Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Tamam Cəfərova çətin vəziyyətdə; rəqibi Rauf Qurbanovun plakatlarını kim cırıb? -Şamaxıda qızğın rəqabət

88 saylı Şamaxı seçki dairəsindən namizəd olan IV çağırış Milli Məclisin deputatı Tamam Cəfərovanın seçki kampaniyası o qədər də uğurlu getmir.

Yenixeber.org: Şamaxıdan Redaksiyamıza daxil olan məlumata görə, seçicilər Tamam Cəfərova ilə görüşə, demək olar ki, getmirlər. O, yalnız inzibati resursların hesabına görüşlərinə adam toplaya bilir.
Tamam Cəfərovanın çətinliklə üzləşməsi həm də 88 saylı dairədən namizədliyini irəli sürən Rauf Qurbanov faktoru ilə əlaqələndirilir.

Rauf Qurbanov uzun müddət Fövqəladə Hallar Nazirliyində (FHN) müxtəlif vəzifələrdə çalışıb.
Rauf Qurbanov 88 saylı Şamaxı seçki dairəsini təsadüfən seçməyib. O, əslən Şamaxıdandır. Həmçinin şəhərdə kifayət qədər nüfuza malikdir.
Bu baxımdan, seçicilərin diqqəti ona fokuslanıb.

Əldə etdiyimiz məlumatlara görə, uğurlu seçki kampaniyası aparan Rauf Qurbanov bu günlərdə təxribatla üzləşib. Onun təbliğat plakatlarını reklam lövhələrindən və başqa yerlərdən cırmağa başlayıblar. Maraqlıdır ki, reklam lövhəsində yalnız Tamam Cəfərovanın plakatı saxlanılıb. Bu fakt Şamaxıda müxtəlif mülahizələrə səbəb olub. Ehtimal olunur ki, reklam lövhələlərinə Tamam Cəfərovanın komandası “əl gəzdirib”. Bu iddianı səsləndirənlər hesab edir ki, əgər plakatlar, sadəcə, xuliqanlıq məqsədilə cırılsaydı, o zaman gərək Tamam Cəfərovanın da plakatı sıradan çıxarılardı.

Rauf Qurbanovun komandası hələlik bu ittihamı bölüşmür. Onlar məsələnin araşdırılmasına çalışırlar.(Reportyor)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam