına heç kəs bata bilmir. Biri gəlib bu yol kəsən “Kral” şadlıq sarayının sahibinin sənədlərini araşdırsın. “Kral” şadlıq sarayının Səfa adlı sahibi vətəndaşların ümumi istifadəsində olan yolu bağlayıb. Heç kəs də vecinə deyil bu adamın. Deyir, sənədim var. Kim verib bu adama bu sənədi?”
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.(xalq.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam